27
43
Dünya ədəbiyyatı
575
illiyi
Əlişir Nəvai
1441-1501
FEVRAL
Nizaməddin Mir Əlişir oğlu Nəvai
(Əlişir Nəvai) Teymurilər sarayına yaxın
zadəgan ailəsində 1441-ci il fevral ayı-
nın 9-da Heratda anadan olmuşdur.
Təhsilini Herat, Məşhəd və Səmər-
qənd şəhərlərində almış, şəxsi mütaliəsi
nəticəsində dövrünün ən görkəmli
alimlərindən biri kimi tanınmışdır. Ki-
çik yaşlarından özbək və fars dillərində
şeirlər yazmış, 15 yaşında şair kimi
şöhrət qazanmışdır.
1468-ci ildə məktəb yoldaşı Hüseyn
Baykara hakimiyyət başına gəldikdən
sonra Nəvai möhürdar təyin olunmuş,
1472-ci ildə vəzir rütbəsinə yüksəlib əmir
titulu almışdır. Dövrünün alim, şair, mu-
siqiçi, rəssam və xəttatlarını himayə et-
miş, öz hesabına mədrəsə və xəstəxanalar
açmış, yollar çəkdirib körpülər saldırmış,
kanallar qazdırmış, karvansaralar tikdir-
miş, sarayda əməkçi xalqın müdafiəçisi
kimi tanınmışdır. Lakin Nəvainin bu
nəcib işləri irticaçı dairələrdə narazılıq
doğurmuş, şairə böhtan və iftiralar atıl-
mışdır. 1476-cı ildə Nəvai vəzirlikdən
imtina etməyə məcbur olmuşdur. Bir
müddət Astrabad vilayətinin hakimliyinə
göndərilmiş (1487), 1488-ci ildə Herata
qayıdaraq, ömrünün axırınadək yaradıcı-
lıqla məşğul olmuşdur.
Əlişir Nəvai 16-sı mənzum, 16-sı
mənsur olmaqla bir-birindən dəyərli
32 əsər yazmışdır. “Mühakəmət-ül
Lüğəteyn”, “Məcalisün-Nəfais”, beş
məsnəvidən ibarət “Xəmsə” və şeirlərinin
topladığı “Divan” onun ən məşhur
əsərləridir. “Mühakəmət-ül Lüğəteyn”
əsərində türk və fars dilləri müqayisəli
şəkildə qarşılaşdırmış, türk dilinin han-
sı baxımdan üstün olduğunu açıqla-
mışdır. “Məcalisün-Nəfais” şairlər və
ədiblər təzkirəsidir. Bu əsərdə XV əsrdə
Türküstan və İranda yetişən şairlərin
həyat və yaradıcılıqlarına dair dəyərli
məlumatlar verilmişdir. “Xəmsə”sində
“Fərhad və Şirin”, “Leyli və Məcnun”
kimi mənzum romanları, Makedoniyalı
İskəndərin həyatından bəhs edən “Səddi-
İskəndəri”, Sasani hökmdarı Bəhram
Gurun həyatından bəhs edən “Səbəy-
Səyyarə” adlı tarixi əsərləri, əxlaq və
təsəvvüfə dair fikirlərini əks etdirir.
Qəzəllər, müxəmməslər, rübailər,
müstəzadlar, müfrədlərdən ibarət divan-
ları isə Orta Asiya türk dilinin ən gözəl
nümunələridir. Ə.Nəvai 6 divan yarat-
mış, ilk şeirlərini “Bədaye ülbidayə”
(1470-ci ilin əvvələri) adlı divanında top-
lamış, 2-ci divanını “Nəvadir ül-nəhayə”
(1476-1483) adlandırmışdır. 1498-1499-
cu illərdə özbək dilində yazdığı lirik
şeirləri “Çahar divan” adlanan 4 cilddə
toplanmışdır. Fars dilindəki qəzəlləri isə
“Divani-Fani” adı ilə məşhurdur.
Nəvai Azərbaycan ədəbiyyatının
klassikləri Xaqani, Nizami və Nəsiminin
əsərlərini dərindən öyrənmiş, onlarla
məktublaşmışdır. Onun əsərləri bir sıra
xalqların dillərinə tərcümə olunmuşdur,
əlyazmaları dünyanın ən iri kitabxanala-
rında mühafizə olunur.
Şairin əsərlərinin süjetləri əsasında
çoxlu musiqili əsərlər (opera, balet və
s.), həyat və yaradıcılığından bəhs edən
bədii əsərlər (Aybəkin “Nəvai” roma-
nı və s.) yaradılmış, haqqında bədii
film (“Əlişir Nəvai”, 1948) çəkilmişdir.
Nəvai şəhəri şairin şərəfinə adlandırıl-
mışdır. Özbəkistanda adına maarif və
mədəniyyət müəssisələri, ali məktəb və
küçə var.
Əlişir Nəvai 1501-ci il yanvar ayının
3-də Heratda vəfat etmişdir.
Bakıda şairin adına küçə var. Adını
daşıyan parkda heykəli ucaldılmışdır.
Nəvai irsinin tədqiqatçısı H.Araslıya
1968-ci ildə “Özbəkistan SSR Əməkdar
elm xadimi” adı verilmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/Ə.Nəvai.- Bakı: Öndər
nəşriyyat, 2004.- 423 s.
Mühakəmətül-lüğateyn-
İki dilin mübahisəsi:
Cağatay türkcəsindən
tərcümə /Ə.Nəvai;
tərc. və ön söz. müəl.
K.V.Nərimanoğlu; red.
Ş.Əhmədova.- Bakı:
Yurd, 1999.- 64 s.
Əlişir Nəvai
Azərbaycan
ədəbiyyatşünaslığında:
məqalələr toplusu
/topl., tərt. ed. və nəşrə
hazırl. A.Ülvi; elmi red.
V.Arzumanlı; elmi məsl.
C.Nağıyeva; AMEA,
Nizami ad. Ədəbiyyat
İn-tu.- Bakı: Qartal,
2009.- 359 s.
Nağıyeva, C.
Azərbaycanda Nəvai
/C.Nağıyeva.- Bakı:
“Tural-Ə” NPM,
2001.- 262 s.
Qasımov, Y. Əlişir
Nəvai və yeni özbək
poeziyası /Y.Qasımov
//Türkologiya: jurnal.-
2013.- №1.- S.33-41.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kh-davron.uz
Özbək şairi
9
44
Dünya ədəbiyyatı
110
illiyi
Musa Cəlil
1906-1944
FEVRAL
Musa Mostafa oğlu Cəlilov (Musa
Cəlil) 1906-cı il fevral ayının 15-də
Orenburq vilayətinin Şarlık rayonunda-
kı Mostafa kəndində anadan olmuşdur.
İlk təhsilini mollaxanada alan Musa
1914-1917-ci illərdə Orenburqdakı
Hüseyniyyə mədrəsəsində oxumuşdur.
9 yaşında şeir yazmağa başlayan şai-
rin ilk şeiri 1919-cu ildə “Qızıl yıldız”
qəzetində çap olunmuşdur. 1919-cu ildə
komsomola daxil olmuş və bolşeviklərlə
ağqvardiyaçılar arasında gedən savaşda
bolşeviklərin sıralarında döyüşmüşdür.
1922-ci ildə Tatarıstanın paytaxtı Ka-
zan şəhərinə gəlmiş və qəzetdə işləməyə
başlamışdır.
1925-ci ildə onun şeirlər toplu-
su “Biz gedirik” adı altında çap edil-
miş, elə həmin il Orenburq komsomol
komitəsinə işə göndərilmişdir.
İki il Orenburq və Orskidə komso-
mol işində çalışan şair 1927-1931-ci
illərdə Moskva Dövlət Universitetinin
ədəbiyyat fakültəsində təhsil almışdır.
Moskvada oxuduğu illərdə komsomolun
mərkəzi komitəsinin orqanı olan “Kiçik
qardaşlar”, “Oktyabr balaları” jurnalla-
rına redaktorluq etmişdir. 1929-cu ildə
şairin “İptaşka” şeir kitabı çap olunmuş-
dur.
1933-1934-cü illərdə Moskvadakı
“Kommunist” qəzetinin ədəbiyyat və
incəsənət şöbəsinə rəbərlik edən Musa
Cəlilin “Ordenli milyonlar” şeir kitabı
çap edilmişdir. 1935-ci ildə o, Moskva
Dövlət Universitetində açılan Tatar Ope-
ra Studiyasına işə dəvət edilmiş, studiya
1938-ci ildə Tatarıstana köçürüləndə
Musa Cəlil də Kazana gəlmiş və ədəbi
hissə müdiri vəzifəsində işləmişdir.
1935-1941-ci illərdə yazdığı “Altun-
saç”, 1940-cı ildə tamamladığı “İldar”
librettolarını Tatarıstan Dövlət Opera
Balet Teatrına səhnələşdirmək üçün
təhvil vermişdir.
Musa Cəlilin şairliyi ilə yanaşı,
rəssamlıq qabiliyyəti də olmuş, musiqi
istedadı libretto yazmasında ona çox
kömək etmişdir. O, bəzi şeirlərinə xalq
mahnılarının üslubunda mahnılar da
yazmışdır. Musa Cəlil 1939-cu ilin iyu-
lunda Sovetlər Birliyi Yazıçılar İttifaqı-
nın Tatarıstan şöbəsinin katibi seçilmiş-
dir.
Lakin İkinci Dünya müharibəsi Musa
Cəlilin həyat yolunu tamam dəyişmişdir.
1941-ci ilin yayından Musa Cəlil “Otva-
qa” (İgidlik) cəbhə qəzetində hərbi müx-
bir kimi fəaliyyətə başlamışdır. Onun
tərənnüm etdiyi Sovet Ordusu 1942-ci
ildə Voloxov cəbhəsində ağır itki verərək
şairi yaralı və hərbi müxbiri də səngərdə
qoyub geri çəkilmişdir. Beləcə, Musa
Cəlilin əsirlik, ailəsinin və qohumlarının
isə işgəncəli həyatı başlamışdır.
1944-cü ildə Moabit düşərgəsindəki
antifaşist gizli təşkilatın üzvləri Almani-
yanın xüsusi xidmət orqanları tərəfindən
yaxalanmış, uzun və ağır işgəncəli
dindirmələrdən sonra gizli təşkilatın
ideoloqu Musa Cəlilin günahkar olduğu
sübut edilmiş, 1944-cü il avqust ayının
25-də Berlin yaxınlığındakı Plyotsen-
ze hərbi həbsxanasında öldürülmüşdür.
Stalinin ölümündən sonra gizli antifa-
şist təşkilatlarında Sovetlərin öndə ol-
duğunu göstərmək üçün Musa Cəlilə
ölümündən sonra 1956-cı ildə “Sovet
İttifaqı Qəhrəmanı” adı verilmiş və
şeirləri dünya dillərinə tərcümə edilərək
yayılmışdır.
Ə d ə b i y y a t
Moabit dəftəri:
şeirlər /M.Cəlil; tərc.
ed. X.Rza; ön söz.
P.Xəlilov.- Bakı: Yazıçı,
1979.- 275 s.
Mustafin, R. Qəhrəman
şairin izi ilə: kitab ax-
tarış /R.Mustafin; tərc.
ed. V.Quliyev.- Bakı:
Gənclik, 1988.- 196 s.
Abbaslı, T. Ədib. Əsgər.
Əsir. Edam. Təqib.
Təltif...: [Musa Cəlil
haqqında] /T.Abbaslı
//Mədəniyyət.- 2011.-
16 fevral.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.ali-shamil.tr.gg
Tatar şairi
15
45
45
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
95
illiyi
Böyükağa Mirzəzadə
1921-2007
FEVRAL
Böyükağa Məşədi oğlu Mirzəzadə
1921-ci il fevral ayının 21-də Bakıda
anadan olmuşdur. O, Əzim Əzimzadənin
rəhbərliyi ilə boyakarlıq sənətinin
əsaslarını mənimsəyərək, 1939-cu ildə
Azərbaycan Dövlət Rəssamlıq Texniku-
munu bitirmişdir. 1940-cı ildə Moskva
Rəssamlıq İnstitutuna daxil olmuş, la-
kin müharibənin başlanması səbəbindən
təhsilini davam etdirə bilməmişdir. An-
caq 1973-cü ildən Azərbaycan Dövlət
İncəsənət İnstitutunda təhsil ala bilmiş-
dir.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət
Rəssamlıq Texnikumunun müəllimi kimi
başlamışdır. Ömrünün son günlərinədək
pedaqoji fəaliyyətlə məşğul olmuş,
Azərbaycan Dövlət İncəsənət İnstitu-
tunda kafedra müdiri və Azərbaycan
Rəssamlıq Akademiyasının professoru
vəzifələrində çalışmışdır.
Onun rəngkarlıq, qrafika, səhnə
rəssamlığı və digər janrlarda, müxtəlif
mövzularda yaratdığı əsərlər qiymətli
sənət nümunələri kimi rəssamlıq
tariximizə həmişəlik daxil olmuşdur.
Portret janrında ustalıqla yaratdığı “Di-
rijor Niyazinin portreti” (1951), “Gənc
rəssamın portreti” (1967), “Ədilənin
portreti” (1969), “Şıxəli Qurbanovun
portreti” (1969) “Aşıq Ələsgərin portre-
ti” (1972), “Çəhrayı geyimli qız” (1973),
“Şəmsi Bədəlbəylinin portreti” (1975),
“Bəstəkar Xəyyam Mirzəzadənin port-
reti” və s. boyakarlıq əsərlərində tarixi
şəxsiyyətlərin və müasirlərinin daxili
aləmi, xarakteri və mənəvi zənginlikləri
bütün dolğunluğu ilə öz əksini tapmışdır.
O, güllərlə bağlı natürmortları: “Sarı
güllər”, “Tüstü ilə natürmort”, “Dolça
ilə natürmort”, “Qızılgüllər”, “Güllərlə
natürmort”, “Bankalı natürmort” rəssa-
mın yaradıcılığında xüsusi yer tutur.
Böyükağa Mirzəzadə fırçasının məhsulu
olan bu tablo və lövhələr özünün yüksək
emosional təsir qüvvəsi ilə seçilir, insanı
doğma vətəni və onun təbiətini sevməyə
çağırır.
Teatr rəssamı kimi də səmərəli
fəaliyyət göstərmişdir. Uzun illər ərzində
Azərbaycan teatrında “Qaynana” (1965,
Z.Bağırov), “Milyonçunun dilənçi oğlu”
(1966, Ş.Qurbanov), “Bayadera” (1973,
İ.Kalman), “Mənim günahım” (1967,
İ.Əfəndiyev) və s. kimi iyirmiyə yaxın
tamaşaya səhnə tərtibatı vermişdir.
Rəssamın əsərləri 1940-cı ildən
etibarən Çexoslovakiya, Fransa, İtaliya və
onlarca xarici ölkələrin sərgi salonlarında
və rəsm qalereyalarında müvəffəqiyyətlə
nümayiş etdirilmiş, sənətsevərlərin
rəğbətini qazanmışdır.
O, 1960-cı ildə “Azərbaycan SSR-in
Əməkdar incəsənət xadimi”, 1966-cı ildə
Üzeyir Hacıbəylı adına Dövlət mükafa-
tına və 1967-ci ildə isə “Xalq rəssamı”
fəxri adına layiq görülmüş, 1998-ci ildə
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü olmuşdur.
Böyükağa Mirzəzadə 2007-ci il no-
yabr ayının 3-də ömrünün 87-ci ilində
vəfat etmişdir.
Ə d ə b i y y a t
Böyükağa Mirzəzadə
[İzomaterial]:
rəngkarlıq və
qrafika /layih.
rəhb. R.Həşimov;
tərt. E.Məmmədov;
bədii tərt. və dizayn
T.Qorçu; mətnin
müəl. Ş.Məlikova;
tərc. E.Triller; red.
S.Babullaoğlu; ideya
Xalq Bank.- Bakı:
Tutu, 2010.- 212 s.
Əliyeva, F. Böyükağa
Mirzəzadə: Zamanın
sınağından keçmiş
rəssam /F.Əliyeva
//Mədəniyyət.-2011.- 2
mart.- S.15.
Quliyev, Ə.
Azərbaycan
rəssamlığında kolorit
ustası - Böyükağa
Mirzəzadə /Ə.Quliyev
//525-ci qəzet.- 2012.-
1 fevral.- S.7.
Mirzəzadə Böyükağa
Məşədi oğlu //Cəlil
Məmmədquluzadə
Ensiklopediyası.- Bakı,
2008.- S.197.
www.anl.az
www.az.wikipedia.org
www.mct.gov.az
www.elibrary.azlib.net
21
Rəssam
46
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
95
illiyi
Oqtay Sadıqzadə
1921-2014
FEVRAL
Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə
1921-ci il fevral ayının 24-də Bakının
Novxanı kəndində anadan olmuşdur.
Valideynlərini repressiya illərində itir-
miş və gənc yaşlarından rəssamlığa ma-
raq göstərməyə başlamışdır.
1935-1939-cu illərdə Bakı Rəssamlıq
Texnikumunda təhsil alaraq ilk əsərləri
ilə sənətşünasların diqqətini cəlb etmiş-
dir. 1941-ci ildə repressiyaya məruz qal-
mış ailənin nümayəndəsi kimi sürgün
olunmuş, lakin düşdüyü ağır şəraitə bax-
mayaraq yaradıcılığını davam etdirmiş-
dir.
1946-cı ildə Bakıya qayıtdıqdan son-
ra kitab qrafikası ilə məşğul olmuş və bu
sahədə nəzərə çarpacaq uğurlar qazan-
mışdır. Təhsilini davam etdirmək üçün
Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutuna daxil olmuş və 1956-cı ildə
oranı qrafika ixtisası üzrə bitirmişdir.
Təhsilini başa vurduqdan sonra Bakı-
da Azərnəşrdə bədii redaktor kimi əmək
fəaliyyətinə başlayan Oqtay Sadıqzadə
dünya təsviri sənətinin nailiyyətlərindən
bəhrələnməklə, ədəbi fikrin qüdrətli si-
malarından Mirzə Fətəli Axundzadə,
Hüseyn Cavid, Cəfər Cabbarlı, Rəşad
Nuri Güntəkin, Onore de Balzak, Viktor
Hüqo, İvan Turgenev, Maksim Qorkinin
və digər söz ustalarının əsərlərinin dərin
emosional təsir gücünə malik yaddaqa-
lan obrazlarını yaratmışdır.
N.Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin, Milli Azərbaycan
Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli,
Hüseyn Cavid, Səməd Vurğun və Bül-
bülün ev-muzeylərinin tərtibatında
rəssamın əsərlərinə xüsusi yer verilmiş-
dir. Onun “Nizami Gəncəvi və dünya
mədəniyyəti” adlı monumental silsilə
əsərləri, Qətran Təbrizinin, Xurşidbanu
Natəvanın portretləri, “1937-ci il repres-
siyasının qurbanları” tablosu və “Hüseyn
Cavidin aləmi” adlı rəsmləri obrazların
təkrarolunmazlığı, kompozisiya üsulla-
rının müxtəlifliyi və rəngkarlıq həllinin
mükəmməlliyi ilə seçilir.
Sənətkarın əsərləri Azərbaycan
Dövlət İncəsənət Muzeyində, eləcə
də Tretyakov qalereyası kimi mötəbər
mədəniyyət mərkəzində nümayiş etdiri-
lir, dünyanın bir çox ölkələrin şəxsi kol-
leksiyalarında saxlanılır.
Oqtay Sadıqzadə 1977-ci ildə
“Əməkdar incəsənət xadimi”, 1992-ci
ildə “Xalq rəssamı” fəxri adlarına layiq
görülmüş, 1999-cu ildə “Şöhrət”, 2011-
ci ildə “Şərəf” ordenləri və 2014-cü ildə
Azərbaycan Respublikasının Dövlət mü-
kafatı ilə təltif edilmişdir. 2002-ci ildə
Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü olmuşdur.
Xalq rəssamı Oqtay Sadıqzadə 2014-
cü il dekabr ayının 20-də Bakı şəhərində
vəfat etmişdir.
Ə d ə b i y y a t
Oqtay Sadıqzadə [İzo-
material]: rəngkarlıq,
qrafika lay. rəhb.
Ç.Fərzəliyev; mətnin
müəl. G.Qacar; ing.
dilinə tərc. İ.Peart,
S.İbrahimova,
Ə.Məlikova; fotolar
Ə.Ağasiyev; baş dizay-
ner İ.Eldarova.- Bakı:
Sərvət [Şərq-Qərb],
2013.- 104 s.
Qafarzadə, R. Oqtay
Sadıqzadə yaradıcılığı
Azərbaycan təsviri
sənəti kontekstində:
sənətşün. üzrə fəls. d-ru
e. dər. al. üçün təq. ed.
dis-nın avtoreferatı:
6215.01 /R.Qafarzadə;
Azərb. Resp. Təhsil
Nazirliyi, Azərb. Dövlət
Rəssamlıq Akademiya-
sı.- Bakı, 2013.- 24 s.
Oqtay Seyid Hü-
seyn oğlu Sadıqzadə
//Azərbaycan.- 2014.-
23 dekabr.- S.8;
Mədəniyyət.- 2014.- 24
dekabr.- S.2.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.mct.gov.az
www.anspress.com
www.azerbaycanli.org
24
Rəssam
47
Musiqi.Opera.Balet
80
illiyi
Məmməd Quliyev
1936-2001
FEVRAL
Məmməd Mehdi oğlu Quliyev 1936-
cı il fevral ayının 9-da Göyçay rayonun-
da anadan olmuşdur.
1958-ci ildə Bakı Musiqi Texniku-
munu tar sinfi üzrə bitirərək Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservato-
riyasına - Qara Qarayevin sinfinə daxil
olmuşdur. 1963-cü ildə diplom işi kimi
təqdim etdiyi ilk irihəcmli əsəri - I sim-
foniyası, Dövlət imtahan komissiyası
tərəfindən yüksək qiymətləndirilmişdir.
XX əsrin 60-cı illərində yaradıcılıq yo-
luna qədəm qoyan bəstəkarın maraqlı,
orijinal və yüksək bədiiliyi ilə seçilən
əsərləri nəinki respublikamızda, habelə
onun hüdudlarından kənarda da musi-
qi ictimaiyyətinin diqqətini cəlb etmiş,
əsərləri Ümumittifaq müsabiqələrdə,
qurultay və plenumlarda uğurla səslən-
mişdir. Məmməd Quliyev 30 ildən
artıq pedaqoji fəaliyyətlə məşğul ol-
muş, A.Zeynallı adına Bakı Musi-
qi Kollecində alətşünaslıq, dirijorluq
fənlərini tədris etmişdir. İctimai musiqi
xadimi kimi Məmməd Quliyev 1966-cı
ildən Azərbaycan Bəstəkarlar İttifaqının,
İdarə Heyətinin üzvü, habelə “Simfonik
musiqi bölməsi”nin fəal üzvlərindən biri
olmuşdur.
Xalq mahnılarının melodiya və for-
masını götürüb özünəməxsus şəkildə
orkestrləşdirən M.Quliyev, ilk dəfə olaraq
Azərbaycan bəstəkarları arasında məhz
xalq mahnılarından ibarət “7 Azərbaycan
xalq mahnısı” (“Dəli ceyran”, “Süsən
sünbül”, “Yaxan düymələ” və s.) adlı
irihəcmli silsilə mahnı bəstələmiş və onu,
bu əsərin ilk ifaçısı, Əməkdar incəsənət
xadimi, müğənni R.Adıgözəlova ithaf
etmişdir. M.Quliyevin 20 pyesdən ibarət
olan “Fortepiano üçün albom” əsərində
bəstəkar hər muğamı bir pyes şəklində
təqdim etmişdir.
M.Quliyev “Aldanmış ulduzlar”
(M.F.Axundovun povesti əsasında) ope-
rasının, 7 simfoniyanın, instrumental
konsertlərin, irihəcmli xor əsərlərinin, o
cümlədən “Dədə Qorqud diyarı” (Fikrət
Qocanın sözlərinə) kantatasının, “Şəbi-
hicran” (Füzulinin sözlərinə) lirik po-
emanın, kamera-instrumental əsərlərin
müəllifidir. Xocalı qurbanlarına həsr
olunmuş faciəli “Simfoniya-rekviyem”
isə yaşanan ağrılı-acılı hisslərin ifadəsi
kimi dəyərləndirilir. Bəstəkar, şair
F.Qocanın sözlərinə yazdığı 5 solist,
qarışıq xor və simfonik orkestr üçün
“Azərbaycan” adlı III simfoniyasındakı
solo vokal partiyalarda qədim mərasim
mahnısı olan ağıdan bacarıqla və yaradı-
cı şəkildə istifadə etmişdir.
Yaradıcılığında daim muğam ənənə-
lərinə müraciət etmiş bəstəkar xüsusilə
simfonik yaradıcılığında bu üsuldan ge-
niş istifadə etmişdir. Onun 4 saylı “Mu-
ğam” simfoniyası, Kamera orkestri üçün
“Muğamsayağı” əsərini göstərmək olar.
Görkəmli bəstəkar 1992-ci ildə
“Azərbaycanın Əməkdar incəsənət xadi-
mi” fəxri adına layiq görülmüşdür.
Məmməd Quliyev 2001-ci il oktyabr
ayının 2-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: |