Heyvanların baytarlıq emalının qaydası. Heyvanların də-
ri səthinin emal edilməsi qaydası və ardıcıllığı zəhərləyici mad-
dələrin növündən asılıdır. Heyvanlar əvvəlcə zəhərləyici mad-
dələrin növünə və zəhərlənmə dərəcəsinə görə çeşidlənilir, son-
ra isə dəri səthinin emal olunması üçün tələb olunan maddələr
müəyyənləşdirilir və təyin olunur. Eyni zamanda profilaktika-
nın tətbiq olunması məsələsi də həll olunur. Dəri səthinin ra-
dioaktiv maddələrlə zəhərlənməsi zamanı dəri səthində seçmə
yolu ilə ölçmə nümunələri aparılır və heyvanlara baxış keçiri-
lir. Dəri səthinin buraxıla bilən həddən yuxarı zəhərlənməsi
qeydə alındıqda onlar baytarlıq emalına cəlb olunur.
Emala cəlb olunan heyvanlar emal meydançasına verilir və
oradan yuma dəzgahlarının sayından asılı olaraq qruplarla (5-6
heyvan) baytarlıq emalı dəzgahlarına yönəldilir. Dəzgahda hər
bir heyvan hər iki tərəfdən yuma məhlulu ilə emal olunur.
Emal prosesində yuyucu firçadan istifadə olunur. Dəri səthin-
dən kənarlaşan radioaktiv maddələrin emalı icra edən insanla-
ra zərər verməməsi üçün yuyucu fırçaya 80-100 sm uzunluqlu
ağac bərkidilir. Əvvəlcə heyvanların quyruq hissəsi, sonra isə
başı, boynu, beli, yanı, qabaq və arxa ətrafları yuxarıdan aşağı-
ya olmaqla emal olunur. Yuyucu məhsulla emal prosesi başa
çatdıqdan sonra heyvanlar təmiz su ilə yuyulur.
Yuyucu vasitələrlə iribuynuzlu heyvanların və atların dəri
səthindən 65-70% radioaktiv maddələrin kənarlaşdırılması
mümkündür. Təkrar emal prosesi isə daha səmərəsizdir. Belə
ki, bu zaman əlavə olaraq ondan radioaktiv maddələrin 10%-
nin kənarlaşdırılmasına nail olunur.