2.4. Yağıntıların xarakteristikası Yanğınlar- alov kütləsinin idarə olunmayan hərəkətinə de-
yilir. Yanğınların baş verməsinə alovla əlaqə qaydasına düzgün
riayət olunmaması səbəb olur. Aqrar sahədə bəzi material və
vasitələrin anbarlara düzgün yığılmaması, elektrik naqillərində
qısa qapanmalar, daxiliyanma mühərriklərinin iş rejiminin po-
zulması, qurutma sahəsində texnoloji prosesə riayət olunmama-
sı və s. səbəblərdən yanğın törənir. Yanğının baş vermə yerin-
dən asılı olaraq onlar meşə, düzənlik (səhra) və obyekt yanğın-
larına bölünür.
Meşədə baş verən yanğınlar meşə elementlərini əhatə et-
məsindən asılı olaraq yeraltı (xəzəlaltı), aşağı və yuxarı (bütöv)
meşə yanğınları kimi sinifləşdirilir.