Kitabın adı: Aqrar sahədə mülki müdafiə


 Bitkilərin kütləvi qırğın vasitələrindən mühafizəsi



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə115/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   132
5.12. Bitkilərin kütləvi qırğın vasitələrindən mühafizəsi 
 
Bitkilərin kütləvi qırğın vasitələrindən mühafizəsi məqsədi 
ilə sülh dövründə bir sıra təşkilati , aqrokimyəvi və digər təd-
birlər görülür. Əsas diqqət kənd təsərrüfatı bitkilərinin xəstəlik 
və  ziyanvericilərinin  yayılmasının  qarşısını  almağa  yönəlir. 
Buna görə bitki növlərinin seleksiya işləri aparılaraq ionlu şüa-
lanmaya qarşı davamlılığı müəyyən olunur. Aqrofonun yüksəl-
dilməsi və karantinin təşkili üçün tədbirlər görülür.  
Bitkilərin mühafizəsi üçün bütün tədbirləri bitki mühafizəsi 
xidməti  mütəxəssislərinin  iştirakı  obyekt  MM  qərargahının 
rəisləri hazırlayır. Kimyəvi maddələrin tətbiq olunma faktı qey-
də alındıqdan sonra rayon kənd təsərrüfatı zona üzrə mütəxəs-
sisi  (aqronomu) və MM-in  fitopotoloji kəşfiyyat  manqası  (bit-
kilərin mühafizəsi komandası) zonanın bütün sahələrində dəqiq 
müayinə apararaq vizual və ekspes metodlarla herbisidin növü-
nü  müəyyən  edir,  həmçinin  analiz  üçün  nümunələr  götürərək 
zəhərlənmənin sərhədlərini təyin edirlər. Kənd təsərrüfatı bitki-
lərinin müayinəsi nəticəsində hesabat və məlumatlar hazırlanır. 
Hesabatın 1 nüsxəsi rayon kənd təsərrüfatı idarəsinə, 1 nüsxəsi 
isə götürülmüş nümunələrlə birlikdə aqrokimyəvi laboratoriya-
ya  (bitki  mühafizəsi  stansiyasına,  elmi-tədqiqat  müəssisəsinə) 
göndərilir. 
Bitkilərə  çökmüş  fitotoksikantların  növü  və  dozası  müəy-
yən  olunduqdan  sonra  mütəxəssis  inkişaf  fazasından,  şəraitin-
dən  asılı  olaraq  bitkilərin  mümkün  zəhərlənmə  dərəcəsini, 
həmçinin  itkisini  və  planını  hazırlayır.  Fitotoksikantlarla  zəif 
zəhərlənmə zamanı məhsul mümkün itkisinin miqdarı 30%-dək 
proqnozlaşdırılır.  Belə  zəhərlənmədə  sahənin  gücləndirilmiş 
qulluğu icra edilir – minerallar verilir, cərgələrə kultivasiya çə-


 
129 
kilir, əlavə suvarılma aparılır. Belə sahələrdən toplanmış buğda 
insanların qidası üçün yalnız tibbi xidmətin icazəsi ilə, heyvan-
ların  yemi üçün  yalnız baytarlıq  xidmətinin  icazəsi  ilə məhsu-
lun  tərkibindəki  qalıq  fitotoksikantın  miqdarı  müəyyən  olun-
duqdan sonra istifadə olunur.  
Məhsulun miqdarının 50-70% itkisi ilə nəticələnən orta də-
rəcəli zəhərlənmə zamanı yerli iqtisadi şərait nəzərə alınmaqla 
texniki bitkilər şumlanaraq yenidən tətbiq olunan herbisidə qar-
şı dayanıqlı olan digər bitki ilə səpin aparıla bilər və ya fitotok-
sikantın  zəhərli  təsirini  azaltmaq  üçün  mütləq  tədbirlər  görül-
məlidir.  Belə  sahələrdən  alınan  məhsul  qida  və  ya  yem  üçün 
herbisidin  qalıq  miqdarı  müəyyən  olunduqdan  sonra  istifadə 
oluna  bilər.  Qarğıdalı  və  ya  günəbaxan  bitkilərinin  məhsulu 
yağ üçün deyil, texniki məqsədlər üçün tətbiq olunur.  
Məhsulun  miqdarının  90-100%  məhv  olması  ilə  nəticələ-
nən güclü dərəcəli zəhərlənmə sahələrində bitkilər məhv edilir. 
Bitkinin  hündürlüyü  yüksək  olmadıqda  sahə  şumlanılır.  Yük-
sək  hündürlüklü  bitki  sahələrində  bitki  doğranılaraq  sahədən 
kənara toplanılaraq yandırılır, sahə isə şumlanılır, bundan sonra 
tətbiq  olunan  fitotoksikanta  dayanıqlı  olan  bitki növləri  səpilə 
bilər.  Qeyd  etmək  lazımdır  ki,  siloslaşdırma  prosesində  herbi-
sidlər  məhv  olduğundan  və  mikrobioloji  proseslərə  ziyan  vur-
madığından sahədən toplanan günəbaxan və qarğıdalı silos ha-
lında yemləndirmə üçün istifadəyə yararlıdır. 
Zəhərli preparatlarla zəhərlənmiş pambıq məhsulunun sax-
lanması üsullarından biri formasını dəyişmiş yarpaqların kənar-
laşdırılmasından  (çekanka)  ibarətdir.  Kənarlaşdırılmış  yarpaq-
lar  əlavə  məhsullar  qolların  yaranmasına  və  inkişafına  şərait 
yaradır. Kənarlaşdırma üsulu bitkinin 4-5 formalaşmış yarpaq-
larının  olduğu  fazada  daha  səmərəlidir.  Zəhərli  preparatların 
tətbiqindən 5 sutka sonra kənarlaşdırılma aparılır. Daha sonrakı 
fazada və bitkinin güclü dərəcəli zəhərlənmə zonasında olduğu 
hallarda bu üsul daha az səmərəli hesab olunur. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin