Kitabın adı: Aqrar sahədə mülki müdafiə


 TƏBĠĠ FƏLAKƏTLƏR VƏ SÜLH MƏNġƏLĠ



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə22/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   132
2. TƏBĠĠ FƏLAKƏTLƏR VƏ SÜLH MƏNġƏLĠ 
FÖVQƏLADƏ HALLAR  
 
2.1. Təbii fəlakətlərin xarakteristikası 
 
Elmi-texniki tərəqqinin nailiyyətlərinə baxmayaraq cəmiy-
yət  üçün  fəaliyyət  təhlükəsi,  o  cümlədən  də  təbii  fəlakətlərin 
törətdiyi təhlükə artmaqdadır. Təbii fəlakətlərdən zərər çəkən-
lərin sayı  ildə təxminən 6% artır. Epidemioloji  fəlakətlər üzrə 
Elmi  Mərkəzin  (Brüssel)  məlumatlarına  görə  1965-ci  ildən 
1992-ci  ilədək  dünyada  təbii  fəlakətlərdən  3,6  milyon  insan 
məhv olmuş, 3 milyarddan çox adam zərər çəkmiş, ümumi iqti-
sadi ziyan 340 milyard dollardan artıq olmuşdur. 
Təbii  fəlakətlər  üzrə  Ümumdünya  Konfransına  (Yokoqa-
ma, 1994-cü il) müxtəlif ölkələr tərəfindən təqdim edilmiş mə-
lumatlar göstərir ki, 1962-1992-ci illər ərzində çox ağır iqtisadi 
ziyan (ölkəsindən illik ümumi məhsulun 1%-i qədər və bundan 
artıq) vuran təbii fəlakətlərin sayi 4,1 dəfə, bu zaman zərər çə-
kənlərin sayı 2,1 dəfə artmışdır. 
Ən çox iqtisadi itkilər törədən fəlakətlər – subasma, quraq-
lıq və zəlzələdir. Bunlar mövcud olan butiün fövqəladə hadisə-
lərin müvafiq surətdə 32, 22 və 10 faizini təşkil edir. Ən təhlü-
kəli  fəlakətlər:  zərərçəkənlərin  sayına  görə  quraqlıq  (30%)  və 
subasma  (32%);  tələf  olanların  sayına  görə-  subasma  (26%), 
epidemiyalar  (17%),  zəlzələ  (13%)  hesab  edilir.  Son  30  ildə 
Yer kürəsində baş verən fövqəladə hallar barədə statistik məlu-
matların təhlili məhz bunu göstərir. 
Geoloji iqlim və relyef şəraitinin müxtəlifliyi ilə fərqlənən 
Azərbaycanın ərazisində 15-dən artiq növdə cürbəcür təhlükəli 
təbii  hadisələr  müşahidə  edilir.  Bunlardan  ən  dagıdicı  təsirə 
malik  olanlar:  subasma,  daşqın,  eroziya,  zəlzələ,  sürüşmə,  sel, 
daş uçqunları, marxal (qar uçqunları), qasırğa, fırtına, burulğan 
və  s.  Bu  hadisələrin  bəziləri  gözlənilmədən  baş  verir  və  qısa-
müddətli olur (məs: zəlzələ, sürüşmə, uçqun, çökmə, burulğan), 


 
19 
lakin  böyük  maddi  itkilər  və  insan  tələfatı  ilə  nəticələnir.  Di-
gərləri, məsələn, daşqın, eroziya - uzunmüddət tədricən inkişaf 
edir,  nadir  hallarda  insan  tələfatına  səbəb  olur,  lakin  çox  ağır 
iqtisadi itkilər törədir. 
Respublikamızda il ərzində 15-30 kortəbii təhlükəli hadisə 
baş  verir. Bütün  kortəbii təhliükələri aşağıdakı növlərə aid  et-
mək mümkündur: geofiziki, hidrometeroloji, geoloji tahliükəli 
hadisələr,  infeksion  (yoluxucu)  xəstəliklər  və  təbii  yangınlar. 
Hidrometroloji hadisələrə ən əvvəl, daşqın, sel və s. aiddir. 
Azərbaycan Respublikasnın 20-dən artıq şəhəri və bir neçə 
yüz digər yaşayış məntəqələrində daşqın təhlükəsi mövcuddur. 
Belə  təhlükənin  əsas  mənbəyi  leysan  yağışları,  qarın  sürətlə 
əriməsi, bəndlərin, su sədlərinin dağilması, uçqun və sürüşmə-
lərdir.  Daşqınlar  nəticəsində  respublikaya  dəyən  illik  orta  sta-
tistik zərər 250-600 min manat hüdudlarında dəyişir. 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin