Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə122/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   132
Köçürmə  komissiyası  hələ  sülh  dövründə  yaradılır.  Adə-
tən, rayonun İcra hakimiyyətinin başçısı, müavini köçürmə ko-
missiyasının  sədri  təyin  edilir.  Komissiyanın  heyətinə  rayon 
tibb xidmətinin, kənd təsərrüfatı istehsalat idarəsinin, rayon is-
tehlak  cəmiyyətinin.  rayon  polis  şöbəsinin,  nəqliyyat  xidməti-
nin,  rabitə  və  xəbərdarlıq  xidmətinin,  təhsil  şöbəsinin,  ictimai 
təminat  şöbəsinin  nümayəndələri,  hərbi  komissarlığın  işçiləri, 
mənzil-kommunal  şöbəsinin,  rayon  həmkarlar  təşkilatı  nüma-
yəndələri, habelə 3-4 texniki işçi daxil edilir 
Əhalinin qəbul olunub yerləşdirilməsi üzrə rayon köçürmə 
komissiyası  rayonun mülki müdafiə qərargahı  ilə birlikdə aşa-
ğıdakı  əsas  vəzifələri  yerinə  yetirir:  fəhlə  və  qulluqçuların  və 
əhalinin yerləşdiriləcəyi rayonların müəyyən edilməsi üzrə tək-
liflər  hazırlayır,  bu  rayonların  hazırlanması  və  təmin  olunma-
sında iştirak edir, köçürülənləri  qəbul  edən məntəqələrin  miq-
darını və yerlərini müəyyənləşdirir, uşaqları, əlilləri və qocaları 
nəqliyyatdan  düşürmə  (boşaltma)  məntəqəsindən  yerləşdirmə 
məntəqələrinə daşımaq üçün lazım olacaq nəqliyyat vasitələri-
nin miqdarını müəyyən edir. Bundan əlavə, köçürmə komissi-
yası mülki müdafiə planının əsas bölmələrindən birinin – “Kö-
çürülən əhalinin qəbul olunması və yerləşdirilməsi planı”nın iş-
lənib hazırlanmasında iştirak edir, habelə əhalinin tibb xidməti, 
ərzaq, ən lazımlı şeylər və kommunal-məişət xidməti ilə təmin 
olunması  üçün  digər  əlaqədar  təşkilatlar  ilə  birlikdə  fəaliyyət 
göstərir; qəbuletmə məntəqələri üçün rəisləri və xidmətçi heyə-
ti seçir, təsdiq olunması üçün onları rayon İcra Hakimiyyətinin 


 
140 
başçısına  təqdim  edir;  qəbuletmə  məntəqələrinin  şəxsi  heyəti-
nin  işə  hazırlanmasıni  təşkil  edir  və  həyata  keçirir,  köçürülən 
əhalinin rayonda qəbul olunmasına və yerləşdirilməsinə rəhbər-
lik edir. 
 Rayonun  köçürmə-qəbuletmə  məntəqələri  ölkəyə  basqın 
təhlükəsi yarandığı FH elan edilərkən açılır, eyni zamanda şə-
hər  əhalisinin  yaşayış  məntəqələrində  yerləşdirilməsi  planını 
dəqiqləşdirir,  gələn  qatarları  qəbul  etmək  üçün  nəqliyyatdan 
düşürmə  (boşaltma)  stansiya  və  məntəqələrində  hazırlıq  işləri 
görür;  şəhərdən  gələn  əhalini  yerləşdirmə  yerlərinə  daşımaq 
üçün nəqliyyat vasitələrini hazırlayır; tibb və məişət xidmətlə-
rini təşkil etmək üçün tədbirlər keçirirlər. 
İcra hakimiyyəti nümayəndələri rəhbərləri və onların qərar-
gahları  şəhərdən  gələn  adamların  yerləşdirilə  biləcəyi  mənzil 
fondunu, istehsalat binalarını və digər tikintiləri əvvəlcədən bö-
lüşdürür;  uşaqları  və  qocaları  yerləşdirmə  məntəqələrinədək 
daşımaq  üçün  lazım  olan  nəqliyyat  vasitələrini  müəyyənləşdi-
rir;  fəhlələrin,  qulluqçuların  və  köçürülən  əhalinin  qəbul  edil-
məsi və yerləşdirilməsi planını işləyib hazırlayırlar. Onlar özlə-
rinin bu işlərini rayon qəbuletmə komissiyası ilə razılaşdırırlar. 
Çox  miqdarda  əhali  qəbul  edən  iri  təsərrüfatlarda  köçürü-
lənləri qəbuletmə məntəqələri təşkil olunur. Az miqdarda köçü-
rülən olduqda qəbuletmə məntəqəsi yaradılmır. 
Təsərrüfat işlərini və köçürülən əhalini həm rayonun qəbul-
etmə məntəqələrində, həm  də bilavasitə nəqliyyatdan düşürmə 
(boşaltma) məntəqələrində qəbul edə bilərlər. Birinci halda qə-
buletmə  məntəqələri  təsərrüfatların  mərkəzi  malikanələrində, 
ikinci  halda  isə  bilavasitə  düşürmə  (boşaltma)  məntəqələrində 
təşkil edilir, 
 Köçürülənləri  qəbuletmə  məntəqələrinin  ictimai  binalarda 
(məktəblərdə,  klublarda)  yerləşdirmək  məqsədəuyğundur.  Bu, 
gələn əhalini günün və ilin istənilən vaxtı, habelə hər cür hava-
da müvəqqəti olaraq həmin binalarda yerləşdirməyə imkan ve-
rir. Qəbuletmə məntəqələrinin qarşısına böyük və məsul vəzifə-


 
141 
lər qoyulur. Onlar gələn əhalini qarşılamalı, onları qeydə alma-
lı, yaşayış məntəqələri üzrə bölüşdürməli və adamları yerləşdir-
mə yerlərinə mütəşəkkil surətdə yola salmalıdırlar. 
Qarşısına  qoyulan  vəzifələrdən  və  şəraitdən  asılı  olaraq 
məntəqənin heyətinə aşağıdakı şəxslər daxil edilə bilər: məntə-
qənin rəisi, onun tərbiyə üzrə müavini; qeydəalma və uçot qru-
pu (10-12 nəfər); komendant  və növbətçilər (3-5  nəfər); köçü-
rülənləri  qarşılama  qrupu  (16-21  nəfər);  komplektləşdirmə  və 
yola salma qrupu (6-7); iaşə qrupu (3 nəfər); tibb məntəqəsinin 
işçiləri (2 nəfər); ana və uşaq otağının xidmətçiləri (2 nəfər) və 
ictimai asayişi mühafizə qrupu (4-6 nəfər). 
Köçürülənləri qəbuletmə məntəqəsinin işini daha yaxşı təş-
kil etmək məqsədilə lazımi sənədləri hələ sülh dövründə hazır-
layırlar.  Bu  sənədlərin  miqdarı  və  məzmunu  müxtəlif  hallarda 
müxtəlif  olacaqdır.  Əsas  sənədlər  bunlardır:  məntəqədə  qəbul 
edilməli  olan  köçürülən  şəxslərin  siyahısı;  məntəqənin  şəxsi 
heyətinin siyahısı; xəbərdarlıq sxemi; MM rəhbər heyətinin te-
lefon  nömrələri  siyahısı;  köçürülən  əhali  yerləşdiriləcək  yaşa-
yış məntəqələrinin siyahısı; köçürülənləri yerləşdirmə yerlərinə 
daşımaq üçün ayrılan nəqliyyat  vasitələrinin növləri  üzrə miq-
darı; köçürmə vəsiqələrinin nümunələri; köçürülənləri uçota al-
maq  üçün  sənədlərin  formaları;  məntəqənin  şəxsi  heyətinin 
xidməti vəzifələri cədvəli. 
Köçürülənləri qəbuletmə məntəqəsinin rəisi vəzifəsinə rəh-
bər işçilərdən biri təyin olunur. O, sülh dövründə: gələn əhali-
nin qəbul olunması və yerləşdirilməsi qaydalarını və qəbuletmə 
məntəqəsinin  iş  qaydasını  öyrənməli,  qəbuletmə  məntəqəsinə 
gələcək  əhalinin  miqdarını,  onların  yerləşdiriləcəyi  yaşayış 
məntəqələrini,  qatarların  və  avtomobil  kalonlarının  nömrələri-
ni, düşürmə məntəqələrinin və qatarların təxminən nə vaxt gə-
ləcəyini, habelə radiasiyadan qoruyan daldalanacaqların  yerini 
bilməlidir. Ərazi zəhərlənərkən o, adamların radiasiyadan qoru-
yan daldalanacaqlarda mühafizə olunması üçün tədbir görür. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin