TƏLİM NƏTİCƏSİ
6
Kombinə edilmiş daşıma (cobined transport) birdən çox daşıma
modelindən istifadə edərək
həyata keçirilən daşıma modelidir. Kombinə edilmiş daşıma qapıdan qapıya daşımanın davamlı
şəkildə təşkil olunmasında mühüm bir həlldir. Daşıma üçün ideal bir üsul, malları birbaşa tək
nəqliyyat növü vasitəsilə göndərəndən alıcıya ötürməkdir. Ancaq beynəlxalq daşımada
müştəri
tələbi, işin xüsusiyyəti, yük tutumu, coğrafi şərtlər kimi müxtəlif faktorlar
səbəbi ilə tək bir
daşıma növü və daşıma vasitəsi istifadə edilmir. Müştəridən alınan yükün təyinat nöqtəsinə qədər
birdən çox daşıma növü və vasitəsinin istifadə edilməsi ilə həyata keçirilən daşınması daha çox
“modellər arası (intermodel)”, “çok modelli (multimodel)” və “kombinə olunmuş daşıma”
olaraq
qiymətləndirilməkdədir. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Şurası (UNCTAD)
mövzuyla əlaqədar olaraq aşağıdakı təyin etmələri ortaya qoymuşdur.
Kombinə edilmiş nəqliyyatda üç əsas komponent mövcuddur. bunlar;
• Nəqliyyat vasitələri (gəmilər, yük maşınları, təyyarələr, qatarlar və s.)
• Nəqliyyat terminalları (limanlar, yükləmə və boşaltma vasitələri və s.)
• Nəqliyyat vahidi (konteyner, palet, qoşqu və s.)
Beynəlxalq qarışıq (intermodal) daşımalar
Beynəlxalq qarışıq (intermodal) daşıma anlayışı, onun əsas xüsusiyyətləri, şərtləri və təşkili.
Beynəlxalq qarışıq daşıma dedikdə iki dövlət arasında
həyata keçirilən, yükgöndərmə və təyinat
yeri iki müxtəlif ölkə ərazisində olan və vahid daşıma sənədi əsasında operator tərəfindən bir neçə
nəqliyyat növünün iştirakı ilə yerinə yetirilən daşıma başa düşülür. Ona intermodal daşıma və ya
multimodal daşıma da deyilir. Beynəlxalq qarışıq (intermodal) daşımaların
beynəlxalq hüquqi
tənzimlənməsi. Bu sahədə beynəlxalq nəqliyyat müqavilələri. Beynəlxalq qarışıq yük daşımaları
haqqında BMT Konvensiyası (1980-ci il). Konvensiyanın qəbul edilməsini şərtləndirən başlıca
amillər: malların (yüklərin) təyinat yerinə çatdırılması prosedurunun sadələşdirilməsi, nəqliyyat
(daşıma) xidməti vasitəsilə beynəlxalq ticarətin inkişaf etdirilməsi. Konvensiyanın əsas məqsədi –
“Qarışıq daşıma operatoru” kimi beynəlxalq hüquq institutunun yaradılması.
Beynəlxalq qarışıq (intermodal) daşımalarda operator və onun rolu. Qarışıq daşıma operatorunun
hüquqi statusu üç əsas əlamətlə müəyyən edilir: birinci, operator öz adından və ya onun adından
hərəkət edən başqa şəxsin vasitəsilə qarışıq daşıma
müqaviləsi bağlayan şəxsdir; ikinci, operator
qarışıq daşıma müqaviləsinin tərəflərindən biridir; üçüncü, operator qarışıq daşıma
müqaviləsinin
icra olunması üçün öz üzərinə öhdəlik (məsuliyyət) götürən şəxsdir.
Qarışıq daşıma müqaviləsinə görə, operator beynəlxalq qarışıq daşımanın (intermodal daşımanın)
90
Dostları ilə paylaş: