114
Söz mətbəxi
Amma “Gözəllik ondur, 9-cu dondur” deyənlər sən kamilləş, gözəlləş,
9-cuya çatmasan da olar” deyiblər. “Hər gözəlin bir eybi olur” yəni axıra “dona”
gəlib çatanda başa düşürsən ki, bu heç də vacib deyil, “gündə bir dona girir”,
“dondan-dona girir”, “min sifəti, min donu var” ifadələrin də donun mənfi atri-
but kimi işlədilməsi də Azərin dona, xarici görünüşə öz gözəlliyinin, igidliyinin,
kamilliyinin yüksəkliyindən baxdığını, onun vacib olmadığını göstərir.
“İgid atın çulu cırıq olar” deyib babalarımız.
Ümumiyyətlə, “don” adlanan geyim çox sonralar yaranıb. Əvvəlcə paltar
həmişə 2 hissədən ibarət olub, üst və alt (şalvar, tuman və s.). İgidlər və xanım-
lar ona görə üstdən geyinib altdan qıfıllanırdılar (yəni köynəyin üst paltarını
yuxarıdan geyinib aşağı hissədən bağlarını bərkidirdilər) altda geyinib üstdən
qıfıllanırdılar (yəni aşağı hissədən geyinilən məsələn, şalvarın üst tərəfindən bel
hissəsindən bağını bağlayırdılar. Yəni hələ don icad edilməmişdi.
Don sözü ümumiyyətlə “donmaq” inkişafından qalmaq mənasında işlənir di.
Az, As həm də yüksəklik bildirir. “Asiman” sözü də, “asmaq” sözü də
yuksəkliklə bağlıdır. Bəlkə ona görə də Asların bayramında qazan asılmalıydı,
oddan da yüksəkdə bişməliydi. Bəlkə “asuda” – as uda xörəyimiz də bu zaman
bişirilirdi. Beləliklə bayram gününün Azər ayının 9-cu gününə salınmasının 9
rəqəminin axırıncı olması ilə ələqəsi ehtimalını yaradır.
Amma Azər bayramından sonra daha çox istilik gətirən qış yeməkləri
bişirilməliydi və bu yeməklərdən buxarlı, yəni duru yeməklərə üstünlük
verilməliydi.
Daha çox istilik verən və qışa uyğun yeməklər ətdən və xəmirdən hazır-
lanan yeməklərdir. Bu dövrdən başlayaraq ev heyvanlarının əti, qaz, ördək,
keçi əti də artıq yeməli olur. Qeyd edək ki, bu ətlərin hamısı suda bişəndə,
yəni duru xörəklərdə, soyutma yeməklərdə daha ləziz olur ki, bu da buxarının
yaratdığı imkanlar çərçivəsindədir. Buxarı ocağımızın və təbii imkanların belə
uzlaşması bir daha fikrimizdə yanılmadığımıza dəlalət edir.
Qobustan dünya kulinariya mədəniyyətinin beşiyidir
115
QOBUSTAN DÜNYA KULİNARİYA
MƏDƏNİYYƏTİNİN BEŞİYİDİR
Qobustanda və Azərbaycanın digər bölgələrində qaya, daş üzərinə, balıq,
heyvan rəsimləri, balıqçılıq, ovçuluq səhnələri burada yaşayan insanların qida
əldə etmə yollarını göstərsə də müxtəlif gilimlərin təsiri altında biz həmin
zamanlar bəsit yeməklərin olduğunu düşünür, 37 min il bizdən öncə yaşayan
əcdadlarımızı vəhşi, yöndəmsiz, kobud kimi təsəvvür edirik.
Qobustanda və Azərbaycanın digər yerlərində tapılmış bezoar keçi rəsm-
ləri çox qəribə, sensasiyalı, öncə inanılmaz görünən bir fikrə gətirir.
Bezoar keçilərin üzərindəki xətlər rəssamlıq nöqtüyi nəzərindən rəsmi
güc ləndirməyib, onun təbii estetik görünüşünü korlayır.
Ədəbiyyatdan və Qobustanla məşğul olan alimlərin söhbətlərindən, bu
xətlərin nə olduğu, onun səbəbləri barədə məlumat ala bilməsək də ilk baxım-
dan bu xətləri haradasa gördüyümü düşünürdüm.
Amma yadıma düşdükdə, fikrin ağılasığmazlığı məni bir qədər saxladı.
Düşünüb, müqayisə edib, araşdırdıqca bu fikrin düzgünlüyünə daha çox inam
yarandı. Fikrin ağılasızmazlığı ondan irəli gəlir ki, 37 min il öncə yaşamış
insanın heyvan ətinin kulinariya məqsədi ilə çox dəqiq bölümünü verməsi ina-
nılmaz görünür.
Bezoar keçilərinin ətinin morfoloji struktura görə bölümü insanlarda çox
yüksək mətbəx mədəniyyətinin mövcudluğundan xəbər verir, mətbəxdə açıq
ocaqda bişirilmiş, yağda, piydə qızardılan, suda bişirilən, uzun müddət suda
bişirilən, döyülmüş ətdən bişirilən və s. xörəklərin mövcudluğundan, artıq
mükəmməl qida texnologiyalarının formalaşmasından xəbər verir.
Ət əldə etməklə bərabər, onu düzgün kulinar məqsədlərə istifadə etməyi
bacaran insanlar, yəqin ki, daha asan yolla əldə oluna bilən mənşəli məhsulları
da toplayıb istifadə edə bilirdilər.
Həm bitki, həm ət məhsullarının yabanı dad verən otlarla (məsələn, yar-
pız, kəkotu, mərzə və s.) birgə bişirilə biləcəkləri də şübhə doğurmur.
116
Söz mətbəxi
Bu gün də dünyada kulinarlar heyvan ətini müxtəlif hissələrə bölürlər.
Daha yağlı, yumuşaq tikələr qızartmaya, kobud hissə vətərlərin çox olduğu
hissə suda bişirməyə, qarın altı hissə (miyəntək) döyülməyə və s. məqsədlərə
yönəldilir. Məsələn SSRİ – Ticarət Nazirinin 12. 12. 1980 il 310 saylı Qərarı
ilə təsdiq edilmiş, ictimai iaşə müəssisələri üçün standart kimi qəbul edilmiş
Ukrayna İctimai İaşə Elmi Tədqiqat İnistitu ilə SSRİ Ticarət Nazirliyinin İcti-
mai iaşə idarəsi tərəfindən birgə hazırlanmış, “İctimai iaşə müəssisələri üçün
reseptlər məcmuəsi” kitabından mal ətinin standart bölümü ilə 37 min il üncə
yaşamış insanın ət bölgüsünün üst-üstə düşməsi təəccüb doğurmaya bilməz.
Bezoar keçilərinin üstündə xətlər olan rəsm ilə (şəkil 1. 2) müasir İnstitutlar
tərəfindən işlənmiş standart əl bölgüsünü (şəkil 3.) bir-biri ilə tutuşdurduqda
biz tam eyni mənzərəni görürük. İlk baxışda şəkildə gözə görünən fərqlər –
mal əti bölgüsündə ayaqların qabağa və arxaya çəkilməsi, Bezoar keçilərin isə
dik ayaq üstə durmasından bölünmüş hissələri ilə bağlı irəli gəlir.
Biz asan görünsün deyə Bezoar keçilərin üzərindəki xətləri də müasir mal
əti bölgüsündə olan eyni qayda ilə rəqəm və hərflərlə işarələdik.
Mal və ov heyvanı olan bezoar keçilərinin ətləri arasında müəyyən fərqlər
olacağını mal əti bölgüsündə (şəkil 2.) qol, bud altı və can əti hissələrinin də
sxematik şəkillərinin verildiyini nəzərə alsaq rəsmlərin tam identik (oxşar)
olduğunu görürük.
Biz Bezoar keçilərinin rəsmində düz kəsilmiş ayaq hissələrini əlavə ola-
raq XI rəqəmi ilə işarələdik. Bu hissələr daha uzun müddətli xaşlanmaya gedir
və “xaş” kimi xörək bişirilməsinə yönəlir. Bundan başqa Bezouar keçiriləndə
ətin hissəsi 2 yerə bölünüb, onları biz 1 və 2 kimi verdik. Zənnimizcə belə
bölüm əzələlərin 1 hissəyə nisbətən daha işlək olduğundan bu hissədəki ət
nisbətən daha bərk ola bilərdi. Ev heyvanlarında çox da fərqlənməyən bu hissə
vəhşi heyvanlarda daha bərk olduğundan fərqlənə bilər. Bizim üçün ən çox
maraq doğuran hissələrdən biri VIII hissə, yəni miyəntək ətin ən çətin bişən
rezinləşən hissəsidir. Bu hissələr indi qiymə kütləsinin hazırlanması üçün
istifadə edilir. Bu texnologiyanın çox da dərin tarixə malik olmadığı düşünü-
lür. Bəzi xalqlara məsələn ermənilərə döyülmüş ətdən hazırlanan xörəklərin
türk mətbəxindən yaxın tarixdə əxz edildiyi də yazılır (Q.A.Dubovis «Arm-
yanskaya kuxnya» Moskva AST, Xarkov, Ukraina, Folio, 2003).
İndi də bir çox evlərdə ət daha çox ət maşını ilə deyil, qiyməkeşlə hazır-
lanır. Lakin belə çox vətərli ətin yalnız qiyməkeşlə deyil, iki çay daşı arasında
Qobustan dünya kulinariya mədəniyyətinin beşiyidir
117
döyülməsi, əzilməsi texnologiyaları bəzi evlərimizdə bu gün də yaşamaqda-
dır, ağac, daş, dəmir həvəngdəstələrin bu məqsədlə istifadəsi də mümkündür.
V hissə isə (can əti, şirin ət) ətin yumşaq, keyfiyyətli, tez bişən, daha çox
qızartamaya gedən hissəsi olduğundan qədim kulinar onu (içəridə yerləşsə də)
rəsmin üzərində göstərmişdir.
Beləliklə, Qobustanda və Azərbaycanın digər bölgələrində tapılmış Bezo-
ar keçi rəsmlərinin üzərindəki xətlər onu göstərir ki;
1. Bezoar keçi rəsmlərində xətlər çəkmiş insanlar çox yüksək kulinar
biliklərə malik idilər.
2. Azərbaycan bu gün dünya kulinariya mədəniyyətinin başlandığı yer
kimi göstərilə bilər.
37 min öncə burada yaşayan insanlar dünyanın indiyə qədər məlum olan
ən ilk və mükəmməl kulinarlarıdırlar.
3. Döyülmüş ətdən bişirilən xörəklər ilk dəfə Azərbaycan ərazisində bişi-
rilib, buradan yayılıb.
4. Xaş xörəyinin tarixi də, başlanğıcı da 37 min il öncəyə çəkir.
5. Azərbaycan ərazisi dünya Kulinariya Mədəniyyətinin və kulinariya el-
minin beşiyidir.
6. Bezoar keçilərinin xətlənmiş rəsmləri həm ölkəmiz, həm də dünya
mətbəx tarixi abidələri kimi qorunub saxlanılmalıdır.
Şəkil 1.
118
Söz mətbəxi
Şəkil 2.
Şəkil 3.
Ədəbiyyat
1. “Сборник рецептур блюд и кулинарных изделий для предприятий
общественного питания”, Экономия, 1981 г., стр. 497 .
2. “Мир охотников и рыболовов древнего Гобустана”, Малахат Фараджева,
Журнал Кулина №25.
3. “Армянская кухня” Г. А. Дубовис Москва АCТ, 2003, стр. 468.
Kulinariya incəsənəti
119
KULİNARİYA İNCƏSƏNƏTİ
Təbiətdə ən güclü qəbuledici, ən güclü analizator insan başıdır.
Bütün incəsənət nümunələri insana başda yerləşən 7 qəbuledici dəlikdən
təsir göstərməyə çalışır. Musiqiçilər Allahın bəxş etdiyi 7 səs və onların qarışığı
ilə iki qulaq dəliyindən, rəssamlar 7 rəng və onların qarışıqları vasitəsilə iki
göz dəliyindən, parfümerlər (ətriyyatçılar) 7 ətir və onların qarışığı ilə iki bu run
dəliyindən insan duyğularına təsir göstərir. 7 dad və onların qarışığı va si təsilə
bir ağız dəliyindən insan təfəkkürünə edilən təsir barəsində isə çox az deyilib.
Hətta müxtəlif dinlərdə duaların, mantraların və s. oxunuş qaydaları, bəzi
dərviş ordenlərində səsdən, ritmlərdən istifadə edilməsi, dövlət himnləri və s.
yolla insan təfəkkürünə təsir etmək, onu Allaha, kosmosa açmaq, yaxud onu
ida rə etmək məqsədi güdür. Hələ İbn Sina musiqi ilə xəstəliklərin müalicəsi
barədə yazır, səs-küylər isə insanın kosmosla, Allahla əlaqəsini kəsməyə xid-
mət edir, səs ekologiyasını korlamaqla ilahi səsləri eşitməyə mane olur. Bəzi
səslərlə insan zombiləşdirilir, hipnoz vəziyyətinə salınır.
İki göz vasitəsilə də insanın hisslərinə güclü təsir göstərilir. Bu təsir mənfi
və müsbət ola bilər. Bəzi rənglər insanda xoş əhval ruhiyyə, bəziləri əsəb do-
ğura bilir. Beynəlxalq konvensiyalara görə 24-cü kadrdan istifadənin qada-
ğası buna bir sübutdur. Məsələ ondadır ki, filmdə bir hərəkəti görmək üçün
həmin hərəkət 24 kadra çəkilir. Bunlardan birini çıxarıb, yerinə yalnız bir
kadra nəyinsə reklamı yerləşdirilirsə, filmə baxan bu reklamı görmür, amma
filmdən çıxan kimi gedib reklam olunan əşyanı alır. Rənglərdən, rənglərin
dəyişməsindən istifadə də təlqin etmək üçün zombiləşdirmək, hipnoz etmək
üçün istifadə edilir.
Sözlərin səslənməsi vasitəsilə qulaq dəliklərindən, yazıçı isə göz va si-
tə silə beyinə eyni təsir göstərir. Hər iki formanın birgə istifadəsi isə təhsil
sistemlərində istifadə edilir. Rənglərin, rəsm əsərlərinin müxtəlif məbədlərdə,
muzeylərdə ifrat istifadəsi də rəng ekologiyasını pozur, təbiətdən gələn təbii
rənglərlə verilən məlumatları qavramağa mane olur.
120
Söz mətbəxi
Ətirlərin insana təsiri, müalicəvi əhəmiyyəti əlbəttə ki, təkzibedilməz
fakt dır. Ətirlərin psixologiyası, onların təsiri ilə ayrıca bir sahə – parfümeri-
ya (əttar) məşğul olur. Ətirlə şüuraltı təfəkkürə təsir etmənin nümunəsini biz
sufi dər vişlərin ətirdən necə istifadə etmələrində, ətirlə müalicə vasitələrindən
isti fa də də görürük. Bir çox dinlər öz məbədlərində ətirlərdən istifadə etməklə
insan beyninə müsbət təsir göstərməyə çalışırlar.
“İncil”də “İsa 28 pilləni 4 dəfəyə yeddi-yeddi çıxdı” ifadəni İsa insana 7
səs, 7 rəng, 7 ətir və 7 dadla eyni zamanda təsir etdi kimi anlasaq, İsanın bö-
yük bir kütləyə yemək verməsini xatırlayacağıq. Bir çörəklə bu qədər insanı
doy duran İsa burada çörəyi, yeməyi istehsal edən və paylayan kimi çıxış edir.
Qida nın yalnız enerji və nutrient (zülal, karbohidrat və s.) olmadığını, həm də
məlumat daşıyıcısı olduğunu nəzərə alsaq, İsanın bu 4 hissiyyat orqanına eyni
zamanda təsirini biz İsanın yemək-içmək verdiyi anlarda ətrafındakılara çox
güclü təsir göstərdiyini görərik.
Digər tərəfdən biz bu informasiyanın başda olan 7 dəlikdən girdiyini gö-
rüb İsanı məcazi mənada baş kimi də qəbul edə bilərik.
5 məlumat kanalı (dadma, iyləmə, görmə, eşitmə, təmas) kamlama zama-
nı şaman tərəfindən çox güclü istifadə edilir və şaman özünü şuurun dəyişən,
fərqli səviyyəsinə çatdırır.
İnsanın ən güclü duyğularından biri də təmas duyğusudur. Qida insana 7
təmasla təsir göstərir: barmaqlar, dodaqlar, ağız boşluğu, dil, udlaq, mədə və
ba ğır saqlar. Qida bu orqanlarla təmasda olub müxtəlif duyğular yaradır. Uşaq
kiçik vaxtlarında hər şeyi tez ağzına alır. Dünya haqqında məlumatı əli, dili,
dodaqları və ağız boşluğu ilə alır. Əşyanın sorulmasından ifraz edilən tüpürcək
– maye əşya haqqında məlumatla dolduqca udlağa, mədəyə və bağır saqlara
ötürülür. Beləliklə, elə uşaqlıqdan insan dünyanı yeməklə içindən keçirməklə
onu anlayır.
İnsana, eyni zamanda bu yeddiliklərlə təsir edən yeganə peşə sahibləri
kulinarlardır.
Buna görə də kulinariya incəsənətin başı hesab edilə bilər. Əgər musiqiçi
yalnız iki qulaq özünün az müddət yaşayan və insanı yaşadan sənət əsərlərilə
insanın ən azı dörd hissetmə orqanına təsir göstərir, ona estetik tərbiyə, həyat
verir. Həm xörəyin rəngləri, quruluşu, forması vasitəsilə gözlərə, həm ətrilə
buruna, həm dadıyla ağız boşluğuna həm də təmasla təmas orqanlarına təsir
göstərir. Bir çox hallarda qonaq üçün qida qəbulunu təşkil edən kulinar-
Kulinariya incəsənəti
121
lar musiqidən də istifadə etdikdə dördüncü hissə də, yəni qulaqlara da təsir
göstərə bilirlər.
Beləliklə, əsl kulinar demək olar ki, sənət əsərini yaradarkən peyğəmbərlik
səviyyəsinə qalxır. Buna görə də dünya xalqlarının kulinarlara qoyduqları
ilkin peşəkar tələb mənəvi tələbdir. Mənəviyyatı çirkab içində olan adamın
yeməyini yemək olmaz, çünki bu yemək dağıdıcı silaha çevrilə bilər.
İnsan musiqisiz, səssiz yaşaya bilər; kar adamlar buna bir misaldır. İnsan
rənglərsiz də rəssamlarsız da yaşaya bilər; korlar buna timsaldır. İnsan ətir-
lər siz də yaşaya bilər, ətri duymayan adamlar da var. İnsan qidasız yaşaya
bil məz. Təbiəti, dünyanı ağız boşluğu mədə-bağırsaqlar vasitəsilə anlamadan,
onu içindən keçirmədən yaşamaq olmaz.
Buna görə bu sənətlərdən, incəsənətlərdən ən üstünü, həqiqi incəsənət ku-
linariya incəsənətidir.
Kulinariya incəsənəti nümunələri digərlərindən fərqli olaraq daha həya ti-
dir, həyat kimi anidir, keçəndir, hər anda yeni və müvəqqətidir.
Digər incəsənət nümunələri həyatın rənglərini, səslərini, ətirlərini tutub
sax lamağa çalışırlarsa, kulinariya incəsənəti nümunələri həyatın hər anı kimi
təkrar olunmazdır.
Buna görə də kulinar, ilhamı yalnız sevgidən, məhəbbətdən alır. Sevgi
xörəklərin ən əsas inqridienti, tərkib hissəsidir.
Ey insanlara bu qədər güclü təsir göstərən bəndələr Sizə İlahidən çox
yüksək, az qala peyğəmbərlik səviyyəsi statusu verilib. Bu ada həm peşəkar
kimi, həm də insan kimi layiq olmağa çalışın. İnsanların sağlamlığını, gö zəl li-
yi ni, sevincini saxlayın, onları razı salın ki, Allah sizdən razı olsun.
122
Söz mətbəxi
QAZANDAN ÇIXAN İNCƏSƏNƏT VƏ MƏDƏNİYYƏT
(YAZMA-YOZMA)
Lap qədimlərdə hələ yer üzünü insanlar murdarlamayanda, odlu silah-
lar, yer üzünü tırtılları ilə didən, havanı zəhərləyən maşınlar olmayanda, nə
vaxt ki, hələ nə polis, nə müdir, nə fəhlə var idi, indiki insanların çox bəsit
bildikləri, amma çox mürəkkəb təbiətlə tam harmonik vəziyyətdə yaşayırdılar
ki, alimlər buna ibtidai icma quruluşu deyirlər. Onda hələ təbiətin ana bətnində
oturan insan öz anasına qalib gəlmək fikrində deyildi. Bütün canlılar kimi o
da mübarizəylə yeməyini təbiətdən çıxarırdı. Onda insan topluları, canlıları
bitki və heyvanları qabaqcadan öldürüb konserv, ya donmuş 30-50 illik yemək
ehtiyatı yaratmırdılar. Yalnız ehtiyaclarına görə bitkiləri yığır, heyvanları ov-
layırdılar. Öldürməzdən əvvəl isə üzr istəyirdilər ki, biz yalnız ehtiyacımız
üçün öldürürük.
Elə o vaxtlar mədəniyyətin, incəsənətin ilk forması: kulinariya meydana
gəldi. İnsanlar bitkiləri, ətləri çırpıb, torpaqdan təmizləyib, yuyub ilkin emal-
dan keçirdikdən sonra yeməyi doğramağı, bişirməyi öyrəndilər. Beləliklə, ilk
incəsənət növü kulinariya yarandı.
Xörək bişirəndə və yeyəndə qab-qacaqdan qəribə səslər çıxırdı. Qəbilələr
üçün bu səslər çox ecazkar görünürdü. Çünki bu həyat verən qidanın hazır-
lanması zamanı baş verirdi. Bu səsləri eşidən başqa insanlar bu qəbilədən xoş
səslər, sülhpərvər səslər gəldiyini başa düşürdülər. Bizim texnoloq Lalənin
qızcığazı südəmər Səlimə hələ danışa bilmir. Amma mətbəxdən qazan,
çömçə, qab, qaşıq səsi gələndə bir sevinir, bir atlanır bu səs tərəfə ki, gəl
görəsən. İnsanlığın da əvvəli bu gözəl şirin bala kimi idi. Qab-qacaq səsini
onlar da Səlimə kimi sevir, ona sevinirdilər. İnsanlar bunu sözlə ifadə etdirən
“Qazan-qaşıq səsləri gələndə bütün silahlar susur” deyimini yaratdılar. Son-
radan insanlar, qəbilələr sülh məramlı olduqlarını göstərmək üçün hələ dil
formalaşmayan dövrdə, ya da bir-birinin dilini bilməyən vaxtlarda qazanı,
çömçəni döyəcləyə-döyəcləyə bir-birinin yanına gəlirdilər. Bu səslər gələndə
Qazandan çıxan incəsənət və mədəniyyət (yazma-yozma)
123
insanlar biri-birindən qorxmur, əsəbləri sakitləşirdi. Bu səslərin belə təsirini
görənlər adi vaxtlarda da bu səsləri çıxarıb, ona qulaq asmağa başladılar. İlk
ritm, ilk musiqi belə əmələ gəldi. Nəsrəddindən soruşanda ki, ən çox xo-
şuna gələn musiqi, çalğı hansıdır, əbəs yerə söyləmir ki, “Çömçənin qaza-
nı çalması səsi”. Bu lətifəni yaradan millət musiqinin əsl kökünün haradan
əmələ gəldiyini bilir və onu olduğu kimi də bu günə qədər saxlayıb. Fevra-
lın 10-da Xıdır Nəbi bayramında və hərdən Novruzun çərşənbələrində qodu
gəzdirənlər bu gün də çömçə ilə qazanı ritmik şəkildə döyəcləyib oxuya-oxu-
ya yemək istəyirlər.
“Evdəkilər evdədimi... Çöldəkilər çöldədimi... Verənin oğlu olsun... Ver-
mə yənin qızı” və s.
Başqa maraqlı lətifədə deyilir ki, Çinlilər uşaqlarının adlarını qab-qacağın
kö məyilə qoyurlar. Bunun üçün qazançanı və ya qapağını, ya çömçəni döşə-
məyə atırlar, ya da bir-birinə vururlar. Danq-donq, dinq-donq, çink-çonq və
s. kimi çıxan səslər uşağın adı olur. Bu səslər nə qədər sevilməliydi ki, xalq
təfəkküründə bu uşaq adıyla bağlı lətifə yarada bilsin, xalqa musiqi kimi gələn
uşaq adlarının da qazandan çıxa biləcəyi fikrini versin.
Ocaqdan ağacların yanmasından əmələ gələn səslər, yaş odunun fışıltısı,
çırpının çırtıltısı, qazanda mayenin poqquldaması səsləri də qidayla bağlı əziz
səslər idi. İnsanlar bunu ibtidai qazan çömçə ilə çıxara bilmədiklərindən bu
səsləri boğazlarından çıxarmağa, ağızlarında ifa etməyə başladılar. İlk mahnı
da belə meydana çıxdı.
Qazanda xörək bişəndə bişirən adamlar onun ətrafında fırlanır, içərisinə
ərzaq atır, qarışdırırdılar. Uşaqlar tez-tez qazana baxır, qazanın ətrafına fırla-
nır, gah ocağa, qazana yaxınlaşır, gah uzaqlaşırdılar.
Hələ dil olmayan zaman yemək bişirməyi digərlərinə öyrətmək üçün bunu
hərəkətlə göstərirdilər. Əllərlə əti, tərəvəzi necə qazana atmaq, qarışdırmaq
hərəkətlərini edir, ocağa necə odun atdıqlarını, ayaqlarla qazanın başına necə
fır landıqlarını, uşaqların qazan ətrafındakı hərəkətlərini göstərirdilər. İlk rəqs-
lər belə meydana gəldi.
Sonralar dil inkişaf etdikdən sonra da bu adət qaldı. İndi də çoxlarımız söz-
lə rimizi əllərimizin hərəkəti ilə, mimikamızla gücləndiririk, hətta bu barədə
də belə bir lətifə var. Qoltuqlarında iki qarpız aparan Qafqazlının dayandırır
və soruşurlar ki, “İnqilab” küçəsi harada yerləşir, Qafqazlı bunları saxlayın
deyə qarpızları ünvan soruşana verib, əllərini sürətlə yana açaraq. “Əşşi mən
124
Söz mətbəxi
nə bilim “İnqilab” küçəsi haradadır” deyir. Bu onu göstərir ki, biz bu gün də
əl-qolla danışmaqda, bir növ rəqs etməkdə davam edirik.
Qida bişirmək üçün heyvanları, balıqları tutmaq, ovlamaq lazım idi. Əmələ
gələn vərdişləri, bilgiləri ötürmək üçün qayalarda, daş üzərində bu səhnələri
çəkməyə başladılar. Qobustanda olduğu kimi. Beləliklə, ilk rəssamlıq meyda-
na çıxdı.
Süfrə arxasında əvvəlcə ovçular yeməliydi ki, qüvvələri bərpa olsun yenə
ov edə bilsinlər, sonra digərləri qadınlar, uşaqlar, qocalar. Beləliklə, ilk etiket
qaydaları meydana çıxdı. İnsan mədəniyyəti beləcə qazandan çıxdı.
Heyvanlardan süd sağanlar sayaçı mahnıları,digərləri holavrlar və s. Oxu-
yub folkloru yaratmağa başladılar. Sahələri ölcməklə, bölməklə riyaziy ya tı,
həndəsəni, məhsulu çəkmək üçun tərəzini, ərzağı saxlamaq, bişirmək üçün
misgərliyi, dulusçuluğu və s. yaratdılar. Bu sahələrdəki münasibətlərdən is-
tehsal, istehlak, elmi mədəniyyət istiqamətləri formalaşdı.
Xalqımız əbəs yerə deməyib ki, “Əvvəl gödəniyyət, sonra mədəniyyət”.
Yəni, əvvəlcə gödənin (bədənin) ehtiyacları yaranıb, bu ehtiyac ödənilib, ödə-
ni ləndə içindən mədəniyyət, incəsənət və s. yaranıb. Mən belə başa düşdüm.
Sizə isə.. , vallah özünüz bilən yaxşıdı.
Yemək, sevmək və yaratmaq...
125
YEMƏK, SEVMƏK VƏ YARATMAQ...
Tez-tez jurnalistlər, tələbələr və başqaları məndən “Biz yeyirik yaşamaq
üçün, yaşamırıq yemək üçün” ifadəsinə münasibətimi soruşurlar. Beyinlərə
yeridilmiş, öz məna çalarına görə şüar şəklində formalaşdırılan, ilk baxışda
dərin mənalı görünən belə ifadələr təəssüf ki, özünə ictimai, ədəbi fikirdə yer
tutmuş, hətta alim və ziyalılarımızın da dilindən eşidilməkdədir. Belə deyimlər
yalançı xristianlığın təməl prinsipləri olan üç təbii ləzzətə qoyulan qadağadan
yararlanan mədəniyyətin təzahürüdür.
Yalançı xristianlıq qidadan alınan ləzzətə qadağa qoydu, yeməkdən ləzzət
ala bilənləri qarınqulu adlandırıb tonqallarda yandırdı. Postlar yaratdı. Yəni
müəyyən müddətlərdə müəyyən qidaları qəbul etməyə qadağa qoydu. İslamda
belə postlar yoxdur. Orucluq vaxtı yalnız qida qəbulunun zamanı dəyişdirilir.
Əvəzində yalançı xristianlıq bütün dinlərdə Allah tərəfindən qadağan olunmuş
donuz ətini halal buyurdu. Əsl xristianlığın dağılması üçün, ləzzətli yeməyə
qadağa və qadağan olunmuş donuz ətinə icazə, təməl daşları belə qoyuldu.
Çünki başqa təsirlərdən fərqli olaraq qidanın insan orqanizminə təsiri
kompleks xarakter daşıyır. Əgər səslə, musiqi ilə dini kitabların oxunması za-
manı səsin ezoterikası insan şüuruna-təhtəlşüura 7 not vasitəsi ilə təsir edib,
onu ağladırsa, güldürürsə rəssamlar bunu 7 rənglə gözlərdən, ətirşünaslar bu-
run vasitəsi ilə 7 ətirlə edirlərsə, qida qəbulu zamanı insana gözlərindən rəng-
lər lə, burnundan ətirlərlə, ağızdan 7 dadla, bədəndən 7 təmasla (əllər, dodaq-
lar, dil, ağızın içi, boğaz, mədə və bağırsaqlar) yəni eyni zamanda cism, can və
ruh (bədən, ağıl və ruh) üçlüyünə hərtərəfli təsir göstərilir.
Ləzzətlə yeməksə o deməkdir ki, daxil olan qida ilə bu üçlüyün tələbatı
ödə nilir, bu üçlüyə lazım olan zülal, karbohidrat, yağ, vitamin, mineral mad-
də lər və s.-lə bərabər çox vacib olan məlumatlar, müvafiq informasiya da da-
xil olur. Həmin maddələr hər bir hüceyrəni qurmaqla, ona inşaat materialı
ol maqla bərabər, ağıla və ruha lazım olan məlumatları da verir. Lazım olan
qida maddələri və məlumat olanda insan eyfariya vəziyyətinə düşür, ləzzət
|