Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə13/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

Ə d ə b i y y a t

Qaradağlı, Ə.Qaradağlı 

qəhrəman kənddir 

/Ə.Qaradağlı; red. S. Ağa-

yev .-Bakı: Şuşa, 2010.-130 

s.

Zülfüqarlı, M. Qaradağlı 

faciəsi. 17 fevral 1992-ci il 

/M.Zülfüqarlı.-Bakı: Qanun 

2010.-35 s. 

Qaraca, B.Qaradağlıdan 

başlayan faciələr : Qara-

dağlı faciəsindən 23 il keçir 

/B.Qaraca //Azərbaycan 

.-2015.- 17 fevral.- S.5.

Unudulmayan dərdlər: Qa-

radağlı faciəsindən 23 il ke-

çir /L.Quliyev //Azərbaycan 

.-2015.- 17 fevral.- S.5.

Qurbanqızı, S. Xocalıdan 

əvvəl yaşanmış “İkinci 

Xocalı Soyqırımı”: Qa-

radağlı faciəsi dünyanın 

diqqətindən kənarda qalan 

ikinci Xocalı faciəsidir 

/S.Qurbanqızı //Olaylar.- 

2014.- 18 fevral.- S.13.

Rəhimli, F. Qaradağlı 

dağı /F.Rəhimli   //Ədalət.- 

2014.- 18 fevral.- S.5.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.garadaghli.org

17

70

17

17

17

19

Tarixdə bu gün

FEVRAL

21

2

22

2

20

20

8

 

23

Bеynəlxalq Ana Dili Günü

 1999 

21

YUNESKO (UNESCO) 1999-cu il fevral ayının 

21-ni Beynəlxalq Ana Dili Günü elan etmişdir.

Dünyada  məhv  olmaq  təhlükəsi  ilə  üzləşən 

dillərin  qorunması  məqsədilə  hər  il  keçirilən 

Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma di-

linin  varlığını  hiss  etmək,  onunla  qürur  duymaq, 

onu  qorumaq,  inkişaf  etdirmək  hüququ  olduğu-

nu bir daha xatırladır.  Ən sadə şəkildə desək, dil 

ünsiyyət  vasitəsidir,  bununla  bahəm,  dil  millətin 

simasını  səciyyələndirən  amillərdən  biri,  bəlkə 

də, birincisidir. O, hər hansı bir xalqın varlığının 

təzahürü,  onun  milli  sərvəti,  qan  yaddaşıdır.  Bu 

qənaət tarixin bütün dövrlərində bəşər övladlarının 

qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulma-

yan  aksiomadır.  Millətin  dilinin  dövlət  statusuna 

yüksəlməsi  isə  tarixi  hadisə,  milli  dövlətçilik  ta-

rixinin  qızıl  səhifəsidir.  Dilin  dövlət  dili  statusu 

qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. 

Azərbaycan  dili  bu  tarixi  hadisəni  yaşayıb....  Və 

bu  gün  dilimizin  dövlət  statuslu  dillər  arasında 

olmasına görə dilimizin mənəvi dirilik atributuna 

çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, 

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tari-

xi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox 

sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən 

ümummilli lider Heydər Əliyevə minnətdar olmalı-

yıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək 

dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə 

yol tapması Ana dilimizin gözəl bilicisi, mahir na-

tiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına 

yönələn  düşünülmüş  siyasətinin  nəticəsidir.  Bu 

siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər 

Əliyev  həmin  il  Bakı  Dövlət  Universitetinin  50 

illik  yubileyində  Azərbaycan  dilində  çıxış  edib. 

Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə 

yol  açıb.  Azərbaycan  SSR-in  1978-ci  il  Konsti-

tusiyasında  Azərbaycan  dilinin  dövlət  dili  kimi 

qəbul  edilməsi  isə  həmin  dövr  üçün  əhəmiyyətli 

hadisə idi. 1995-ci ildə qəbul edilən Konstitusiya 

ilə  dövlət  dilinin  adı  bərpa  olundu.  Bundan  son-

ra  hökumət  səviyyəsində Ana  dilinin  inkişafı  və 

qorunması  istiqamətində  əhəmiyyətli  sənədlər 

qəbul edildi. ...Azərbaycan Konstitusiyasının 45-ci 

maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, 

istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla 

məşğul olmaq hüququ təsbit olunur. Konstitusiya-

mıza görə, heç kəs Ana dilindən istifadə hüququn-

dan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr 

tarixdə “Azərbaycan Respublikasında Dövlət dili 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu-

nun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili 

kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf 

etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan 

dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyac-

larının  ödənilməsi  istiqamətində  daha  bir  addım-

dır.  Bu  sənəd  ümummilli  lider  Heydər  Əliyevin 

xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, 

qayğısının  parlaq  nümunələrindən  biridir.  Bu 

ənənələri  ölkə  Prezidenti  İlham  Əliyev  uğurla 

davam  etdirməkdədir.  Dövlət  başçısının  müxtəlif 

vaxtlarda  imzaladığı  “Azərbaycan  dilində  latın 

qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi 

haqqında”  və  “Azərbaycan  Milli  ensiklopediya-

sının  hazırlanması  haqqında”  sərəncamları  və  bu 

istiqamətdə  görülən  işlər  də  dilimizin  inkişafına 

böyük  qayğının  təzahürüdür.  Ana  dilimizi  qoru-

maq, inkişaf etdirmək bizim də borcumuzdur.



Ə d ə b i y y a t 

Babayev, E.Azərbaycan dilinə böyük sevgi ilə: 21 Fevralda 

Beynəlxalq Ana dili günü qeyd edildi /E.Babayev //Ekran-efir 

.-2015.- 27 fevral.- S.7.

Salmanlı, R.Milli mənliyimizin təməl daşı : 21 fevral Beynəlxalq 

Ana Dili Günüdür /R.Salmanlı //Azərbaycan .-2015.- 21 fevral.- 

S.7.

71

Tarixdə bu gün

Xоcalı Sоyqırımı günü

 1992 

FEVRAL

Ötən  əsrin  1992-ci  ilinin  fevralında  tarixdə 

görünməmiş qətliam baş verdi. Türkləri özlərinin 

əbədi düşməni hesab edən ermənilər məskunlaş-

dıqları  türk  torpaqlarında  insanlığa  xas  olmayan 

vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini 

yer üzündən sildilər – insanlar amansızlıqla qətlə 

yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalan-

dı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi 

idi. 


1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə 

erməni-daşnak  silahlı  qüvvələri  və  keçmiş  sovet 

366-cı  motoatıcı  alayı  Xocalıya  divan  tutdu,  ən 

dəhşətli  soyqırım  törədildi.  Buna  qədər  isə  Xo-

calı erməni-daşnaklar tərəfindən tam mühasirəyə 

alınmışdı. Yollar  tamam  kəsilmiş,  Xocalı  taleyin 

ümidinə  buraxılmışdı.  Halbuki  xocalılar  erməni-

daşnak  hərbi  qüvvələrinə  mərdliklə  müqavimət 

göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayır-

dılar. Düşmən elə buna görə də Xocalı sakinlərini 

vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə ye-

tirdi.


Faciənin miqyası son dərəcə böyük və dəhşətli 

idi.  Ağdam  istiqamətində  düzlər,  dərələr,  dağlar 

günahsız  insanların  cəsədləri  ilə  dolmuşdu. Yer-

göy  qan  ağlayırdı.  Ermənilər  qadınlara  və  uşaq-

lara, qocalara və xəstələrə rəhm etmədən hamını 

güllələyərək süngüdən keçirmişdilər. Xocalı soy-

qırımına siyasi qiymət verən və bu barədə dünya-

nın ən yüksək tribunalarından danışan ümummilli 

lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə 

demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cava-

bını  verək,  şəhidlərin  qanının  yerdə  qalmaması 

gününü  görək.  Azərbaycanın  ərazi  bütövlüyünü 

təmin  edək.  Müstəqil  Azərbaycanın  hüdudlarını 

tamamilə  bərpa  edək.  İnanıram  ki,  Azərbaycan 

xalqı belə qüdrətə malikdir”.

Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi 

yer  üzündən  silinib,  azərbaycanlılara  qar-

şı  amansız  soyqırımı  törədilib:  613  nəfər  qətlə 

yetirilib,  1275  nəfər  əsir  götürülüb.  Qanunsuz 

erməni  silahlı  qüvvələri  mühasirədən  çıxıb  qaç-

mağa  müvəffəq  olmuş  azərbaycanlıları  mil-

li  mənsubiyyətlərinə  görə  yollarda,  keçidlərdə, 

meşələrdə  təqib  edərək  vəhşicəsinə  öldürüblər. 

Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov 

götürdükləri  azərbaycanlıları  xüsusi  amansızlıq-

la,  işgəncə  verərək  qətlə  yetiriblər.  Mühasirədən 

çıxıb  qaçmağa  müvəffəq  olan  sakinlər  təqib 

edilərək  Kətik  meşəsində,  Naxçıvanik  yolunda, 

Qaraqaya  ətrafında,  Dəhraz  kəndi  yaxınlığında, 

Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı 

kilometrliyində  və  digər  ərazilərdə  amansızlıqla 

qətlə  yetiriliblər.  Əsir  götürülənlərdən  18  nəfəri 

Əsgəran  rayon  Daxili  işlər  şöbəsində  işgəncə 

verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə 

qarşı  ağlasığmaz  vəhşiliklər  törədilib,  dözülməz 

işgəncələr verilib, insanların başlarının dərisi so-

yulub,  müxtəlif  əzaları  kəsilib,  gözləri  çıxarılıb. 

Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisa-

diyyatına 170 milyon dollardan artıq ziyan vurub. 

Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə ob-

yekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif 

dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab 

verməlidirlər.  Əgər  bunu  edə  bilməsək,  gələcək 

nəsillər bizi heç vaxt bağışlamayacaqdır!

Azərbaycan  Respublikasının  Milli  Məclisi  24 

fevral 1994-cü ildə  1992-ci il fevralın 26-da erməni 

təcavüzkarları  tərəfindən  törədilmiş,  Azərbaycan 

xalqının milli faciələrindən və bəşər tarixinin qan-

lı səhifələrindən biri olan Xocalı hadisələri hər il 

fevralın 26-da “Xocalı soyqırımı günü” elan olun-

ması  barədə  qərar  vermiş  və    Xocalı  hadisələri 

barəsində həqiqətin dünya xalqlarına çatdırılması 

və “Xocalı soyqırımı günü”nün beynəlxalq miq-

26

Xocalı rayonu 

• 

Ərazisi: 936 km² 

• 

Əhalisi: 25332 nəfər

• 

İşğal tarixi: 26.02.1992

• 

İnternet saytı http://xocali-ih.gov.az

• 


72

yasda  keçirilməsi  üçün  dünya  azərbaycanlılarına 

müraciət etmişdir.

Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan 

xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini 

yad edir.

Doğma  yurdlarından  didərgin  düşmüş  və 

Azərbaycanın  48  rayonuna  səpələnmiş  Xocalı 

sakinləri  Dağlıq  Qarabağ  münaqişəsinin  ədalətli 

həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün 

dəf  edilməsi,  ölkənin  ərazi  bütövlüyünün  bərpa 

edilməsi  ümidi  ilə  yaşayırlar.  Onlar  dünya  xalq-

larına,  dövlətlərinə,  beynəlxalq  təşkilatlara  haqq-

ədaləti  və  həqiqəti  müdafiə  etmək,  Xocalıda 

törədilmiş  terrorizm,  etnik  təmizləmə  faktları-

nı  pisləmək  barədə  müraciətlər  edirlər.  Heydər 

Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımı-

nın dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdı-

rılması istiqamətində böyük işlər görüb. Dünyanın, 

Avropanın  onlarla  ölkəsində  Xocalı  soyqırımının 

ildönümlərində  tədbirlərin,  sərgilərin  keçirilməsi, 

filmlərin nümayiş olunması və sair bu qəbildəndir. 

Xocalı soyqırımına dair müxtəlif dillərdə Heydər 

Əliyev Fondu tərəfindən filmlər hazırlanıb, həmin 

filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soy-

qırımı ilə bağlı fotosərgilərin təqdimatı dünyanın 

onlarla  ölkəsində  düzənlənib.  Xocalı  soyqırımı 

ilə  bağlı  xarici  kütləvi  informasiya  vasitələrinin 

əməkdaşlarının  qələmə  aldıqları  məqalələrin 

sərgisi keçirilib. Bununla yanaşı, “Xocalı uşaqların 

gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər təşkil 

olunub.  Bunlar  hamısı  Heydər  Əliyev  Fondunun 

və ələlxüsus ölkənin birinci xanımı, millət vəkili 

Mehriban  xanım  Əliyevanın  Xocalı  soyqırımının 

tanıdılması istiqamətində çox böyük xidmətləridir. 

Özü də nəinki Xocalı soyqırımının, ümumilikdə bü-

tün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində 

bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zamanda Ley-

la xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini 

erməni  işğalçılarının  Azərbaycan  xalqına  qarşı 

törətdikləri  dəhşətli  cinayətlər  haqqında  obyek-

tiv  məlumatlara  cəlb  etmək,  sözügedən  faciələrə 

beynəlxalq  səviyyədə  siyasi-hüquqi  qiymət 

vermək,  eyni  zamanda,  Azərbaycanın  Qarabağ 

münaqişəsində milli maraqlarının müdafiə olunma-

sı məqsədilə “Xocalıya ədalət – Qarabağa azadlıq” 

(“Justice for Khojaly, Freedom for Karabakh”) de-

vizi altında beynəlxalq kampaniyanın keçirilməsi 

təşəbbüsü ilə çıxış etmişdir.

“Xocalıya ədalət!” - dünyada bu kampaniyaya 

qoşulan  insanların  sayı  günü-gündən  çoxalmaq-

dadır.  Bu  kampaniya  və  təbii  ki,  bu  istiqamətdə 

görülən  işlər  bundan  sonra  da  davam  edəcək. 

Amma  söhbət  ondan  gedir  ki,  bizim  hər  birimiz 

bu  kampaniyalara  dəstək  verməliyik.  Harada  ya-

şamağından  asılı  olmayaraq  –  Azərbaycanda 

da,  Azərbaycandan  kənarda  da.  Hərənin  gücü 

nəyə  çatırsa,  Azərbaycan  həqiqətlərinin,  Xoca-

lı  həqiqətlərinin  təbliğ  edilməsi,  bütövlükdə  Qa-

rabağ  savaşında  şəhid,  əlil  olmuş,  yaralanmış 

qəhrəmanlarımızın,  ümumən  Azərbaycan  xal-

qının  başına  gətirilən  bütün  müsibətlərin  təbliğ 

edilməsi,  erməni  yalanlarının  qarşısının  alınması 

istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. 

Tarix heç nəyi unutmur!

Allah bütün şəhidlərə rəhmət eləsin!



Ə d ə b i y y a t

Fələk belə qismət yazmaz, Xocalı!: kitab Xocalı Soyqırımı gününə həsr olunur /G.Pənah; red. A.Arif qızı; dizayn S.Hüseynzadə; [ön söz. 

müəl. Ə. R. Xələfli, S. Tahir].-Bakı: UniPrint, 2011.-306 s.

Xocalı soyqırımı/[Qarabağ Azadlıq Təşkilatı] ; red. hey. A. Nağı [və b.]; [naşir N. Həbibov].-Bakı: [s. n.], 2014.-36 s.

Xocalı soyqırımı-20: biblioqrafiya /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov ad. Azərb. Milli Kitabxanası tərt. 

M.Məmmədova; burax. məs. və ixt. red. K.Tahirov; red. G.Səfərəliyeva.- Bakı, 2012.- 313 s.

Leyla Əliyeva: “Xocalıya Ədalət!”: Beynəlxalq erməni terroruna qarşı yeni strateji model: üç cilddə /V.Səmədov, R.Vəlizadə; ön sözün 

müəl. R.Hüseynov; baş elmi məsl. A.Mustafayeva; elmi red. İ.Quliyev, C.Bəhramov; red. İ.Məmmədova, S.Sadıxqızı; Azərb. MEA, İnsan 

Hüquqları İn-tu; “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası; “Kaspian İzvestiya” Beynəlxalq İnforma-

siya Agentliyi.-Bakı: [s. n.], 2014.- C.1.- 341 s.; C.2.- 373 s.; C.3.-476 s.

Khojaly genocide/Embassy of the Republic of Azerbaijan Jakarta.Jakarta: [s.n.], 2015.-44, [44] р

İ n t e r n e t d ə

www.khojaly.org.az

www.azerigenocide.org 

73

 I Türkoloji Qurultay

1926 

FEVRAL

Yeni  Türk  Əlifba  Komitəsi,  Azərbaycanı 

Tədqiq və Tətəbbö Cəmiyyətinin birgə qərarı ilə 

çağırılan  Birinci  Türkoloji  qurultay  (sənədlərdə 

I  Ümumittifaq  Türkoloji  Qurultay)  1926-cı 

il  26  fevral-5  mart  tarixində  Bakı  şəhərində,   

Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyətinin 

binasında-tarixi  “İsmailiyyə”də  (indiki  AMEA 

Rəyasət  Heyətinin  binası)  keçirilmişdir.  Qurul-

tayda 131 nəfər nümayəndə və xeyli qonaq iştirak 

edirdi.  Nümayəndələr  arasında  təkcə  SSRİ-dən 

deyil, bir sıra avropa ölkələrindən görkəmli tür-

koloqlar yer almışdı. 

Qurultayın  iclaslarında  (17  iclas)  türk  xalq-

larının  tarixi,  etnoqrafiyası,  mədəniyyəti,  dil  və 

ədəbiyyatlarına  həsr  olunmuş  37  elmi  məruzə 

dinlənilmiş,  həmin  məruzələr  üzrə  müva-

fiq  qətnamələr  və  tövsiyələr  qəbul  edilmişdi.  I 

Türkоlоji  qurultayda  türk  dillərinin  yеddi  bö-

yük  prоblеmi  müzakirə  оlunmuşdu:  1.  Əlifba 

problemi;  2.  İmla-оrfоqrafiya  prоblеmi;  3. 

Tеrmin  problemi;  4.  Tədris-mеtоdika  problemi; 

5. Qоhum və qоnşu dillərin qarşılıqlı əlaqəsi və 

intеrfеrеnsiya  prоblеmləri;  6.  Türk  dillərinin 

ədəbi dil prоblеmləri, о cümlədən оrtaq ədəbi dil 

problemi; 7. Ulu dil nəzəriyyəsi və türk dillərinin 

tariхi prоblеmləri.

Görkəmli  türkoloq  alimlərdən  B.Çobanzadə 

“Türk  ləhcələrinin  yaхın  qohumluğu  haqqında”,  

H.Zеynallı  “Türk  dillərində  еlmi  tеrminologiya 

sistеmi  haqqında”,  F.Ağazadə  “Türk  dillərində 

düzgün  yazı”,  V.V.Bartold  “Türk  хalqlarının 

tariхinin müasir vəziyyəti və öyrədilməsinin yaхın 

vəzifələri”,  C.Məmmədzadə  “Türk  хalqlarının 

əlifba sistеmləri haqqında”, H.Şərəf “Ərəb və la-

tın  sistеmli  şriftlər  və  onların  türk-tatar  хalqları 

üçün  tətbiqi  məsələləri”,  F.Köprülüzadə  “Türk 

хalqlarının ədəbi dillərinin inkişafı”,  S.F.Oldеnburq  

“Türk  хalqları  arasında  ölkəşünaslıq  işlərinin 

mеtodları”,  A.A.Müllеr  “Türk  хalqlarının 

təsviri  sənəti  haqqında”, A.N.Samoyloviç  “Türk 

dillərinin  öyrənilməsinin  müasir  vəziyyəti 

və  yaхın  vəzifələri”,  A.R.Zifеldt-Simumyaqi 

“Türk  dillərində  еlmi  tеrminologiyanın  yaran-

ma  prinsipləri  məsələsi  haqqında”,  S.Y.Malov 

“Qədim  türk  dillərinin  öyrənilməsinin  müasir 

vəziyyəti və pеrspеktivləri”, N.F.Yakovlеv “Türk 

millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı 

əlifba sistеminin qurulması problеmləri” mövzu-

larında maraqlı еlmi məruzələrlə çıхış еtmişdilər. 

I Türkoloji qurultayın proqramı, orada müzakirə 

olunan gündəlik məsələlər hazırda da türkologi-

yamızın qarşısında duran ən vacib məsələlərdir.

Qurultay  dünya  mədəniyyəti  tarixində  türk 

xalqlarının da payının az olmadığını bir daha sübu-

ta yetirmiş və əsas diqqət mərkəzində olan bütün 

türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan 

yeni  əlifbanın  qəbul  edilməsinə  dair  qəti  qərar 

qəbul edilmişdir.

Dünya şöhrətli alim, akademik M.Ş.Şirəliyevin 

təşəbbüsü ilə Moskva, 1966-cı ildə Bakıda I Ümu-

mittifaq türkoloji qurultayın 40 illiyini keçirməyə 

icazə  verdi.  Yubiley  qurultayında  SSRİ-nin 

Moskva,  Leninqrad,  Azərbaycan,  Qazaxıstan, 

Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, 

Başqırdıstan dilçiləri ilə yanaşı, dünyanın başqa 

türkoloji mərkəzlərindən də tanınmış türkoloqlar 

iştirak etmişdilər. Qərara alınmışdı ki, dörd ildən 

bir  türkoloji  qurultay  keçirilsin,  ancaq  qurultay 

konfrans  adı  ilə  keçirilmiş  və  gündəlikdə  siyasi 

məzmundan  ehtiyat  edərək  ancaq  dil  məsələləri 

əhatə  olunmuşdur.  Bu  konfransın  sonuncusu 

1988-ci ildə Bişkəkdə çağırılmışdı.

26

90 

illiyi


74

Bakı türkoloji qurultayının 40 illik yubileyində 

qərara alınmışdı ki, türk dilçiliyinin ümumittifaq 

mətbuat orqanı kimi “Советская тюркология” adlı 

jurnal nəşr olunsun. Bu jurnalın nəşri Azərbaycana 

etibar olunmuş, SSRİ EA ilə Azərbaycan EA-nın 

müştərək  elmi  nəzəri  mətbuat  orqanı  kimi  aka-

demik  M.Ş.Şirəliyevin  baş  redaktorluğu  (1970-

1987)  ilə  nəşr  edilmişdi.  Jurnalda  türk  dillərinin 

nəzəri  məsələləri,  leksika,  fonetika,  morfologiya 

və  sintaksis  ilə  bağlı  görkəmli  Rusiya  və  SSRİ-

nin türk respublikaları dilçilərinin, tanınmış dünya 

türkoloqlarının  dəyərli  məqalələri  çap  olunmuş-

du.  Dilçilik  məsələləri  ilə  yanaşı,  türk  folklo-

runa,  türk  xalqlarının  ədəbi  abidələrinə,  aktual 

tarix  məsələlərinin  işıqlandırılmasına  da  yer  ve-

rilirdi. 1987-1991-ci illərdə jurnala SSRİ EA-nın 

müxbir  üzvü,  görkəmli  sovet  türkoloqu  Ədhəm 

Rəhim oğlu Tenişev baş redaktorluq etmiş, onun 

müavini  kimi  istedadlı  gənc  Azərbaycan  dilçi-

si  Aydın  Məmmədov  çalışmışdı.  1992-ci  ildən 

jurnal  Azərbaycan  EA-nın  Nəsimi  adına  Dilçi-

lik  İnstitutunun  mətbuat  orqanı  kimi,  professor 

A.Axundovun  baş  redaktorluğu  ilə  və  “Türkolo-

giya” adı ilə nəşr olunmağa başladı, lakin maliyyə 

problemləri səbəbindən jurnal vaxtlı-vaxtında nəşr 

edilmədi və nəşri dayandırıldı.

Bu  gün  müstəqil  Azərbaycanda  milli  dil 

siyasəti və quruculuğu sahəsində ümummilli lider 

Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət di-

linin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 

iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və 

Azərbaycan  dili  gününün  təsis  edilməsi  haqqın-

da” 9 avqust 2001-ci il tarixli müvafiq fərmanlar 

ana  dilimizin  inkişafında  mühüm  istiqamətverici 

sənədlər  hesab  edilir.  Bütün  bunlar  Türkolo-

ji  qurultayın  qərarlarının  müasir  dövrümüzdə 

məntiqi  davamı  olmaqla,  həmin  qərarların  tari-

xi  əhəmiyyətini  təsdiq  edir  və  onların  obyektiv 

zərurətdən meydana gəldiyini göstərir. Ümummi-

li lider Heydər Əliyevin əsasını qoyduğu mədəni 

quruculuq  strategiyası  prezident  İlham  Əliyev 

tərəfindən uğurla davam etdirilir. Belə ki, dövlət 

başçısının “Azərbaycan dilində latın qrafikası ilə 

kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında” 

12  yanvar  2004-cü  il  və  “2005-2006-cı  illərdə 

Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə 

tutulan  əsərlərin  siyahısının  təsdiq  edilməsi  haq-

qında”  27  dekabr  2004-cü  il,  “Birinci  Türkoloji 

qurultayın 80 illik yubileyi haaqqında” 9 noyabr 

2005-ci il tarixli Sərəncamları mahiyyət etibarilə 

Heydər Əliyevin dil siyasətininin davamı olmaq-

la,  I  Türkoloji  qurultayın  tarixi  tövsiyələrinin 

yeni  əsrdə  gerçəkləşməsinin  ifadəsi  kimi 

dəyərləndirilməlidir

Tarix və zaman I Türkoloji qurultayın qəbul et-

diyi qərar və tövsiyələrin doğruluğunu, həyatiliyini 

və elmiliyini bir daha təsdiq etmişdi.Azərbaycan 

respublikası 90 il əvvəldə olduğu kimi bu gün də 

türkologiyanın  aparıcı  mərkəzlərindən  biri,  Şərq 

və  Qərb  sivilizasiyalarının  qovuşduğu,  geosiyasi 

baxımdan  önəmli  məkan,  intellektual  potensia-

lı zəngin olan mədəni ölkə, avropa yönümlü de-

mokratik  dövlətdir.  Odur  ki,  növbəti  II Türkolo-

ji  qurultayın  da  məhz Azərbaycanda  keçirilməsi 

məqsədəuyğun olardı.



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin