Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 13
www.elkhan-suleymanov.az prezidentlərini siyasi iradə nümayiş etdirərək, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi üzrə əsas prinsiplərin razılaşdı-
rılması prosesini keçiriləcək görüş zamanı başa çatdırmağa ça-
ğırdılar [6]. Lakin Rusiya prezidentinin iştirakı ilə Azərbaycan
və Ermənistan prezidentlərinin 24 iyun 2011-ci il tarixli Kazan
görüşündə yenə də real nəticə əldə edilmədi və dövlət başçıları
qəbul etdikləri növbəti bəyanatda bir sıra məsələlər üzrə qar-
şılıqlı anlaşmanın əldə olunduğunu və bu məsələlərin həllinin
əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına
kömək edəcəyini qeyd etməklə kifayətləndilər.
Qeyd edilməlidir ki, münaqişənin sülh yolu ilə həlli
istiqamətində intensiv danışıqların getdiyi bir vaxtda
Ermənistan tərəfinin ardıcıl olaraq atəşkəsi pozması və mülki
şəxsləri, xüsusilə də azyaşlı uşaqları qətlə yetirməsi daha da
intensivləşmişdir. Bu sıradan göstərmək lazımdır ki, Ermənistan
tərəfi özünün son zamanlar cəbhəyanı bölgədə həyata keçirdi-
yi cinayətkar aksiyaların qurbanı kimi daha çox azyaşlı uşaq-
ları hədəf seçməyə başlamışdır. Belə ki, Ermənistan tərəfindən
Azərbaycanın Əlibəyli kəndinə daxil olan Tovuz çayına bura-
xılmış “itəbənzər” uşaq oyuncağına quraşdırılmış partlayıcı
qurğunun 2011-ci il iyulun 14-də işə düşməsi nəticəsində 1998-
ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuş-
dur. Qeyd edilməlidir ki, 2011-ci ilin martın 8-də doqquz yaşlı
Fariz Bədəlov Ermənistan tərəfindən işğal olunmuş Ağdam ra-
yonu ərazisindən Ermənistan silahlı qüvvələrinin snayperinin
açdığı atəş nəticəsində qətlə yetirilmişdi. Bu və digər hadisələr
Ermənistan tərəfinin azyaşlı uşaqları hədəfə almaqla insan-
lıq əleyhinə cinayət törətməsi ilə yanaşı, həm də onların sül-
hün əldə olunması üçün aparılan danışıqları qəsdən pozmağa
yönələn niyyətlərindən xəbər verir.
Göründüyü kimi, ATƏT-in həmsədr ölkələri olan ABŞ, Rusi-
ya və Fransa prezidentlərinin bəyanatlarında təcavüzkar ölkə
ilə təcavüzə məruz qalan ölkə arasında heç bir fərq qoyulmamış,
təcavüzkardan beynəlxalq hüquq normalarına riayət edərək,
işğal altında olan əraziləri dərhal və qeyd-şərtsiz azad etmək