Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə118/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   132
ġək. 39. Əhalinin köçürülmə planı 
 
Köçürmə  tədbirləri  əhalini  təhlükəli  sahələrdən  (zədələmə 
ocaqlarından)  təhlükəsiz  rayonlara  vaxtında  çıxarmağa  və  bu-
nunla  da  fövqəladə  halların  təsirindən  törəyən  tələfatı  maksi-
mal dərəcədə azalmağa imkan verir.  


 
133 
Keçmiş müharibələrdə, xüsusən də II Dünya müharibəsi və 
Azərbaycanda  Dağlıq  Qarabağ  münaqişəsi  dövründə  köçürmə 
işləri geniş tətbiq edilmiş, Çernobıl atom elektrik stansiyasında 
(ÇAES) qəza ilə əlaqədar olaraq geniş   köçürmə işləri aparıl-
mış, bu stansiya ətrafındakı 30 km-lik zonadan, həmçinin Uk-
raynanın, Belorusiyanın və Rusiya Federasiyasının bir sıra ya-
şayış məntəqələrindən əhali çıxarılmışdır. 
Daşkənddə zəlzələ, Gürcüstanda daşqınlar,  İsmayıllı rayo-
nunda  sürüşmə  və  digər  fövqəladə  hallarla  əlaqədar  da  köçür-
mə işləri olmuşdur. 
Keçmişdə  həyata  keçirilən  köçürülmə  tədbirləri  müasir 
dövrdəki müharibələr şəraitində nəzərdə tutulan köçürülmələr-
dən  prinsipcə  fərqlidir.  Məsələn,  II  Dünya  müharibəsi  zamanı 
əhali  düşməndən  əks  tərəfdə  yerləşən  uzaq  rayonlara  köçürü-
lürdü. 
Müasir  şəraitdə  köçürülmə  düşmənin  nüvə  zərbələri  endi-
rəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhali-
nin  çıxarılıb  bu şəhərlərin hər tərəfindəki  bütün  təhlükəsiz ra-
yonlarda yerləşdirilməsini nəzərdə tutur. 
Köçürmə tədbirləri və fövqəladə hallar ehtimal olunan ra-
yonlarda  sülh  və  müharibə  dövrlərində  adamların  həyatı  və 
sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqca-
dan,  ya  da  zədələyici  amillər  əhaliyə  bilavasitə  təsir  göstərər-
kən dərhal yerinə yetirilməlidir. 
Köçürmə  tədbirləri  düşmən  tərəfindən  müasir  adi  silahlar 
və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəla-
kətlər, güclü istehsalat qəzaları baş verməsi ehtimalları nəzərə 
alınmaqla çox variantlı planlaşdırılmalı,  yaranmış vəziyyətdən 
asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yeti-
rilməsi nəzərdə tutulmalıdır. 
Müharibə dövründəki  fövqəladə hallarda (FH) köçürülmə, 
bu məqsədlə görülən tədbirlər kompleksi daha böyük həcmli və 
geniş dairəsi səciyyəvi olacaqdır. 
Azərbaycan Respublikasında “Sülh və müharibə dövrlərin-


 
134 
dəki  fövqəladə  hallarda  Azərbaycan  Respublikasında  əhalinin 
köçürülməsi  haqqında  əsasnamənin  təsdiq  edilməsi  barədə” 
Azərbaycan  Respublikasi  Nazirlər  Kabinetinin  6  avqust  1993-
cü  il  tarixli  438  saylı  qərarı  təsdiq  edilmişdir.  Bu  Əsasnamə 
sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  əhalinin 
mühafizəsinin  üsullarından  biri  olan  köçürmə  tədbirlərinin 
Azərbaycan Respublikası ərazisində planlaşdırılması və həyata 
keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.  
Qanunla  tələbə  görə  köçürülmənin  (əhalinin  təxliyəsinin) 
mahiyyəti  ondan  ibarətdir  ki,  iri  şəhərlərdən,  vacib  obyektlər-
dən  və  təhlükəli  sahələrdən  əhali  əvvəlcədən  çıxarılıb  şəhər-
dənkənar  zonadakı  aztəhlükəli  rayonlarda  yerləşdirilir.  Bunun 
sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə azaldılır, şəhər-
lərdə  qalan  (vacib  obyektlərdə  işlədilən)  adamların  mühafizə 
qurğularında  daldalandırılması  işi  yüngülləşir,  müasir  qırğın 
vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimal dərə-
cədə azaltmaq imkanı yaranır. 
Müharibə  dövründə  təhlükəli  rayonlarda  işini  davam  etdi-
rən obyektlərin  fəhlə və  qulluqçuları köçürülüb  təhlükəsiz zo-
nada  yerləşdiriləndən  sonra  təhlükəli  rayona  növbələr  üzrə  işə 
gətirilir və işdən sonra dincəlmək üçün təhlükəsiz zona yerinə 
aparılır.  (Keçmişdə  bu  qaydaya  fəhlə  və  qulluqçuların  seyrəl-
dilməsi deyilirdi, indi bu anlayış işlədilmir). 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin