FeO Cr2O3 + 4C → Fe + 2Cr + 4CO
Ferroxrom
Həmçinin, xromiti alüminiumla reduksiya etməklə tərkibində karbon olmayan ferroxrom almaq mümkündür.
3Fe(CrO2)2 + 8Al →3 Fe + 6Cr + 4Al2O3
Ferroxrom
2. Xrom təmiz halda alümotermiya üsulu ilə alınır .
Cr2O3 + 2Al → 2Cr + Al2O3
Xrom 3-oksidi silisiumla reduksiya etməklə də sərbəst metal alırlar:
2Cr2O3 + 3Si → 4Cr + 3SiO2.
Yüksək təmizliyə (99,8%) malik olan xrom elektroliz üsulu ilə alınır.
Xassələri
Xrom gümüşü-ağ rəngli parlaq, bərk və çətin əriyən metaldır. İstiliyi və elektriki yaxşı keçirir. Sıxlığı 7,2 q/sm3, ərimə temperaturu 18550C, qaynama temperaturu isə 25700C-dir.
Xrom adi şəraitdə passiv olub, hava və suya qarşı müqaviməti yüksəkdir. Havada onun üzəri oksid təbəqəsi ilə örtülür ki, o da onu sonrakı oksidləşmədən qoruyur.
Xromun oksid və hidroksidləri. Alınması və xassələri. Xromat və bixromat turşuları.
Oksigenli birləşmələri
Xromun aşağıdakı oksidləri məlumdur:
CrO, Cr2O3, CrO3
əsasi oksid amfoter oksid turşu oksidi
a. Xrom 2-oksid xromun civə ilə ərintisinin oksigenlə oksidləşməsindən alınır. O, qara bərk maddə olub, 1000C-dən yüksək temperaturdu xrom 3-oksidə çevrilir və suda həll olmur.
4 CrO + O2 → 2Cr2O3.
Xrom 2-oksid və xrom 2-hidroksid əsasi birləşmələrdir, turşularla müvafiq duzlar əmələ gətirir.
Dostları ilə paylaş: |