27
tən dağlıq sahələrdə baş verir. Belə sahələrdə və ondan aşağıda
yerləşən yaşayış məntəqələrində adamlar, mal-qara, təsərrüfat
tikililəri məhv ola bilər.
ġək. 3. Sürüşmə
1990-cı ildə hərbi dəniz donanması ərazisində, 1993-cü il-
də Dəvəçi və Qusar rayonlarında sürüşmə nəticəsində insan tə-
ləfatı olmuş, 2000-ci ilin mart ayında Bayıl yamacında, 2010-
cu ildə Göygöl rayonunda baş vermiş sürüşmə nəticəsində on-
larla evlər dağılmış və minlərlə manat maddi ziyan dəymişdir.
Sürüşmənin eni 150-350 metr, bəzən bundan da artıq məsafəni
də əhatə edə bilir.
Respublika ərazisində son dövrlər torpaq sürümələri həm
kəmiyyət, həm də verdiyi zərərlər baxımından artmışdır. Sta-
tistik məlumatlara əsasən 2010-cu ilin ilk 4 ayı ərzində 110 tor-
paq sürüşməsi qeydə alınmışdır. Bu isə ötən il ilə müqayisədə
torpaq sürüşmələrinin 4 dəfə artdığını göstərir, hansı ki, bu sü-
rüşmələrin əksəriyyət hissəsini bölgələrdə baş
verən sürüşmələr
təşkil edir.
28
Yağıntıların miqdarının artması dağlıq və dağətəyi zonalar-
da torpaq sürüşmələrinin başvermə ehtimalını daha da güclən-
dirir. Yağan yağışlar və yamacların kəskin meylliyə malik ol-
ması, həmin yamacda gil su qatlarının olmaması, yamac boyu
yerüstü və yeraltı sular sürüşməyə səbəb olan təbii amillərdir.
Mütəxəssislərin apardığı tədqiqatlar və təhlillər onu göstər-
mişdir ki, respublika ərazisində yağıntı, əsasən, çoxillik müşa-
hidələrə görə, daha çox yazın axırı və yayın əvvəllərində düşür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoro-
logiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu-
nun məlumatına görə, təkcə 2010-cu ilin may ayında son 50 il-
lə müqayisədə yağıntının aylıq normadan 1,5 dəfə artıq olması
meyllilik dərəcəsi yüksək olan ərazilərdə sürüşmə hallarının in-
tensivləşməsinə səbəb olub. Adətən torpaqlar su keçirməyən
gilli süxurlar üzərində formalaşdıqda düşən yağıntıların çox ol-
ması nəticəsində sürüşmə halları intensivləşir. Çünki yağış alt
qatlara keçə bilmir və nəticədə torpaq sürüşməsi baş verir.
Dostları ilə paylaş: