5.11. Kənd təsərrüfatı texnikasının zərərsizləĢdirilməsi Kənd təsərrüfatı texnikasının zərərsizləşdirilməsi su axın
xətləri düzəldilmiş, xüsusi hazırlanmış meydançada maşınların
estakada çıxarılması ilə icra edilir.
Radioaktiv tozlar yuyucu vasitənin (СФ-2у, СФ-2, piyli
sabun) 0,3 %-lik qarışığı ilə kənarlaşdırılır. Qarışığın sərfiyyat
norması 2,5 -3 l/m
2
təşkil edir. Maşınları həmçinin su şırnağı-
nın güclü təzyiqi ilə təmizləmək mümkündür. Bu zaman sərfiy-
yat norması 20 l/m
2
təşkil edir. Qış vaxtı texnika həlledicilərlə-
kerosin, dizel və benzin yanacağı və s. Ilə hopdurulur.
Zəhərləyici maddələrin kənarlaşdırılması üçün xlor qarışı-
ğından, həmçinin tərkibində 2% duz, 5% monoetonalin, 20%
ammonyak olan (bu qarışıq zarini yaxşı zərərsizləşdirir) qarı-
şıqdan istifadə olunur. Göstərilən qarışıq texnikaya süpürgə va-
sitəsi ilə hopdurulur. Prosesdən sonra süpürgə yandırılır və ya
torpağa basdırılır. Dekaratorlar olmasa da, zəhərləyici maddə-
ləri kənarlaşdırmaq üçün kerosin, benzin və ya dixloretandan
istifadə oluna bilər. Dekorasiyadan sonra maşınlar su ilə yuyu-
lur, tam qurumasına şərait yaradılır və korroziyanın qarşısını
almaq məqsədi ilə metal hissələr solidol və digər yağla mazla-
nır. Süpürgə ilə yuma zamanı sərfiyyat norması 1-1,5 l/m
2
,
texnika ilə yuma zamanı isə 2-3 l/m
2
təşkil edir.
Texnikanın dezinfeksiyası üçün xlor qarışığından, lizddan,
128
xlorlu yoddan və s. Qarışıqdan istifadə olunur. Dezinfeksiyanın
metodikası dekorasiyada olduğu kimidir. Qarışığın sərfiyyat
norması 0,5-0,6 l/m
2
təşkil edir.