6. ƏHALĠNĠN KÖÇÜRÜLMƏSĠNĠN TƏġKĠLĠ VƏ KÖÇÜRMƏ ORQANLARI 6.1. Əhalinin köçürülməsinin (təxliyənin) təĢkili, köçürülmənin növləri, köçürmə (təxliyə) orqanları Köçürmə tədbirlərinin (təxliyənin) yerinə yetirilməsi föv-
qəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullarından
biridir. Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hal-
larda (təbii fəlakətlər, qəzalar zamanı), həm də müharibə döv-
rünün fövqəladə hallarında (müasir kütləvi qırğın vasitələri iş-
lədilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata
keçirilir.
Həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əha-
linin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlü-
kəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər
kompleksidir (şək. 39).