Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə7/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   2   3   4   5   6   7   8   9   10   ...   74

İdman

Əməkdar  bədən  tərbiyəsi  və  idman  xadimi,  Fəxri  bədən  tərbiyəsi  və 

idman əlaçısı Abdul-Qədirov İsmayıl Qafar oğlunun (15.02.1936) anadan 

olmasının 80 illiyi 



Tarixdə bu gün

Gənclər Günü (02.1997)

Gənclərin I Ümumrespublika Forumunun (02.02.1996) keçirilməsinin 20 

ili 


Ümumdünya Xərçənglə Mübarizə Günü (04.02)

Azərbaycan SSR Ali Sovetinin sessiyasında «Azərbaycan Respublikası» 

adı və üçrəngli bayrağı təsdiq edilmişdir (05.02.1991)

Beynəlxalq İnternet Təhlükəsizliyi Günü (09.02.2004)

66

68

67



64

62

63



60

61

65



38

Azərbaycan Televiziyasının fəaliyyətə başlamasının 60 ili (14.02.1956)

Azərbaycan Hərbi Hava Qüvvələri Günü (14.02.1992)

Azərbaycan qadınlarının  birinci qurultayının keçirilməsinin 

(08(11).02.1921) 95 illiyi

Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı günü (17.02.1992)

Azərbaycanda ilk rəsmi telefon xəttinin (“Nobel qardaşları cəmiyyəti” 

tərəfindən) (18.02.1881) çəkilməsinin 135 illiyi

Bеynəlxalq Ana Dili Günü (21.02.1999)

Xоcalı Sоyqırımı günü (26.02.1992) 

Bakıda I Beynəlxalq Türkoloji Qurultayın (26.02-06.03.1926) 

keçirilməsinin 90 illiyi

69

70

71-72



73-74

39

1988-ci ilin fevral ayından Ermənistanın Azər-baycan 

Respublikası  ərazisinə  qarşı  təcavüzünə,  Azərbaycan 

torpaqlarının  erməni  silahlı  qüvvələri  tərəfindən  iş-

ğalına  başlanmışdır.  Еrmənistan  Rеspublikası  “Hərbi 

münaqişələr  zamanı  mədəni  sərvətlərin  qоrunması 

haqqında”  Haaqa  Kоnvеnsiyasının  və  “Mədəni 

sərvətlərin  qеyri-qanuni  dövriyyəsi  haqqında”  Pa-

ris  Kоnvеnsiyasının  müddəalarını  kоbudcasına 

pоzaraq  Azərbaycanın  mədəni  sərvətlərini  talamaqla 

məşğuldur.

Ermənistan  Respublikasının  hərbi  təcavüzü  nəti-

cəsində

 

Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ 



ərazisi və onun ətrafındakı 7 inzibati rayon işğal edil-

mişdir.


Beləliklə,  Azərbaycan  ərazilərinin  20  faizi  iş-

ğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 

mindən  artıq  adam  yaralanmış  və  şikəst  olmuşdur. 

Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın 

və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın 

azərbaycanlılara  qarşı  etnik  təmizləmə  və  soyqırım 

siyasətinin qurbanı olmuş, elementar insan haqlarından 

məhrum edilmişdir.

İşğal  nəticəsində  900-dən  artıq  yaşayış  məntəqəsi 

talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, 

kənd  təsərrüfatı  müəssisəsi  və  digər  obyektlər  məhv 

edilmiş, ümumi yaşayış sahəsi 9 mln m



²

-dən artıq olan 

150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni 

obyekt, 695 tibb ocağı məhv edilmişdir.

İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su 

təsərrüfatı,  hidrotexniki  qurğular,  bütün  nəqliyyat  və 

kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Da-

ğıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dol-

larından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı 

ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 

464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 

6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Ta-

lan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya 

və  nadir  eksponat  oğurlanmışdır.  Belə  ki,  Kəlbəcər 

Tarix Diyarşünaslıq Muzeyi yerlə yeksan olunduqdan 

sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və 

gümüş  zinət  əşyaları,  ötən  əsrlərdə  toxunmuş  xalça-

lar Ermənistana daşınmışdır. Şuşadakı Tarix Muzeyi-

nin, Ağdamdakı Çörək Muzeyinin, Zəngilandakı Daş 

Abidələr  Muzeyinin  də

 

aqibəti  belə  olmuşdur.  Oğur-



lanmış  və  məhv  edilmiş  bu  tarixi-mədəni  sərvətlərin 

dəyərini  müəyyənləşdirmək,  pulla  qiymətləndirmək 

mümkün  deyildir.  Birləşmiş  Millətlər  Təşkilatının 

Təhlükəsizlik  Şurasının  1993-cü  ildə  qəbul  edilmiş 

822,  853,  874,  884  saylı  qətnamələrində Azərbaycan 

Respublikasının ərazi bütövlüyünün tanınmasına və iş-

ğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad 

edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respub-

likası bu gün də işğalçılıq siyasətini davam etdirir.

QAN YADDAŞIMIZ!

Vətən torpaqları  

bizi gözləyir!

1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:

Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 

4,4 000 

km² 

Xankəndinin işğal tarixi - 28 dekabr 1991-ci il (ərazisi - 1043 km², əhalisi-57000) 

Xocalının işğal tarixi - 26 fevral 1992-ci il (ərazisi - 936 km², əhalisi-25332)

Şuşanın işğal tarixi - 8 may 1992-ci il (ərazisi - 289 km², əhalisi-31499)

Laçının işğal tarixi - 17 may 1992-ci il (ərazisi – 1835 km², əhalisi 72 228 )

Xocavəndin işğal tarixi - 2 oktyabr 1992-ci il (ərazisi - 1458 km² , əhalisi-41 725)

Kəlbəcərin işğal tarixi - 2 aprel 1993-cü il (ərazisi - 3054 km², əhalisi-85 228)

Ağdərənin işğal tarixi - 7 iyul 1993-cü il (ərazisi - 1705 km², əhalisi-14000)

Ağdamın işğal tarixi - 23 iyul 1993-cü il (ərazisi - 1 154 km², əhalisi-175400)

Cəbrayılın işğal tarixi - 23 avqust 1993-cü il (ərazisi - 1049 km², əhalisi-54430)

Füzulinin işğal tarixi - 23 avqust 1993-cü il (ərazisi - 1386 km² , əhalisi-105000)

Qubadlının işğal tarixi - 31 avqust 1993-cü il (ərazisi - 802 km², əhalisi-37 400)

Zəngilanın işğal tarixi - 29 oktyabr 1993-cü il (ərazisi - 707 km², əhalisi-33900)


40

Milli ədəbiyyat

85 

illiyi

Nəriman Həsənzadə 

1931

FEVRAL

Nəriman 


Əliməmməd 

oğlu 


Həsənzadə 1931-ci il fevral ayının 18-

də  Qazax  rayonunun  Poylu  stansiya-

sında  anadan  olmuşdur.  O,  ibtidai  və 

orta təhsilini öz rayonunda, ali təhsilini 

isə  1949-1953-cü  illərdə  indiki  Gəncə 

Dövlət Pedaqoji Universitetinin filolo-

giya fakültəsində almışdır.  

1961-ci  ildə  Moskvada  M.Qorki 

adına  Ədəbiyyat  İnstitutunu  bitirərək 

ikinci ali təhsil almış, Moskvada ikiil-

lik Ali Ədəbiyyat Kurslarında oxumuş-

dur.  1962-1965-ci  illərdə  Azərbaycan 

Dövlət  Universitetinin  “Azərbaycan 

ədəbiyyatı  tarixi”  kafedrasının  aspi-

rantı  olmuş,  1965-ci  ildə  dissertasiya 

müdafiə edərək elmlər namizədi alimlik 

dərəcəsi almışdır.

1962-ci  ildə  Respublika  Televiziya 

və Radio Verilişləri Komitəsində böyük 

redaktor,  1976-1990-cı  illərdə  “Uşaq 

və  Gənclər  ədəbiyyatı  nəşriyyatı”nda 

redaktor, 

“Azərbaycan 

gəncləri” 

qəzetində,  “Azərbaycan”  jurnalında 

şöbə müdiri, “Ədəbiyyat və incəsənət” 

qəzetinin baş redaktoru vəzifələrində ça-

lışmışdır. 1991-2001-ci illərdə mətbuat 

və informasiya nazirinin birinci müavi-

ni vəzifəsində çalışmışdır. 1954-cü ildə 

Azərbaycan  Yazıçılar  İttifaqının  (Bir-

liyinin),  sonralar  isə  İdarə  Heyətinin 

üzvü  seçilmişdir.  1991-1995-ci  illərdə 

millət vəkili olmuşdur.

Hal-hazırda Milli Aviasiya Akademi-

yasında  Humanitar  fənlər  kafedrasının 

müdiri  vəzifəsində  çalışır,  Elmi  Şura-

nın  üzvüdür.  2004-cü  ildə Azərbaycan 

yazıçılarının  XI  qurultayında  katibli-

yin  qərarı  ilə  Ədəbiyyat  Fondu  İdarə 

Heyətinin sədri təyin edilmişdir.

2002-ci  ildə  Beynəlxalq  Elmlər 

Akademiyasının (Azərbaycan bölməsi) 

müxbir  üzvü,  2004-cü  ildə  akademiki 

seçilmişdir.

Mətbuatda 1953-cü ildən çıxış edir. 

Əsərləri keçmiş SSRİ və bir çox xarici 

ölkə xalqlarının  dillərinə tərcümə edil-

mişdir.

Nəriman  Həsənzadə  epik-dramatik 



poemalar müəllifi kimi də tanınmışdır: 

“Nəriman”    “Zümrüd  quşu”    “Kimin 

sualı  var?”  və  s.  poemaları  iki  dildə 

(Azərbaycan və rus) nəşr edilmişdir.

Onun  “Bütün  Şərq  bilsin”  pyesi 

əvvəlcə  Sumqayıt  Dövlət  Dram  Teat-

rında  (1980),  sonra  Akademik  Milli 

Dram  Teatrında  (1982),  Moskvanın 

V.Mayakovski  adına  Akademik  Dram 

Teatrında (1983) göstərilmiş və müka-

fatlandırılmışdır.  “Atabəylər”  (1984) 

və “Pompeyin Qafqaza yürüşü” (1997) 

mənzum pyesləri Akademik Milli Dram 

Teatrında və Naxçıvan MR Dövlət Mu-

siqili Dram Teatrında tamaşaya qoyul-

muşdur.    Xalq  şairi  34  bədii  -  poetik 

toplunun,  2010-cü  ildən  nəşr  edilən 

yeddicildlik  “Seçilmiş  əsərləri”n,  “Ta-

riximiz, taleyimiz” adlı irihəcmli elmi-

ədəbi-tənqidi  məqalələr  toplusunun, 

“Poylu - beşiyim mənim” (2007), “Nuru 

Paşa” (2010), “İllər... pillələr... talelər...” 

(2011) kitablarının müəllifidir. 100-dən 

artıq  şeirinə  musiqi  bəstələnmişdir. 

Bəstəkar  R.  Mustafayevlə  “Nəriman” 

və  N.Əliverdibəyovla  “Vətən”  kan-

tatalarını  işləmişdir.  Xalq  şairi 

Nəriman Həsənzadənin xarici mətbuat 

səhifələrində  “Vətənsiz”  (Rumıniya, 

2009)  və  “Nuru  Paşa”  (Türkiyənin  9 

jurnalında) poemaları dərc edilmişdir.

Nəriman 


Həsənzadənin 

yara-


dıcılığı  dövlət  tərəfindən  yüksək 

qiymətləndirilmiş, “Əməkdar incəsənət 

xadimi”,  2005-ci  ildə  isə  “Xalq  şairi” 

fəxri adlarına layiq görülmüşdür. 

2001-ci ildə “Şöhrət” ordeni, 2011-

ci ildə “Şərəf” ordeni ilə təltif edilmiş-

dir.  Azərbaycanın  və  Belarusun  Fəxri 

Fərmanları ilə təltif olunmuşdur. Fərdi 

prezident təqaüdçüsüdür.

Ə d ə b i y y a t 

Seçilmiş əsərləri: 7 cilddə 

/N.Həsənzadə.-Bakı: Pro-

metey, 2010.-C.1.-811 s.; 

C.2.-2010.-736 s.; C.3.-

2011.-354 s.; C.4.- 2010.-

260 s.; C.5.-2011.-606 s.

İllər... pillələr... talelər... 

/N.Həsənzadə; red. 

N.Həsənzadə.- Bakı: 

Oğuz eli, 2011.-200 s.

Nizami: Müasirim 

haqqında poema 

/N.Həsənzadə.-Tehran: 

Alp, 2010.-85 s.

Mustafayeva, E. Nəriman 

Həsənzadənin yaradıcı-

lığında tarixilik və müa-

sirlik: filol. e. üzrə fəls. 

d-ru elmi dər. al. üçün 

təq. ed. dis.: 10.01.01. 

/E.Mustafayeva; AMEA, 

Nizami ad. Ədəbiyyat İn-

tu.-Bakı, 2010.-121 s. 

Nəriman Həsənzadə 

haqqında yazılanlar               

/Azərb. Resp. Mədəniyyət 

və Turizm Nazirliyi; 

tərt. N.Həsənzadə; red. 

G.Əmrullahqızı.- Bakı: 

[Nağıl Evi], 2012.- K.I.-

570 s.

www.anl.az

www.az.wikipedia.org

Şair

18


41

Milli ədəbiyyat

135 

illiyi

Abdulla Şaiq 

1881-1959

FEVRAL

Abdulla  Mustafa  oğlu  Talıbzadə 

(Abdulla Şaiq) 1881-ci il fevral ayının 

24-də  Tiflisdə  ruhani  ailəsində  anadan 

olmuşdur. İlk təhsilini şəhər müsəlman 

məktəbində  almış,  1893-cü  ildə  ailə 

vəziyyəti  ilə  əlaqədar  olaraq  Xorasana 

gəlmiş  və  dövrünün  mütərəqqi  ziyalı-

sı  Yusif  Ziyanın  məktəbində  təhsilini 

davam  etdirmişdir.  On  doqquz  yaş-

lı  Abdulla  Xorasanda  mükəmməl 

təhsil  almış,  tarix,  məntiq,  psixologi-

ya  elmlərini,  Şərq,  Azərbaycan,  rus 

ədəbiyyatını  öyrənmişdir.   A.Talıbzadə 

1901-ci ildə Bakıya gəlmiş və 1934-cü 

ilədək müəllimlik etmişdir.

Abdulla Şaiqin ilk mətbu əsəri “Lay-

lay” adlı uşaq şeiri olmuşdur. O, 1906-cı 

ildən  milli uşaq poeziyasının incilərini 

yaratmış,  şeirləri  “Dəbistan”  və 

“Məktəb” uşaq-gənclər toplularında işıq 

üzü görmüşdür. O, “Nicat” cəmiyyətinin 

idarə heyətinə üzv seçilmiş, ədəbi-bədii 

problemlərlə, maarif və məktəb işləri ilə 

məşğul olmuşdur.

Abdulla Şaiq çoxcəhətli ədəbi, peda-

qoji və elmi fəaliyyətlə məşğul olmuş-

dur.  İnqilabdan  əvvəlki  yaradıcılığında 

romantizm  meyilləri  duyulmuş,  lirik 

şeirlərində azadlıq, tərəqqi arzuları, nik-

binlik, mübariz ruh əsas yer tutmuşdur. 

“Məktub yetişmədi” (1908) hekayəsi və 

“Əsrimizin qəhrəmanları” (1913-1918) 

povestində iqtisadi-ictimai bərabərsizlik, 

xalqın  ağır  və  faciəli  həyatı  əks  edil-

mişdir.    “Bizimdir”  (1923),  “Azadlıq 

pərisinə”  (1925),  “Zərbəçi”  (1933), 

“Döyüş  nəğməsi”,  “Vətən  nəğməsi” 

kimi  şeirlərində  yeni  həyatın,  vətənin, 

əməkçi  insanların  tərənnümünə  xüsusi 

yer  verilmişdir.  Azərbaycan  nəsrində 

tarixi  roman  janrının  inkişafında  mü-

hüm  addımlardan  olan  “Araz”  (1938) 

romanında Bakı proletariatının inqilabi 

mübarizəsi,  “İldırım”  dramında  (1926) 

Azərbaycan kəndində baş verən ictimai 

toqquşmalar təsvir olunmuşdur.

Abdulla  Şaiq  Azərbaycan  uşaq 

ədəbiyyatının  görkəmli  nümayəndə-

lərindəndir. “Tülkü həccə gedir”, “Yax-

şı arxa”, “Tıq-tıq xanım”, “Şələquyruq” 

mənzum  hekayələrində  gözüaçıq-

lıq,  təvazökarlıq,  doğruçuluq,  təbiəti 

sevmək  təbliğ  edilir.  “Gözəl  bahar”, 

(1910),  “El  oğlu”  (1939),  “Vətən” 

(1941), “Nüşabə” (1945), “Ana” (1946) 

pyesləri  gənc  nəsildə  vətənpərvərlik 

tərbiyəsinin  aşılanmasına  həsr  olun-

muşdur. “May nəğməsi”, “Top oyunu”, 

“Bənövşə”,  “Qərənfil”,  “Bülbül”  kimi 

uşaq şeirləri, nağıl və poemaları bu gün 

də öz dəyərini saxlayır. Onun poeziyası 

qəhrəmanlıq, xəlqilik, vətənpərvərlik və 

gözəllik  poeziyasıdır,  uşaq  şeirləri  elə 

o  zamandan  dərslik,  proqram  və  oxu 

kitablarının  bəzəyi  olmuşdur.  O,  həm 

də 1910-cu ildə yazdığı “Gözəl bahar” 

pyesi  ilə  milli  uşaq  teatrının  özülünü 

qoymuşdur.

Abdulla Şaiqin xalq maarifi sahəsində 

mühüm  xidmətləri  olmuş,  “Uşaq 

çeşməyi”  (1907),  “Gülzar”  (1912), 

“Milli qiraət kitabı” (1922), “Qiraət ki-

tabı” (1924) və s. dərsliklər yazmış, ali 

məktəblərdə mühazirələr oxumuşdur.

Görkəmli ədib tənqid və ədəbiyyat-

şünaslıq sahəsində də çalışmış, M.Füzuli, 

İ.Nəsimi,  M.P.Vaqif,  M.F.Axundov, 

M.Ə.Sabir, A.Səhhət, H.Cavid, M.Hadi 

haqqında elmi məqalələr dərc etdirmiş-

dir.  Dünya  ədəbiyyatı  ilə  yaxşı  tanış 

olmuş, rus və fars dillərini mükəmməl 

bilmiş,  Nizami,  Şekspir,  Defo,  Krılov, 

Puşkin,  Lermontov,  Qorki  və  başqala-

rından tərcümələr etmişdir.

Ədəbiyyat  sahəsindəki  fəaliyyətinə 

görə  1940-cı  ildə  “Əməkdar  incəsənət 

xadimi” fəxri adına layiq görülmüşdür.

Abdulla Şaiq 1959-cu il iyul ayının 

24-də Bakıda vəfat etmişdir. 

Azərbaycan  Dövlət  Kukla  Teatrına 

Abdulla Şaiqin adı verilmiş, ev-muzeyi 

yaradılmış,  Bakı  küçələrindən  biri  və 

bir  neçə  kitabxana  onun  adı  ilə  adlan-

dırılmışdır.

Ə d ə b i y y a t 

Seçilmiş əsərləri: 3 

cilddə /A.Şaiq; tərt. ed. 

K.Talıbzadə.-Bakı: Avra-

siya Press, 2005.-C.1.-496 

s.; C.2.-568 s.; C.3.-536 s.

Xatirələrim /A.Şaiq; 

[red. R.Hacıyeva].-Bakı: 

Gənclik, 1973.-363 s.

Tıq-tıq xanım /A.Şaiq-

[Bakı]: [Beşik], [2009].-

30 s.

Abdulla Şaiq: kitab-

albom /T.Əhmədov; 

layih. rəhb. Ə.Qarayev; 

red. Ü.Talıbzadə;  Azərb. 

Resp. Mədəniyyət və 

Turizm Nazirliyi.-Bakı: 

E.L. Nəşriyyat Poliqrafiya 

Şirkəti MMC, 2009.-124 s.

Əsədli, M. Abdulla Şaiq 

və teatr: 1910-1958               

/Minəxanım Əsədli; elmi 

red. və ön söz. müəl. 

K.Talıbzadə.-Bakı: Nur-

lan, 2003.- 154 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.elyazmalarinstitutu.

com

Yazıçı

24


42

Milli ədəbiyyat

115 

illiyi

Əli Vəliyev 

1901-1983 

FEVRAL

Əli Qara oğlu Vəliyev 1901-ci il fevral 

ayının 27-də keçmiş Zəngəzur qəzasının 

Ağudi  kəndində  anadan  olmuşdur. 

İlk  təhsilini  doğulduğu  kənddə  almış, 

1917-ci ildə 3 sinifli rus məktəbini bitir-

miş, 1923-cü ildə Şuşa firqə məktəbinə 

daxil  olmuş,  sonra  Bakı  mərkəzi  firqə 

məktəbində  və  mühazirəçilər  qrupun-

da təhsilini davam etdirmişdir. Yay pe-

daqoji  kurslarında  təhsilini  artırmış  və 

Şuşada  orta  təhsil  haqqında  sənəd  al-

mışdır. 1928-ci ildə Azərbaycan Dövlət 

Darülfünunun  (indiki  BDU)  pedaqoji 

fakültəsinin  tarix-ictimaiyyət  şöbəsinə 

daxil olmuş, 1931-ci ildə oranı bitirmiş-

dir. 1933-1934-cü illərdə “Şərq qapısı” 

qəzetinin  redaktoru  olmuşdur.  1935-

1937-ci  illərdə  Azərbaycanın  bir  sıra 

rayonlarında partiya işində, 1937-1941-

ci  illərdə  Azərbaycan  Sovet  Yazıçıları 

İttifaqında  (indiki  AYB),  Azərbaycan 

İncəsənət İşçiləri İttifaqında, Voroşilov 

Rayon  İcraiyyə  Komitəsində  (indiki 

Səbail rayonu) məsul vəzifələrdə çalış-

mışdır.


1942-1945-ci  illərdə  “Kommunist” 

qəzetinin redaktor müavini, 1945-1950-

ci  illərdə  məsul  redaktoru  vəzifəsində, 

1950-1954-cü  illərdə  Azərbaycan  Ya-

zıçılar  İttifaqının  məsul  katibi,  1954-

1959-cu illərdə “Azərbaycan” jurnalının 

məsul  redaktoru  vəzifəsində  çalışmış-

dır.


Yaradıcılığa  Bakı  mərkəzi  firqə 

məktəbində  oxuyarkən  başlamış,  fəal 

fəhlə-kəndli  müxbiri  kimi  “Kommu-

nist”,  “Kəndli”,  “Gənc  işçi”,  “Yeni  fi-

kir” qəzetlərinin səhifələrində müxtəlif 

məqalələrlə  çıxış  etmişdir.    1930-cu 

ildə  “Allahın  səyahəti”  və  “Nənəmin 

cəhrəsi”,  1937-1941-ci  illərdə  “Qarlı 

dağlar”, “Qəhrəman”, “Ordenli çoban” 

və “Sübut” kitabları çap olunmuşdur.

1941-1942-ci  illərdə  Böyük  Vətən 

müharibəsi 

cəbhələrində 

yazıçı-


jurnalist  kimi  iştirak  etmiş,  “Cəbhə 

hekayələri”  kitabını  yazmışdır.    1954-

cü  ildə  “Gülşən”  povesti  və  “Çiçəkli” 

romanı M.F.Axundov adına Respublika 

Dövlət  mükafatına  layiq  görülmüşdür. 

1959-cu ildə rus dilində “Ürək dostları” 

romanı, 1960-1970-ci illərdə “Seçilmiş 

əsərləri”nin II-VI cildləri, görkəmli söz 

ustası  S.Rəhimovun  anadan  olmasının 

60 illiyinə həsr edilmiş “Xalq yazıçısı” 

monoqrafiyası,  “Turaclıya  gedən  yol”, 

“Budağın  xatirələri”  (Azərbaycan  və 

rus  dillərində)  romanları,  “Zəngəzur 

qartalları”,  “Bir  cüt  tərlan”  povestləri, 

“Uşaqlara  sovqat”,  “Əziz  nəvələrimə”, 

“Anaqız”,  “Bir  cüt  ulduz”  nağıl  və 

hekayələri,  1971-ci  ildə  “Samovar 

tüstülənir”,  “Gəncliyimi  tapdım”  (rus 

dilində),  povest  və  hekayələr  kitabları, 

1972-ci ildə “Durna qatarı” oçerklər ki-

tabı nəşr edilmişdir.

1974-cü ildə 2 kitabdan ibarət “Bu-

dağın  xatirələri”  romanı,  1975-ci  ildə 

“Yeni  həyat”  hekayələr  kitabı,  1976-cı 

ildə “Zamanın ulduzları”, “İstedad” (rus 

dilində)  povest  və  hekayələr  kitabları, 

1977-1980-ci  illərdə  “Qarabağda  qa-

lan  izlər”,  “Narahat  adam”  romanları, 

“Qənirsiz  gözəl”,  “Zamanın  ulduzları” 

(rus dilində) povest və hekayələri, “Şa-

mama Həsənova” oçerki çap olunmuş, 

bir sıra povest, hekayə, oçerk və ədəbi-

tənqidi məqalələri dövri mətbuatda dərc 

edilmişdir.

1945-ci ildə “1941-1945-ci illərdəki 

Böyük  Vətən  müharibəsində  şərəfli 

əməyə görə” medalı, 1959-cu ildə Qır-

mızı Əmək Bayrağı ordeni, 1971-ci ildə 

Lenin ordeni və “Əmək veteranı” meda-

lı, Qızıl qələm mükafatı və “Xalq maari-

fi əlaçısı” döş nişanı almış, 1974-cü ildə 

“Azərbaycan  SSR  Xalq  yazıçısı”  fəxri 

adına layiq görülmüş, 1976-cı ildə SSRİ 

Ali  Sovetinin  Rəyasət  heyətinin  Fəxri 

fərmanı,  1981-ci  ildə  Oktyabr  İnqilabı 

ordeni ilə təltif olunmuşdur.

Əli Vəliyev 1983-cü il fevral ayının 

2-də Bakı şəhərində vəfat etmişdir.



Ə d ə b i y y a t 

Seçilmiş əsərləri 

/Ə.Vəliyev; tərt. 

T.Qaraqaya; red. 

U.Rəhimoğlu.- Bakı: Avra-

siya Press, 2005. - 320 s.

Budağın xatirələri 

/Ə.Vəliyev; red. A.Məsud; 

Azərb. Resp. Mədəniyyət 

və Turizm Nazirliyi.-Bakı: 

İrfan, 2012.- K.I.- 445 s.; 

K.II.-490 s.

Qəhrəman: [roman] 

/Ə.Vəliyev.-Bakı: Gənclik, 

1983.-316 s. 

Əli Vəliyev: biblioqrafik 

göstərici /H.Həmidova, 

Q.Məmmədov.- Bakı: 

Yazıçı, 1982.-146 s.

Yadda qalan xatirələr: 

[Ə.Vəliyev haqqında]         

/tərt. ed. S.Vəliyeva.-Bakı: 

Azərbaycan Tərcümə 

Mərkəzi, 1996.- 240 s. 

İ n t e r n e t d ə

www.anl.az

www.azerbaycanli.org

www.az.wikipedia.org

www.azyb.net

www.adam.az

Yazıçı

Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin