TƏLİM NƏTİCƏSİ
6
müəyyən edilir. Təhlükəli maddələr və preparatlar, təhlükəli Maddə Tənzimləməsinin müddəalarına
uyğun olaraq normal anbarlama və daşıma şərtlərində, sızma, tökülmə, çirklənmə və buna bənzər
üsullarla qablaşdırmadan kənara çıxarılmasına mane olunacaq şəkildə paketləndikdən sonra
bazarda yerləşdirilə bilər. Təhlükəli mallar daşındıqda, qapalı şəkildə (toplu daşımadan başqa)
nəql edilməlidir. Təhlükəli material paketləri normal şəraitdə istehsal olunmalı və örtülməlidir
ki, material sızmasın. Qablar onların strukturlarına və potensiallarına görə müxtəlifdir. Bütün
maddələr beynəlxalq normalara uyğun qablaşdırmada olmalıdır.
Təhlükəli maddə daşımasının ümumi xüsusiyyətləri
Bu gün bir çox sektorda təhlükəli materialların istifadəsi və inkişaf etməkdə olan texnologiya
ilə birlikdə artan daşınması fəaliyyətləri nəticəsində təhlükəli yüklərin yerdəyişməsi eyni dərəcədə
artmışdır və bunun nəticəsində yaşayan canlılara, ətraf mühitə aradan qaldırıla bilməyən zərərlər
dəymiş və illərlə təmizlənə bilməyən çirklənmə meydana gəlmişdir. İstehsalat və gündəlik həyatı
davam etdirmək üçün istifadə olunan maddələrdən əlavə, xüsusilə inkişaf etməkdə olan şəhərlərdə
və sənaye obyektlərində yaranan tullantıların yenidən qiymətləndirilməsi, yox edilməsi və ya
saxlanılmaq üçün daşınması mövcud daşıma prosesinin əhəmiyyətini də artırmışdır. Buna görə
ölkələr təhlükəli malların nəqli ilə bağlı bir sıra hüquqi tədbirlər həyata keçirmişlər. Bu qaydalara
uyğun olaraq, quru, dəniz və hava yolları nəqliyyat vasitələrində əməl olunacaq üsullar və qaydalar
müəyyənləşdirilmişdir.
Təhlükəli maddələr bütün dünyaya nəql olunur. Bu daşımalar bir çox müxtəlif daşıma modelləri
ilə həyata keçirilir. Buna görə də təhlükəli bir maddə quru yolu ilə başlayıb dəmir yolu ilə dəniz
limanına daşına və hava yolu ilə oradan başqa bir qitəyə daşına bilər.
Dostları ilə paylaş: