20
dərəcədə zədələnir, panellərin, karkasların birləşdirilməsi yer-
lərində çatlar əmələ gətirir.
Cədvəl 1
Zəlzələlərin xarakteristikası
Bal-
lar
Gücü
Dağıdıcıların
ümumi mənzərəzi
Qısa xarakteristikası
1
2
3
4
1
Torpağın hiss
edilməyən
titrəyişi
2-3-4 bal
Yalnız seysmik cihazlarla
qeyd
edilir
2 Çox
zəif təkanlar
Seysmik cihazlarla qeyd
edilir.
Tam sükunətdə
olan tək-tək adamlar hiss
edir
3
Zəif
Asqı lampalar, açıq qapı-
lar
yunğülcə
tərpənir.
Əhalinin az qismi hiss
edir.
4
Mülayim
Pəncərə şüşələrinin yün-
gül cingitisi, qapı və di-
varların cırıltısından hiss
edilir.
5
Xeyli
güclü
5-6 bal
Açıq havada bir çox adam
tərəfindən, binalarda isə
hamı tərəfindən hiss edi-
lir. Binalar tərpənir, mebel
silkələnir. Kəfkirli saatlar
dayanır. Pəncərə şüşələri
və divarların malası çat-
layır.
6
Güclü
Hamı hiss edir. Bir çoxları
qorxudan küçəyə qaçır.
Divardan asılmış tablolar
düşür, suvaq (mala) parça-
ları qopub tökülür.
21
Cədvəl 1-in ardı
1
2
3
4
7
Çox güclü
7-8 bal
Asqı əşyalar güclü sürətdə
yırğalanır, mebel yerindən
tərpənir. Daş evlərin divar-
ları zədələnir (çatlayır). Anti
seysmik, həmçinin tax ta və
çəpər tikililər salamat qalır.
Çayların sahillərində sürüş-
mələr baş verir.
8
Dağıdıcı
Dik yamaclarda və nəm tor-
paq catlar əmələ gəlir. Hey-
kəllər yerindən tərpənir və ya
aşır. Evlər güclü zədələnir.
9
Dəhşətli
9-10 bal
Daş evlər güclü zədələnir və
dağılır. Köhnə taxta evlər bir
qədər əyilir.
10
Məhvedici
Torpaqda iri, bəzən bir met-
rədək enli çatlar gəlir, coxlu
uçurumlar baş verir. Daş tiki-
lilər dağılır. Boru kəmərləri
qırılır, ağaclar yıxılır.
11
Fəlakət
11-12 bal
Torpağın üst qatında enli çat-
lar əmələ gəlir, çoxlu uçu-
rumlar baş verir. Daş evlər
tamam dağılır.
Dəmiryol rels-
ləri əyilir və yerindən tərpə-
nir.
12 Güclü fəlakət
Yer səthində böyük dəyişik-
liklər baş verir. Coxlu çatlar,
uçqunlar, sürüşmələr yaranır.
Şəlalələr, süni göllər əmələ
gəlir. Çayların məcrası dəyi-
şir. Heç bir tikinti davam gə-
tirmir. Bitki və heyvanat uç-
qunlar nəticəsində məhv olu-
nur.
22
Bir sıra tikililər, xüsusən zəlzələ təhlükəsi nəzərə alınma-
dan inşa olunanlar qismən, yaxud tamamilə dağılır. Buna görə
də 1990-cı ildən başlayaraq ölkəmizdə tikinti işlərinin layihə-
ləşdirilməsində və inşasında bu vəziyyət hökmən nəzərə alınır.
Çünki inşaatda müəyyən olunmuş seysmik davamlılıq normala-
rına riayət etməklə zəlzələnin dağıdıcı nəticələrini xeyli azalt-
maq mümkündür.
Son illərdə ölkəmizdə baş verən təbii fəlakətlər, o cümlə-
dən zəif yeraltı təkanlar, zəlzələlər, sunamilər və eləcə də dün-
yada böyük itkilərlə xarakterizə olunan Argentinada 6,3 bal,
Çilidə 7 bal, İndoneziyada 7,7 bal, Kosta Rikoda 6,1 bal, Filip-
pində 6,0 bal, Meksikanın sahilindəki Kaliforniya körfəzində
6,9 bal, Yaponiyada 8,9 bal gücündə baş verən zəlzələlər və s.
bu kimi təbii fəlakətlərin törətdikləri
fəsadlar, insanların
kütləvi
şəkildə ölmələri, xəsarət almaları, onların məişətinə və təsərrü-
fatlarına dəyən ziyanların həcmi dünya ölkələrinin hər an belə
təhlükələrə hazır olmalarını, görülməsi vacib olunan işlərin
dinc dövrdə yerinə yetirilməsini tələb edir.
11 mart 2011-ci il tarixində Yaponiyada 8,9 bal gücündə
baş vermiş zəlzələ son bir əsrdən artıq dövrün ən dəhşətli fəla-
kəti kimi tarixə düşmüşdür. Zəlzələ ocağı 14,9 kilometr dərin-
likdə yerləşmişdir. Zəlzələdən sonra 10-15 metr hündürlüyündə
dalğalar, sunamilər ölkədə insan tələfatına, itkin düşənlərin sa-
yının artmasına, maddi itkilərin fantastik rəqəmlərə çatmasına
səbəb olmuş, 53 ölkəyə sunami xəbərdarlığı edilmişdir. Zəlzələ
nəticəsində Yaponiya arxipelaqı 2,4 metr yer dəyişmiş, Yer kü-
rəsi isə öz orbitindən 10 santimetr kənara çıxmışdır. Zəlzələnin
dağıdıcı gücü 600 atom bombasının dağıdıcı gücünə bərabər-
dir. Baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sa-
yı 1500-ü ötmüşdür. 2000-dən çox insanın taleyi hələ də mə-
lum deyildir. Birləşmiş Ştatların Geologiya Xidmətinin məlu-
matına görə, Yaponiyadakı zəlzələ son bir əsr ərzində dağıdıcı
gücünə görə dünyanın 5-ci zəlzələsi hesab olunur.
Zəlzələ Yaponiyanın Fukusima prefekturasında su bəndini
23
dağıtmış, burada yerləşən Atom Elektrik Stansiyası da zədələn-
mişdir. Göründüyü kimi, təbii fəlakətin yaratdığı fəsadlar digər
hadisələrin də baş verməsinə, bütün bunlar insan tələfatına və
itkilərə, onların maddi, mənəvi, psixoloji zərbələr almasına sə-
bəb olur.
Yaponiya planetin seysmoloji cəhətdən ən təhlükəli bölgə-
lərindəndir. Statistikaya görə 6 bal və daha güclü zəlzələlərin
20%-i bu ölkədə baş verir. 1995-ci ilin yanvarında son bir neçə
onillik ərzində ən güclü zəlzələ Yaponiyanın Kobe şəhərində
baş vermişdir. 7,2 bal gücündə zəlzələ nəticəsində 6400-dən ar-
tıq
adam ölmüş, 300 mindən çox sakin evsiz qalmışdır.
Bu tip təbii hadisələri və ölkələri olduqca çox misal göstər-
mək olar. Bu hadisələrdə insanların vaxtında təxliyəsi – hadisə
zonasından təhlükəsiz zonalara köçürülməsi qeyd olunan itkilə-
rin minimum səviyyədə olmasında başlıca rol oynaya bilər.
Dostları ilə paylaş: