Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə119/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   132
Təhlükəsiz zona- düşmən basqını gözlənilən şəhərlərin və 
əlahiddə  obyektlərin  ətrafında  ehtimal  olunan  dağıntı  zonalar-
dan və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edil-
məsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir. 
Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir 
müəssisə, idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləş-
mə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəh-
lələrin,  qulluqçuların  və  onların  ailə  üzvlərinin  sayından  asılı 
olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər. 
Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir 
müəssisə, idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləş-


 
135 
mə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəh-
lələrin,  qulluqçuların  və  onların  ailə  üzvlərinin  sayından  asılı 
olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər. 
İri  şəhərlərdə  işini  davam  etdirən  müəssisələrin  fəhlə  və 
qulluqçuları  təhlükəsiz  zonada  elə  məsafədəki  rayonlarda  yer-
ləşdirilməlidir  ki,  burada  onların  təhlükəsizliyi  təmin  edilsin, 
işə aparılması və dincəlmək üçün təhlükəsiz zonaya gətirilmə-
sinə isə minimal (ən çoxu 4 saat) vaxt sərf edilsin. 
Bu zaman təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməli-
dir: 
- müasir qırğın silahlarının təsirindən dağıntı və daşqınlar-
dan əhalinin etibarlı mühafizəsini; 
- müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zona-
dan obyektə minimal vaxt sərf etməklə gətirilməsini; 
- MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əl-
verişli surətdə qruplaşdırılmasını; 
- lazımi gigiyena-sanitariya şəraitini. 
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi ra-
yonların  və  yaşayış  məntəqələrinin  müəyyən  edilməsi,  hazır-
lanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə 
başlanılır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tam surət-
də başa çatdırılır. 
Bu məqsədlə: 

 
nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır; 

 
mövcud  olan  rabitə,  ondan  idarəetmə  orqanlarının  isti-
fadə etməsi məqsədilə inkişaf etdirilir; 

 
mənzil  fondu,  tibb,  kommunal,  mədəni-maarif,  ticarət 
müəssisələri  və digər sahələr köçürülüb gətirilən əhalinin  yer-
ləşdirilməsi və ona xidmət göstərilməsinə hazırlanır; 

 
əlavə  su  təchizatı  məntəqələrinin  yaradılması  və  ava-
danlıqlaşdırılması,  digər  mühəndis  -  texniki  tədbirlərin  yerinə 
yetirilməsi işləri təşkil edilir. 
Əhalinin  köçürülməsi  istehsalat-ərazi  prinsipi  üzrə  təşkil 
edilir. Bu, o deməkdir ki, bütün fəhlə və qulluqçuların, onların 


 
136 
ailə üzvlərinin, ali məktəb tələbələrinin və orta ixtisas məktəb-
ləri tələbələrinin, texniki-peşə və orta məktəb şagirdlərinin ob-
yektlər  üzrə  təhlükəli  rayonlardan  çıxırılıb  təhlükəsiz  zonada 
yerləşdirilməsini nəzərdə tutur. 
Qalan əhali isə ərazi  prinsipi  üzrə  yaşayış  yerlərindən kö-
çürülür. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin