Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi


6.3. BORU XƏTTİ DAŞIMASININ XÜSUSİYYƏTLƏRİNİ QEYD EDİR



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə76/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   72   73   74   75   76   77   78   79   80
dasima-modellari

 
92
6.3. BORU XƏTTİ DAŞIMASININ XÜSUSİYYƏTLƏRİNİ QEYD EDİR
BORU XƏTTİ DAŞIMASI


TƏLİM NƏTİCƏSİ
6
daşınmasında əsas vasitə hesab edilir. Qaz sənayesinin və qaz nəqlinin inkişafı da elə həmin 
vəzifəni yerinə yetirməklə bu məhsulların çıxarılması ilə istehlakı arasındakı ərazini (məsafəni) 
yaxınlaşdırmış olur. 
Bu daşıma digər daşıma növlərindən kifayət qədər fərqlənir. Belə ki, boru xətləri yerin üstü və 
altında salınmaqla yanaşı, suyun altında da çəkilir. Bununla yanaşı boru nəqliyyatı ən ucuz daşıma 
növlərindən biri hesab olunur. Boru kəmərlərinin inşa edilməsi bir sıra təbii və iqtisadi amillərdən 
asılıdır. Dünyada boru kəmərlərinin coğrafıyası ilk öncə nəql olunan xammal mənbələrinin və 
istehlakçılarm yerbşməsi əsasında formalaşır. Məlız bu iki mərkəz arasında mövcüd olan məkamn 
relyefı, infrastruktur şəbəkəsinin yerləşmə xüsusiyyətləri, yaşayış məntəqələrinin yerləşməsi, 
regionun ekoloji vəziyyəti və digər amillər inşa ediləcək boru xətlərinin istiqamətinin müəyyən 
edilməsində başlıca rol oynayır.
Boru xətti vasitəsi ilə əsasən qaz və maye halında olan məhsullar (əsasən neft, qaz, su, kimyəvi 
maddələr və s.) nəql edilir. Burada aparıcı yeri karbohidrogen mənşəli xammal tutur. Belə ki, boru 
nəqliyyatı ilə daşman xammalın 82%-i neft və qazın payına düşür. Müasir dövrdə transmagistral 
boru xətləri əhəmiyyətcə daha vacib hesab olunur. “Transalyaska”, “Mavi axın”, “Bakı-Tiflis-Ceyhan” 
və “Urenqoy-Qərbi Avropa” boru kəmərlərini belə magistral xətlərə aid etmək olar. Bu kimi boru 
xətlərinin uzunluğu 1-5 min km arasında dəyişir. Boru xətlərinin uzunluğuna görə dünyada aparıcı 
yerləri ABŞ, Rusiya, Çin və Kanada tutur.
Neft və təbii qazla əlaqədar olaraq Azərbaycanda boru kəməri nəqliyyatı xeyli inkişaf etmişdir. 
Neftin istər respublika daxilində, istərsə də xaricə səmərəli yollarla daşınması boru kəməri 
nəqliyyatının bütün illərdə inkişaf etdirilməsini tələb edir. 
Təhlükəli mallar öz strukturları, öz xüsusiyyətləri və ya vəziyyəti səbəbindən daşımada insanlara
heyvanlara və ətraf mühitə, ictimaiyyətə, əhəmiyyətli təhlükə yaradan maddə və obyektlərə deyilir. 
Təhlükəli maddələr; onların kimyəvi tərkibinə (yandırıcı, təzyiqli), formalarını (bərk, maye, qaz) 
və onların təhlükələrinə (partlayıcı, zəhərli) görə qruplaşdırılır. Hər sinifə aid olan təhlükəli 
maddələrin təsnifatı üçün hər bir məhsul üçün bir alt sinif nömrəsi, hərf, identifikasiya nömrəsi 
(BMT nömrəsi) verilməlidir. Təhlükəli maddə ehtiva edən və daşınan bütün maddələr, eynən digər 
təhlükəli maddələrlə eyni qaydalara uyğun olaraq yüklənilməli və nəql edilməlidir. Təhlükəli 
maddələr, onların təbiətinə görə, tərkibinə və vəziyyətinə görə diqqətsizlik və qəza nəticəsində 
ekoloji təhlükəsizliyə, heyvanlara, insanlara və ümumi təhlükəsizliyə zərbə vuran maddələr kimi 
93

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin