24
zilər sayılır.
Daşqın zamanı isə ərazinin xeyli hissəsini müəyyən müd-
dətə su basır. Belə hal su qovşaqlarının, su-elektrik stansiyaları
bəndlərinin zəlzələ və digər səbəblərdən dağılması nəticəsində
baş verə bilər ki, bu zaman xeyli ərazi, oradakı yaşayış mən-
təqələri, təsərrüfat obyektləri su altında qalar, yəni fəlakətli
daşqın zonası yaranır. Bu təhlükə daha ciddidir. Belə ki, res-
publikamızın nisbətən məhdud ərazisində ondan artıq su-elek-
trik qovşaqları və dəryaçalar tikilmişdir. Mingəçevir su-elektrik
stansiyasının, Araz su qovşağının, Sərsəng dəryaçasının və
digər dəryaça bəndlərinin hündürlüyü onlarla metr, su tutumu
isə milyonlarla kub metrə qədərdir. Onların əhali və xalq təsər-
rüfatı üçün yaratdığı təhlükənin miqyası da olduqca böyükdür.
Dostları ilə paylaş: