Kitabın adı: Aqrar sahədə mülki müdafiə


  5.13.  Bitkilərin  bakterioloji  silahlarla  zəhərlənməsində



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə116/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   132
 


 
130 
5.13.  Bitkilərin  bakterioloji  silahlarla  zəhərlənməsində 
mülki müdafiə tədbirləri 
 
Bioloji vasitələrlə zəhərlənmə faktı qeydə alındıqda törədi-
cinin  növü müəyyənləşdirilir və bütün  sahədə müşahidə aparı-
lır. Müşahidə prosesində zəhərlənmə sərhədləri və hər 1m
2
 sa-
həyə  düşən  törədicinin  miqdarı,  hər  sahənin  ilkin  zəhərlənmə 
dərəcəsi və törədicinin inkişaf imkanları müəyyən edilir.  
Havada və əkin sahəsində bitkilərin sürmə xəstəliyinin tö-
rədiciləri  aşkar  edildikdə  törədicinin  sahədə  mümkün  inkişafı 
müəyyən edilir və sahələrin kimyəvi preparatlarla emal edilmə-
sinin vaxtı və ardıcıllığı planlaşdırılır. Bu törədicilərlə mübari-
zə üçün sineb və polikarbasinin müxtəlif qarışıqları daha məq-
sədyönlüdür. Sürmə xəstəliyi törədicilərinə qarşı səmərəli mü-
barizə üçün kimyəvi preparatlarının tətbiqinin vaxtının düzgün 
müəyyən olunması vacibdir.  
Vaxtın müəyyən edilməsi aşağıdakı qaydada aparılır. Törə-
diciyə  qarşı  ilkin  mübarizə  havada  və  ya  əkin  sahəsində  onun 
müşahidə  edildiyi  vaxtdan  başlanır.  Sonra  buğdanın  zəhərlən-
miş  hissəsi  analiz  olunur  və  onun  köbəliyinin  davam  etmə 
müddəti  müəyyən  olunur.  Törədicinin  inkişafetmə  müddəti 
temperaturdan  asılıdır.  Temperatur  yüksək  olduqda  onun  inki-
şafı  sürətlənir,  inkişaf  müddətinin  başa  çatması  üçün  sürmə 
xəstəliyi törədicilərdə 125ºC-yə bərabər olan səmərəli tempera-
turlar  cəmindən  asılıdır.  Törədicinin  inkişafının  minimal  tem-
peraturu  +2ºC-yə  bərabərdir.  Bunları  nəzərə  alaraq  törədicinin 
inkişafını aşağıdakı düsturla müəyyən etmək olar: 
t
-
T
C
M


 
burada M – törədicinin davametmə müddəti
C – səmərəli temperaturların cəmi (burada 125ºC); 
T – orta sutkalıq temperatur
t – törədicinin inkişafının minimal temperaturudur +2ºC. 


 
131 
Misal: Törədici 25 mayda qeydə alınmışdır. Onun inkişafı-
nın ikinci nümunəsi aşağıdakı cədvəl 9-da verilmişdir. 
Cədvəl 9 
Sürmə xəstəliyi törədicisinin inkişaf fazası  
Tarix 
Temperatur (dərəcə ilə) 
 
Tarix 
Temperatur (dərəcə ilə) 
O
rt

sut
kal
ıq
 
Səm
ər
əl
i t
em-
per
at
ur
, T
-r
 
Səm
ər
əl

te
m
per
at
ur
lar
ı
n cə
m

O
rt

sut
kal
ıq
 
Səm
ər
əl
i t
em-
per
at
ur
, T
-r
 
S
əm
ər
əl

te
m
per
at
ur
lar
ı
n cə
m

25.05 
26.05 
27.05 
22 


20 
19 
17 
20 
39 
56 
28.05 
29.05 
30.05 
22 

21 
20 
21 
19 
76 
97 
116 
 
Cədvəl göstəricilərinə əsasən 31 mayda sürmə xəstəliyinin 
törədicisi artıq ziyanverici fazaya keçməlidir. Deməli, ona qarşı 
kimyəvi  peraparatlarla  mübarizə  tədbirləri  31  maydan  gec  ol-
mayaraq başlanmalıdır. Törədiciyə qarşı sineb və ya polikarba-
sin suspenziyasından 1 hektara 4 kq norması ilə istifadə olunur. 
Suspenziya havadan (təyyarə və ya helikopterlə) və ya yerüstü 
püskürdücülərlə tətbiq edilir. Suspenziya tətbiqindən əvvəl ha-
zırlanır  və  əkinlər  ya  səhərlər  (saat  10-11-ə  qədər),  ya  da  ax-
şamlar (saat 18-dən sonra) emal edilir.  
Digər bitkilərə qarşı tətbiq olunmuş bioloji vasitələr əleyhi-
nə  mübarizə  tədbirləri  də  törədicinin  növünə  uyğun  kimyəvi 
preparatlarla normativlərə əməl edilməklə aparılır.  
 


 
132 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin