TƏLİM NƏTİCƏSİ
6
daşımanın) həyata keçirilməsinin təmin edilməsini haqq əvəzində öhdəsinə götürür. Qarışıq daşıma
operatoru dedikdə şəxsən öz adından və ya onun adından hərəkət edən başqa şəxsin vasitəsilə
qarışıq daşıma müqaviləsi bağlayan, müqavilə tərəfi kimi çıxış edən və
müqavilənin icra edilməsi
məsuliyyətini öz üzərinə götürən şəxs başa düşülür.
Operatorlar bir neçə qrupa bölünür:
a) Konteyner operatoru,
konvensional operator;
b) Faktiki operator,
müqavilə operatoru;
c) Daşımanın təşkilində istifadə olunan nəqliyyat vasitələrinin növünə görə operatorlar;
d) İntermodal xidmət göstərdikləri ərazi baxımından
ölkələr üzrə operatorlar, regionlar üzrə
operatorlar, ayrı-ayrı
istiqamətlər üzrə operatorlar, ayrı-ayrı nəqliyyat dəhlizləri üzrə operatorlar və
s.
Operatorun məsuliyyəti. Operatorun məsuliyyət dövrü yükün daşınma
üçün operator tərəfindən
qəbul olunduğu andan təhvil verildiyi anadək olan vaxt dövrünü əhatə edir.
Operator iki əsas hala görə mülki-hüquqi məsuliyyət daşıyır:
1. Yükün salamat qalmaması;
2. Yükün təyinat yerinə çatdırılma müddətinin pozulması.
Yığma yüklərin daşınması
Çox zaman kiçik həcmli yüklərin mütəmadi olaraq daşınmasının ən optimal variantı onların yığma
yük şəklində daşınmasıdır. Bu məsələ həmçinin yükün kiçik partiyasının birdəfəlik göndərilməsində
də optimaldır. Bu tip yüklərin daşınması, bir
qayda olaraq, xaricdə kiçik partiyalarla mal alan kiçik
və orta biznes sahiblərinə lazımdır.
Belə yüklərin daşınması üçün ayrıca nəqliyyat vasitəsinin istifadəsi məqsədəuyğun deyil.
Belə hallarda bir nəqliyyat vasitəsinə və yaxud konteynerə iki və daha çox yük yüklənir.
Bu cür
daşınma yığma, daşınan yüklər isə yığma yüklər və yaxud qruppaj yüklər adlanır. Yığma yüklərin
daşınması zamanı, əsasən, avtomobil nəqliyyatı və həmçinin, konteynerlərlə daşınmadan
istifadə
olunur.
• Kombinə edilmiş daşımanın üstün cəhətlərindən biri coğrafi səbəblərə görə kombinə
edilmiş daşımada vaxt itkisinin azaldılması;
• Keyfiyyətli çatdırılma üsulu (yüklərin konteynerlər və ya digər nəqliyyat qabları ilə
birləşdirilərək ardıcıl yükləmə və çatdırılma imkanı);
91
Dostları ilə paylaş: