Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə6/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   2   3   4   5   6   7   8   9   ...   74

20

31

Tarixdə bu gün

15 

illiyi

Azərbaycanın Avropa Şurasına üzv 

seçilməsi

2001

YANV

AR

2001-ci  il  yanvar  ayının  25-də  Av-

ropa  Şurası  Parlament  Assambleyası-

nın  Strasburqdakı  qərargahının  qarşı-

sında  respublikamızın  üçrəngli  bayrağı 

yüksəldilmiş,  ölkəmizin AŞPA-ya  tam-

hüquqlu üzv qəbul edilməsi ilə əlaqədar 

ulu  öndər  Heydər  Əliyevin  iştirakı  ilə 

təntənəli mərasim keçirilmişdir. Bunun-

la da Azərbaycanın Qərbə inteqrasiyası 

istiqamətində irəliyə doğru mühüm ad-

dım atılmışdır.

Müstəqil dövlətimizin həyatında de-

mokratik ictimai və siyasi dəyişikliklərin 

baş  verməsi,  beynəlxalq  standartlara 

uyğun yeni qanunların qəbul olunması, 

Konstitusiyada və qanunlarda insan hü-

quq  və  əsas  azadlıqlarının  təsbit  olun-

ması, Azərbaycanın  insan  hüquqları  və 

əsas  azadlıqlarının  müdafiəsi  haqqın-

da  Avropa  Konvensiyasına  qoşulmağa 

hazır  olmasını  bəyan  etməsi  ölkəmizi 

Avropa  ailəsinə  daha  da  yaxınlaşdır-

mışdı. Azərbaycanda  qəbul  olunan  qa-

nunların  Avropa  Şurasının  ekspertləri 

tərəfindən  yüksək  qiymətləndirilməsi 

Avropa  məkanının  diqqətini  ölkəmizə 

yönəltmişdi. 

Bununla 

birlikdə, 

Azərbaycanın  dövlət  başçısı  Heydər 

Əliyevin 1996-cı il 8 iyul tarixli “Avro-

pa  Şurası  və  Azərbaycan  Respublikası 

arasında əməkdaşlıq proqramının həyata 

keçirilməsi  üzrə  tədbirlər  haqqında” 

Sərəncamı  Avropa  Şurası  ilə  ölkəmiz 

arasında  əməkdaşlığın  yaradılmasında 

və növbəti illər üçün fəaliyyət planı kimi 

mühüm əhəmiyyət kəsb etmişdir.

1998-ci il yanvar ayının 20-də “Av-

ropa Şurası və Azərbaycan Respublikası 

arasında əməkdaşlığın dərinləşdirilməsi 

sahəsində tədbirlər haqqında”, 1999-cu il 

mayın 14-də “Azərbaycan Respublikası 

ilə Avropa Şurası arasında əməkdaşlığın 

dərinləşdirilməsi  və  Azərbaycan  Res-

publikasının  Avropada  mənafelərinin 

müdafiə  edilməsi  sahəsində  tədbirlər 

haqqında”  Heydər  Əliyevin  imzaladığı 

Sərəncamlar ölkəmizin Avropa Şurasına 

qəbul edilməsi üçün səylərin artırılmasına 

və məqsədyönlü fəaliyyətə böyük zəmin 

yaratmışdı. Ulu öndər Azərbaycanın Av-

ropa Şurasına üzvlük naminə fəaliyyətini 

getdikcə  gücləndirmiş,  bu  yönümdə 

riskli  və  prinsipial  addımlar  atmaqdan 

belə çəkinməmişdir.

Nəhayət,  2001-ci  il  yanvarın  17-də 

Avropa  Şurası  Nazirlər  Komitəsinin 

nümayəndələri  səviyyəsində  keçirilmiş 

iclasda  Azərbaycan  Respublikasının 

Avropa Şurasına tamhüquqlu üzv qəbul 

edilməsinə dair tarixi qərar qəbul olun-

muşdur.  Ölkəmizin  şuraya  üzv  olması 

ilə respublikamız Avropa ilə əlaqələrinin 

tarixində yeni mərhələyə qədəm qoydu. 

Bu  qurum  müstəqil  Azərbaycan  üçün 

yeni,  habelə  daha  yüksək  tribuna  kimi 

qiymətləndirilirdi.  Ən  başlıcası  isə, 

ölkəmiz  informasiya  blokadasından  çı-

xaraq öz milli maraqlarını, əsl həqiqətləri 

olduğu  kimi  beynəlxalq  ictimaiyyətin 

diqqətinə  çatdırmaq  istiqamətində 

qətiyyətli addımlar atdı.

AŞPA-nın  Azərbaycan  parlamen-

ti  nümayəndə  heyətinin  iştirak  et-

diyi  ilk  sessiyasından  başlayaraq 

Ermənistan-Azərbaycan,  Dağlıq  Qara-

bağ münaqişəsinə dair reallıqları özündə 

əks etdirən sənədlər yayıldı. Əməkdaşlıq 

möhkəmləndikcə  AŞPA-nın  müxtəlif 

dövlətlərdən  olan  üzvləri  ölkəmizin 

qarşılaşdığı problemlər, torpaqlarımızın 

20 faizinin Ermənistan silahlı qüvvələri 

tərəfindən işğal olunması və bu işğal za-

manı  bir  milyondan  artıq  soydaşımızın 

öz  doğma  ev-eşiklərindən  didərgin  sa-

lınmaları barədə müfəssəl məlumat əldə 

etdilər.

25

Ə d ə b i y y a t

Azərbaycan və Avropa 

Şurası /M.F.Axundov 

adına Azərbaycan Milli 

Kitabxanası; tərt. ed.: 

G.Hüseynova, A.Babayeva.- 

Bakı, 2008.- 90 s.

İmaməliyeva, Ü. 

Azərbaycanın Avropa 

Şurası ilə əlaqələri: siyasi 

əməkdaşlığın istiqamətləri 

/Ü.İmaməliyeva; elmi 

red. R.Mirzəzadə.- Bakı: 

Şirvannəşr, 2007.- 166 s.

Mehdiyev, A. Azərbaycan 

Avropa Şurasında: 2001-

2005 /A.Mehdiyev; red. 

T.Kazımov.- Bakı: Elm və 

təhsil, 2011.- 246 s.

Süleymanov, E. Azərbaycan 

10 il Avropa Şurasında 

/E.Süleymanov; elmi red. 

E.Lintner; [ön söz. müəl. 

J.P.Anri].- Bakı: Xəzər, 

2011.- 45 s.

Əhmədov, E. Azərbaycanın 

Avropa Şurasına üzvlüyü 

ölkəmizin dünya birliyinə 

inteqrasiyasını daha da 

sürətləndirib /E.Əhmədov 

//Xalq qəzeti.- 2012.- 25 

yanvar.- S.4.

İ n t e r n e t d ə

www.anl.az

www.mfa.gov.az


32

Tarixdə bu gün

Azərbaycan Respublikası Mədəniyyət

 və Turizm Nazirliyi 

2006

YANV

AR

Azərbaycan  Respublikası  Prezidentinin  30 

yanvar  2006-cı  il  tarixli  Fərmanı  ilə Azərbaycan 

Respublikası  Mədəniyyət  Nazirliyi  əsasında 

Mədəniyyət  və  Turizm  Nazirliyi  yaradılmış-

dır.  Azərbaycan  Respublikası  Prezidentinin  18 

aprel  2006-cı  il  tarixli  393  nömrəli  Fərmanı 

ilə  Mədəniyyət  və  Turizm  Nazirliyi  haqqında 

əsasnamə  təsdiq  edilmişdir.  Bu  əsasnamə  əsasən 

yeni  nazirliyin  fəaliyyətinin  əsas  istiqamətlərini, 

vəzifələrini,  hüquqlarını,  fəaliyyətinin  təşkili 

məsələlərini müəyyən edir.

Nazirlik  əsasən  dövlət  büdcəsindən  maliyyə-

ləşir. Bakı şəhərində yerləşir. 

Mədəniyyət və Turizm Nazirliyi - mədəniyyət, 

incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin 

qorunması, nəşriyyat, kinematoqrafiya sahələrində 

dövlət siyasətini tənzimləyən icra hakimiyyəti or-

qanıdır. 

Nazirlik  sisteminə  daxil  olan  ali  və  orta  ixti-

sas təhsil müəssisələrinin, uşaq musiqi, incəsənət, 

rəssamlıq  və  muğam  məktəblərinin  fəaliyyətinə 

nəzarəti  həyata  keçirmək,  tədris  plan  və  proq-

ramlarını  müvafiq  qaydada  təsdiq  etmək,  təhsil 

müəssisələri şəbəkəsinin inkişafı və maddi-texniki 

bazasının gücləndirilməsi üçün tədbirlər görür. 

Nazirlik  tarix  və  mədəniyyət  abidələrinin  qo-

runması,  kinematoqrafiya  və  turizm  sahələrində 

qanunvericiliklə  nəzərdə  tutulmuş  hallarda  və 

qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razı-

lıq  (lisenziya)  və  ya  xüsusi  icazə,  habelə  hüquq 

müəyyənedici sənədlər verir, yüksək bədii dəyərli 

əsərlərin  yaradılması  ücün  dövlət  sifarişlərini 

həyata  keçirir,  dövlət  mülkiyyətində  olan 

muzeylərin,  kitabxanaların,  rəsm  qalereyalarının 

və sərgi salonlarının fondlarını zənginləşdirmək və 

komplektləşdirmək məqsədi ilə maddi mədəniyyət 

və nəşr nümunələrini satın almaq, onların qorun-

ması,  uçotu,  mühafizəsi,  təbliği  və  nümayişini 

təmin etmək kimi vəzifələri də icra edir.

Hazırda  Mədəniyyət  və  Turizm  Nazirliyi-

nin  fəaliyyət  dairəsinə  28  teatr,  6308  tarix  və 

mədəniyyət abidəsi, 1 sirk və 12  konsert müəssisəsi, 

3002 kitabxana (işğal olunmuş ərazilərdə 927 ki-

tabxana), 2708 klub, 189 dövlət muzeyi (filiallarla 

birlikdə), 234 uşaq musiqi, incəsənət və rəssamlıq 

məktəbi,  33  rəsm  qalereyası  və  sərgi  salonu,  21 

dövlət qoruğu, 60 mədəniyyət və istirahət parkı, 1 

zoopark, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki 

Mərkəz,  4  asudə  vaxt  Mərkəzi,  6  təsərrüfat 

təşkilatı,  “Azərbaycanfilm”  də  daxil  olmaqla  7 

film  istehsalı  studiyası,  134  şəhər  və  rayon  ki-

noteatrı,  Dövlət  Film  Fondu  (Naxçıvan  filialı  ilə 

birlikdə),  Respublika  Kitabxana  Kollektoru,  bir 

qəzet  (“Mədəniyyət”),  iki  jurnal  (“Mədəniyyət.

az”,  “Baku  Guide”)  redaksiyası,  Dövlət  Tu-

rizm  İnstitutu,  Bakı  Xoreoqrafiya  Akademiya-

sı,  Azərbaycan  Milli  Kitabxanası,  Respublika 

Mədəniyyət Müəssisələri İşçilərinin İxtisasartırma 

Mərkəzi, Mingəçevir Turizm Kolleci, Milli Kuli-

nariya Mərkəzi, 62 şəhər və rayon mədəniyyət və 

turizm şöbəsi, Naxçıvan MR Mədəniyyət və Tu-



30

10 

illiyi

33

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 

Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 11 

sentyabr 2014-ci il

 

//Azərbaycan.- 2014.- 13 sentyabr.- S.4.

Mədəniyyət və turizm fəaliyyətinə dair qanunlar toplusu /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; burax. məs. A.Əhmədzadə.-Bakı: 

Səda, 2007.-197 s.

Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə 

.-

Bakı: Qanun, 2006.-15 s.

Qarayev, Ə. Ölkəmizin dinamik inkişafı mədəniyyət və turizm sahələrində də əksini tapır /Əbülfəs Qarayev //Azərbaycan.-2015.- 30 

yanvar.- S.5.

www.mct.gov.az

rizm  Nazirliyi,  Bakı,  Gəncə,  Sumqayıt  şəhər  tu-

rizm idarələri, Şəki Atçılıq Mərkəzi, Bakı Turizm 

İnformasiya  Mərkəzi,  Lənkəran  Uşaq  düşərgəsi 

daxildir.

Nazirlik Azərbaycan  Respublikasında  beynəl-

xalq və daxili turizmin inkişafının məqsədli proq-

ramlarını hazırlamaq, turizm infrastrukturunun və 

sənayesinin inkişafına dair, ölkə ərazisində turizm 

zonalarının və turizm xidməti sahələrinin yaradıl-

masına investisiyanın cəlb olunması sahəsində öz 

səlahiyyətləri  daxilində  tədbirlər  görmək  funksi-

yalarını daşıyır. 

Mədəniyyət və Turizm Nazirliyi təşkil olundu-

ğu  ildən  dövlət  rəhbərliyi  tərəfindən  mədəniyyət 

və  turizmlə  bağlı  qəbul  edilən  qərarlar  bu 

sahələrin ahəngdar inkişafına, əldə olunan bir çox 

nailiyyətlərə mühüm zəmin yaradıb. Ötən illərdə 

imzalanmış prezident fərmanları və sərəncamları, 

qəbul  olunmuş  qanunlar  və  dövlət  proqramları 

bunun bariz təsdiqidir. Nazirlik yarandığı gündən 

etibarən mədəniyyət və incəsənətimizin dünyada 

təbliği  və  tanıdılması,  mədəni  irsin  qorunması, 

nəşriyyat  işi,  mədəniyyət  obyektlərinin,  yeni  ki-

tabxanaların tikintisi, yenidən qurulması və müa-

sir avadanlıqlarla təchiz olunması sahəsində konk-

ret tədbirlər görülür.

Bir  çox  uğurlu  mədəniyyət  proqramlarını  re-

allaşdıran  Heydər  Əliyev  Fondu  ilə  daha  çox 

müştərək  tədbirlərin  keçirilməsi  böyük  uğurların 

əldə olunmasına səbəb olmuşdur.

2014-cü ildə Azərbaycan Respublikasının Pre-

zidenti cənab İlham Əliyev “Azərbaycan Respub-

likasının Mədəniyyət və Turizm Nazirliyi yanında 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə 

Dövlət Xidmətinin yaradılması haqqında” Fərman 

imzalamışdır.

Mədəniyyət  və  Turizm  Nazirliyinin  apardığı 

uğurlu siyasət nəticəsində mədəniyyətin və turiz-

min inkişafında böyük dəyişikliklər baş vermişdir. 

Son  illər  respublikamızda  kitab  nəşri,  kitabxa-

na işi, milli ədəbiyyatın təbliği sahəsində bir sıra 

uğurlar  əldə  edilmişdir. Azərbaycan  Respublika-

sı  Prezidentinin  sərəncamları  ilə  hər  il  görkəmli 

mütəfəkkir və ədiblərin yubileyləri qeyd edilir, yerli 

və beynəlxalq kitab sərgilərində, regionlarda kitab 

bayramlarında  nazirliyin  iştirakı  ilə  Azərbaycan 

kitabı uğurla təmsil olunur. Qeyri-maddi mədəni 

irsin  qorunması,  təbliği  və  təşviqi  məqsədilə 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata 

keçirilən “2010-2014-cü illər üçün Xalq Yaradıcı-

lığı Paytaxtları” proqramı uğurla başa çatmışdır. 

Nazirlik dövlətlərarası müqavilələrə uyğun ola-

raq Avropa, Asiya və İslam ölkələri, ABŞ və La-

tın Amerikası ölkələri ilə beynəlxalq mədəniyyət 

proqramlarını həyata keçirir.

Çoxtərəfli  əməkdaşlıq  çərçivəsində  BMT,  

MDB,  GUAM,  Qaradəniz  İqtisadi  Əməkdaşlıq 

Təşkilatı,  Avropa  İttifaqı,  İslam  Konfransı 

Təşkilatı,  YUNESKO,  Dünya  Turizm  Təşkilatı, 

TÜRKSOY,  İSESKO  və  digər  beynəlxalq  qu-

rumlar  vasitəsi  ilə  Azərbaycan  mədəniyyətini 

dünyada təbliğ edir, eyni zamanda dünya mədəni 

sərvətlərinin  ölkəmizdə  tanıdılması  sahəsində 

əhəmiyyətli proqramlar həyata keçirir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm 

Nazirliyinin  mətbu  orqanları  olan  “Mədəniyyət” 

qəzeti    və    “Mədəniyyət.az”,  “Baku  Guide”  jur-

nalları vasitəsilə mədəniyyət, incəsənət və turizm 

sahəsində  bütün  yeniliklər,  mühüm  məlumatlar 

geniş ictimaiyyətin diqqətinə çatdırılır.


34

FEVRAL

 

 



B.E. 

Ç.A. 


Ç. 

C.A. 


C. 

Ş. 


B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç.

C.A. 



C.

Ş.

B. 

B.E

 

 











10 

11 


12 

13 


14 

15

 

16 

17 

18 


19 

20 


21 

22 


23 

24 

25 


26 

27 


28

29

®



 Gənclər Günü (02.02.1997)

• 

Azərbaycan Hərbi Hava Qüvvələri Günü 

• 

(14.02.1992)

X

•  ocavənd rayonunun Qaradağlı kəndinin 

işğalı günü (17.02.1992)

Bеynəlxalq Ana Dili Günü (21.02.1999)

• 

Xоcalı Sоyqırımı günü (26.02.1992) 

• 

Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın 

mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bü-

tün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın 

və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda, Yaxın və Orta Şərqin 

mühüm  mədəniyyət  mərkəzi  kimi  tanınan  Gəncə  ilə  bağlıdır.  Şair 

ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən 

dəyərli söz sənəti inciləri bəxş etmişdir. Nizami Gəncəvi ümumbəşəri 

mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq 

bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti 

görünməmiş  yüksəkliklərə  qaldırmışdır.  Mütəfəkkir  şairin  məşhur 

“Xəmsə”si  insanlığın  mənəvi  sərvətlər  axtarışının  zirvəsində  daya-

naraq  dünya  ədəbiyyatının  şah  əsərləri  sırasında  layiqli  yer  tutur. 

Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni par-

laq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi 

kamilləşməsinə misilsiz xidmət göstərir. 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

1 fevral


Gün çıxır 07:51

n batır



18:16

28 fevral

Gün çıxır 07:17

n batır 18:47 



21 yanvar-  

18 fevral

Dolça - nişanı 

havadır. Saturn 

və Uranın 

himayəsindədir. 

Günəşin Dolça 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

xaraktercə 

emosional, 

təbiətcə həssas 

olurlar.

875 il

1141-1209

Nizami Gəncəvi


35

Milli ədəbiyyat

Xalq şairi Həsənzadə Nəriman Əliməmməd oğlunun (18.02.1931) anadan 

olmasının 85 illiyi

Əməkdar incəsənət xadimi, yazıçı Talıbzadə Abdulla Mustafa oğlunun 

(Abdula Şaiq) (24.02.1881-24.07.1959) anadan olmasının 135 illiyi

Xalq yazıçısı Vəliyev Əli Qara oğlunun (27.02.1901- 02.02.1983) anadan 

olmasının 115 illiyi

Dünya ədəbiyyatı

Özbək şairi, mütəfəkkiri və dövlət xadimi Nəvai Nizaməddin Mirəlişir 

oğlunun (Əlişir Nəvai) (09.02.1441- 03.01.1501) anadan olmasının 575 

illiyi


Tatar şairi Cəlilov Musa Mostafa oğlunun (Musa Cəlil) (15.02.1906-

25.08.1944) anadan olmasının 110 illiyi

Rus yazıçısı Leskov Nikolay Semyonoviçin (16.02.1831-05.03.1895) 

anadan olmasının 185 illiyi



Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Rus  mənzərə  rəssamı,  realist  mənzərə  janrının  banilərindən  biri  Şedrin 

Silvestr  Feodosiyeviçin  (13.02.1791-08.11.1830)  anadan  olmasının  225 

illiyi


Xalq  rəssamı,  Əməkdar  incəsənət  xadimi,  boyakar  Mirzəzadə  Böyükağa 

Məşədi oğlunun (21.02.1921-03.11.2007) anadan olmasının 95 illiyi

Xalq rəssamı, Əməkdar incəsənət xadimi Sadıqzadə Oqtay Seyid Hüseyn 

oğlunun (24.02.1921-20.12.2014) anadan olmasının 95 illiyi



Musiqi.Opera.Balet

Əməkdar  incəsənət  xadimi,  bəstəkar  Məmmədov  Rəşid  Rza  oğlunun 

(02.02.1936) anadan olmasının 80 illiyi

Xalq artisti Axundzadə Yusif Yevgenyeviçin (06.02.1946) anadan olmasının 

70 illiyi

Əməkdar  incəsənət  xadimi,  bəstəkar  Quliyev  Məmməd

 

Mehdi  oğlunun 



(09.02.1936-02.10.2001) anadan olmasının 80 illiyi

Xalq  artisti,  tarzən  Mansurov  Bəhram  Məşədi  Süleyman  bəy  oğlunun 

(12.02.1911-14.05.1985) anadan olmasının 105 illiyi

2016


FEVRAL

40

41



42

43

44



46

45

47



48

36

Əməkdar incəsənət xadimi, xor dirijoru İmanova Gülbacı Əliəkbər qızının 

(13.02.1956) anadan olmasının 60 illiyi

Əməkdar  incəsənət  xadimi,  bəstəkar  Nağıyev  Faiq  Həbib  oğlunun 

(15.02.1946) anadan olmasının 70 illiyi

Xalq artisti, müğənni İsmayılova Səkinə Qulu qızının (24.02.1956) anadan 

olmasının 60 illiyi

Teatr. Kino

Xalq artisti Qədirov Əliabbas Gülabbas oğlunun (13.02.1946-08.03.2006) 

anadan olmasının 70 illiyi

Xalq  artisti  Hüseynova  Sofiya  Həsən  qızının  (17.02.1926-30.07.2015) 

anadan olmasının 90 illiyi

Əməkdar incəsənət xadimi, kino rejissoru İsmayılov Həbib Ələkbər oğlunun 

(21.02.1906-31.12.1966) anadan olmasının 110 illiyi

Xalq  artisti,  rejissor  Bədəlbəyli  Şəmsi  Bədəl  oğlunun  (23.02.1911-

23.05.1987) anadan olmasının 105  illiyi

Milli Qəhrəmanlar

Azərbaycanın Milli Qəhrəmanı Kərimov Bəşir Bəylər oğlunun (02.02.1976-

17.03.1995) anadan olmasının 40 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Hacıyev Etibar Firudin oğlunun (05.02.1971-

15.06.1992) anadan olmasının 45 illiyi

Siyasət.Hüquq.Hərbi iş

Hərbi  xadim,  general-mayor  Kazımov  Əli  İmran  oğlunun  (17.02.1956) 

anadan olmasının 60 illiyi

Hərbi xadim Şadlinski Abbasqulu bəy Xanbaba bəy oğlunun  (24.02.1886- 

02.1930) anadan olmasının 130 illiyi

Fəlsəfə.İqtisadiyyat

Filosof  alim  Tusi  Nəsirəddin  Məhəmməd  ibn  Həsənin  (17.02.1201- 

23.06.1274) anadan olmasının 815 illiyi

Tarix

Tarix  elmlər  doktoru  Bağırova  İradə  Səid  qızının  (12.02.1956)  anadan 

olmasının 60 illiyi

Mədəniyyət.Maarif.Təhsil

İctimai xadim, dilçi, jurnalist,

 

tərcüməçi Hacıbəyli Ceyhun bəy 



Əbdülhüseyn oğlunun (02.02.1891-22.10.1962) anadan olmasının 125 

illiyi


Maarifçi,  pedaqoq  Cuvarlı  (Cuvarlinski)  Cavad  Nəcəf  bəy  oğlunun 

50

52



54

51

57



59

53

55



49

58

56



37

(15.02.1886-1963) anadan olmasının 130 illiyi

Akademik,  sənətşünas  alim  Salamzadə  Əbdülvahab  Rəhim  oğlunun 

(16.02.1916-19.08.1983) anadan olmasının 100 illiyi



Coğrafiya.Geologiya

Geologiya-mineralogiya elmləri doktoru, professor Əlizadə Zəkəriyyə 

Mabud oğlunun (04.02.1936) anadan olmasının 80 illiyi

Akademik, geoloq Əzizbəyov Şamil Əbdürrəhim oğlunun (16.02.1906-

14.05.1976) anadan olmasının 110 illiyi

Riyaziyyat.Fizika.Astronomiya

Fizika-riyaziyyat elmləri doktoru, professor Yaqubov Məmməd Haqverdi 

oğlunun (02.02.1941) anadan olmasının 75 illiyi

Kimya.Biologiya.Tibb

Görkəmli oftalmoloq,

 

tibb elmləri doktoru, professor Məlik-Aslanova Püstə 



Süleyman bəy qızının (02.02.1926-2001) anadan olmasının 90 illiyi

Texnika.Mühəndis işi

Metallurgiya sahəsində alim, texnika elmləri doktoru, professor Qasımzadə 

Nadir Hacı Yusif oğlunun (23.02.1911) anadan olmasının 105 illiyi

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, professor 

Ələsgərzadə  Lütfəli  Rəhim  oğlunun  (Lütfi  Zadə)  (04.02.1921)  anadan 

olmasının 95 illiyi



Kitabxanaşünaslıq.Biblioqrafiya

Pedaqoji  elmlər  namizədi,  dosent,  Beynəlxalq  İnformasiyalaşdırma 

Akademiyasının həqiqi üzvü İsmayılov Nadir İslam oğlunun (05.02.1956) 

anadan olmasının 60 illiyi 



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin