Kitabın adı: Aqrar sahədə mülki müdafiə


Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsul-



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə120/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   132
Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsul-
dur. Bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə 
olan  bütün  nəqliyyat  vasitələri  ilə  təhlükəli  zonalardan  dərhal 
çıxarılır. 
Köçürülən  əhalinin  qeydiyyatı  üçün  əsas  sənədlər  şəxsiy-
yəti təsdiq edən vəsiqə və iş, yaxud yaşayış yerində tərtib olun-
muş köçürülənlərin siyahısından ibarətdir. 
Qismən  köçürülmə  hallarında  ilk  növbədə:  internat  mək-
təblərinin şagirdləri, uşaq evlərindəki uşaqlar, ali məktəb tələ-
bələri,  orta  ixtisas  məktəblərinin  şagirdləri  -  bu  məktəblərin 
professor-müəllim  heyəti  və  onların  ailə  üzvləri  ilə  birlikdə, 
həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət 
edən heyət təhlükəli rayonlardan çıxarılır. Belə əhalinin daşın-
ması nəqliyyat vasitələrinin sülh dövründəki hərəkət cədvəlləri-
ni  pozmadan,  bütün  nəqliyyat  vasitələrindən  istifadə  etməklə 
yerinə yetirilir. 
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün 
köçürmə komissiyalarının qüvvələri ilə toplanış-köçürmə mən-
təqələri (TKM) açılır. Bu məntəqələr adətən, adamlar nəqliyyat 
vasitələrinə mindiriləcək meydançaların və yolların yaxınlığın-
dakı məktəb, klub binalarında və başqa ictimai binalarda açılır. 
Müxtəlif əhali toplanış-köçürmə məntəqələrinə əvvəlcədən ob-
yektlər üzrə təhkim edilir. 
Toplanış-köçürmə  məntəqəsinə  gələn  əhali  burada  qeydə 
alınır. Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasi-
tələrində aparılacaq adamlar: nəqliyyat vasitələrinin növləri üz-
rə qatarlar və avtomobil dəstələri üzrə, şəhərdən piyada çıxarı-
lacaq adamlar isə piyada dəstələri üzrə qruplaşdırılır. 


 
137 
Piyada hərəkət edən adamların istirahəti üçün istirahət (dü-
şərgə) müddətləri nəzərdə tutulur: qısa istirahət (10-15 dəqiqə-
lik) - hər 1,5 saat hərəkətdən sonra, uzun istirahət (1-2 saatlıq) 
yolun  ikinci  yarısında,  adətən  ehtimal  edilən  güclü  dağıntı  zə-
dələnmə zonasının hüdudlarından kənarda təyin edilir. 
Piyada  köçürülən  əhalinin  yerləşdirilməsi  nəzərdə  tutulan 
rayonlar  çox  uzaqda  olduqda,  belə  əhali  üçün  aralıq  köçürmə 
məntəqələri təşkil edilə bilər. 
Nəqliyyat  vasitələrində  köçürülən  əhali  təhlükəsiz  zonada 
nəqliyyatdan düşürmə stansiyalarına və ya məntəqələrinə gəti-
rilir,  burada  nəqliyyatdan  düşürülür  və  sonra  təşkil  edilən  kö-
çürmə əhali də bu məntəqələrə gəlir. Köçürmə üzrə qəbuletmə 
məntəqələrinin işçiləri  gətirilən əhalinin qarşılanmasını, qeydə 
alınmasını və yerləşdirilməsini təşkil edir. 
Köçürmə  zamanı  ən  lazımi  şeyləri  -  paltar,  ayaqqabı,  alt 
paltarı, yataq ləvazimatı götürürlər. 
Hər bir adam özü ilə həmçinin ərzaq və bir qədər içməli su 
götürməlidir,  2-3  günlük  ərzaq  götürürlər:  tez  xarab  olmayan, 
saxlanması  daha  rahat  olan  və  yeməzdən  əvvəl  hazırlanması 
(uzun  müddət  bişirilməsi)  tələb  olunmayan  ərzaq  növləri  – 
konserv  konsentrat,  qurudulmuş  çörək  və  s.  məhsullar  götür-
mək daha yaxşıdır. 
Köçürülən  yaşlı  adamlar  sənədlərdən:  şəxsiyyət  vəsiqəsi, 
hərbi  bileti,  əmək  kitabçasını  və  ya  təqaüd  vəsiqəsini,  təhsili 
haqqında  diplomu  (attestatı),  evlənmə  haqqında  vəsiqəsini  və 
uşaqların doğum şəhadətnaməsini özləri ilə götürməlidirlər. 
Uşaqlar üçün paltar və ayaqqabı seçərkən, bunların müha-
fizə  xüsusiyyətlərini  və  ilin  fəslini  nəzərə  almaq  lazımdır.  Üç 
yaşadək  olan  uşaqlar  üçün  uşaq  ərzaq  malları-  uşaq  yeməyi, 
quru  süd,  konservləşdirilmiş  şirələr  və  s.  ehtiyatları  hazırlan-
malıdır. Sənədlərdən- uşaqların yaş kağızlarını və məktəb gün-
dəliklərini götürürlər. 
Köçürülən  uşaqların  paltarı  və  ərzağı  yığılmış  çamadana 
(arxa çantasına) çətələ (birka) bənd etmək və onun üzərinə uşa-


 
138 
ğın  soyadını,  adını,  atasının  adını,  ev  ünvanını  və  köçürülmə 
məntəqəsinin adını aydın surətdə yazmaq lazımdır. Məktəbəqə-
dər yaşlı uşaqların həmişə geydiyi paltarın daxili cibinə də bu 
cür  çətələ:  uşağın  adı,  atasının  adı,  soyadı,  təvəllüdü,  ata  və 
anasının ev və iş yerinin ünvanları göstərilən vərəq qoyulur; bu 
məlumatlar  yazılmış  ağ  parça  qırığı  uşağın  paltarının  astarına 
(yaxanın altında) tikilsə, daha yaxşı olar. 
Köçürülən əhalinin ərzaqla təminatı ictimai iaşə müəssisə-
lərinin  bazası  əsasında  təşkil  edilir,  lazımi  hallarda  əlavə  iaşə 
məntəqələri (yeməkxanalar) açılır. 
Respublikada, şəhər və rayonlarda bütün köçürmə tədbirlə-
ri  üzrə  ümumi  hesablamalar  aparılır,  burada  hər  bir  konkret 
fövqəladə  hadisə  təhlükəsi  yaranarkən  və  baş  verərkən  köçür-
mə işlərinin icrasına cəlb ediləcək qüvvə və vasitələr hesabla-
nıb müəyyən edilir. 
Köçürülmə  zamanı  adamlar  öyrəndikləri  yaşayış  yerlərini 
tərk etməyə, əmlakının xeyli hissəsini evlərində qoyub getmə-
yə, vərdiş etmədikləri şəraitdə yerləşib yaşamağa vadar olacaq-
lar.  Hamı  başa  düşməlidir  ki,  adamların  həyatını  xilas  etmək 
naminə bu çətinlik və məcburiyyətə tab gətirmək lazımdır. Bu-
na görə də müəyyən olunmuş sərəncamları yerinə yetirmək, bu 
mürəkkəb tədbirlərin həyata keçirilməsində onlara kömək gös-
tərmək hər bir vətəndaşın borcudur. 
Təhlükəsiz  rayonların  əhalisi  isə  təhlükəli  zonalardan  kö-
çürülüb gətirilmiş əhalinin həyat şəraitinin təmin olunması: ra-
diasiya əleyhinə daldalanacaqlar düzəldilməsi, tənəffüs üzvləri-
ni qoruyan ən sadə mühafızə vasitələri hazırlanması, ictimai bi-
naların  yaşayış  yeri  kimi  uyğunlaşdırılması,  əlaltı  materiallar-
dan  məişət  əşyaları  (çarpayı,  kürsü,  döşək  və  s.)  düzəldilməsi 
işlərində fəal iştirak etməli- yardım göstərməlidirlər. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin