Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 14
www.elkhan-suleymanov.az tələb olunmamış, bu məqsədə nail olmaq üçün təcavüzkar
Ermənistana qarşı heç bir siyasi təsir göstərilməmişdir. Bu-
nun əvəzində həmsədr ölkələrin prezidentləri münaqişənin
tənzimlənməsi məsuliyyətini Azərbaycan və Ermənistan
prezidentlərinin üzərinə ataraq, tərəfləri qarşılıqlı kompromisə
çağırmışlar və onların əldə edəcəyi istənilən sülh variantını
dəstəkləyəcəklərini bildirmişlər.
Həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində faktiki olaraq neytral mövqe nümayiş
etdirmələrinin əsas səbəblərindən biri bu münaqişənin eyni za-
manda geosiyasi xarakter daşıması ilə bağlıdır. Belə ki, Qafqaz
dünyada ən çox narahatçılıq doğuran regionlardan biri olmaqla
bərabər, həm də böyük təbii sərvətlərə malikdir. Üç müstəqil
dövlətin — Azərbaycan, Ermənistan və Gürcüstanın yerləşdiyi
Cənubi Qafqaz strateji baxımdan Rusiya, Türkiyə və İran arasın-
da birləşdirici bölgədir, Şimal-Cənub, Şərq-Qərb strateji xətləri
bu bölgədən keçir. Bir çox dövlərlərin maraqları məhz Cənubi
Qafqazda toqquşur. Rusiya bu regionu özünün “xarici siyasət
prioritetləri”, İran – “dövlət təhlükəsizliyi”, ABŞ və tərəfdaşları
isə “milli təhlükəsizlik” zonası kimi dəyərləndirirlər. Təbii
enerji ehtiyatlarının (neft və qaz) Xəzər hövzəsindən dünya
bazarına nəqli marşrutları (Bakı-Supsa və Bakı-Tbilisi-Cey-
han neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri) Cənubi
Qafqaz ölkələri olan Azərbaycan və Gürcüstanın ərazilərindən
keçir. Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin
edilməsi məqsədilə Xəzərin Azərbaycan sektorundan və
Mərkəzi Asiyadan təbii qazın alternativ marşrutlarla nəql olun-
ması strateji əhəmiyyət kəsb edir ki, bu da Cənubi Qafqaz re-
gionu ətrafında müxtəlif güc mərkəzlərinin maraqlarının toq-
quşması ilə müşayiət olunur. Bundan əlavə, Cənubi Qafqaz
regionuna Uzaq Şərqi, Mərkəzi Asiya, Yaxın Şərq və Avropanı
birləşdirəcək transkontinental nəqliyat marşrutunun (TRASE-
KA) təşkil edilməsi kimi strateji rol ayrılıb.
Göründüyü kimi, Cənubi Qafqaz strateji əhəmiyyət kəsb
edən bir regiondur. Məhz bu səbəbdən tarix boyu bu regiona