Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə29/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   132
 
ġək. 4. Torpaq sürüşməsinin başvermə ardıcıllığı 
 
Bundan  başqa,  hər  gün  ölkə  ərazisində  baş  verən  yüngül 
titrəyişlər  də  sürüşmənin  baş  verməsinə  səbəb  olan  təbii  amil-
lərdəndir. Son beş illə müqayisədə 2010-cu ilin yaz fəslinin ilk 


 
29 
aylarında  torpaq  sürüşmənin  daha  çox  artması  təkcə  təbii  sə-
bəblərlə bağlı deyil. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində ya-
ranan antropogen amillər də sürüşmə hallarının artmasında bö-
yük rol oynayır. Belə ki, meyillik dərəcəsi yüksək olan dağ ya-
maclarında  yolların çəkilməsi  nəticəsində  yamacların  dayanıq-
lıq  dərəcəsinin  aşağı  düşməsi,  meşələrin  kütləvi  şəkildə  qırıl-
ması  (meşə  döşənəyinin  düşən  yağıntının  torpağın  alt  qatına 
dərhal və tamamilə keçməsinə mane olması, eləcə də ağacların 
torpaqdakı  rütubəti  yarpaqları  vasitəsilə  transpirasiya  etməsi 
nəticəsində torpaq rütubətinin azalması), dağ yollarında ağır tu-
tumlu yük maşınlarının hərəkəti, çirkli məişət sularının axması  
sürüşməyə səbəb olan antropogen amillərdəndir. 
Bundan başqa, torpaq sürüşməsi kimi adlanan təbiət hadi-
səsinə səbəb olan texnogen amillər də var. Yamaclarda əkilmiş 
ağacların  kəsilməsi,  ərazinin  çılpaqlaşdırılması,  yolların  düz-
gün  çəkilməməsi,  yamaclarda  mövcud  olan  su  şəbəkələrində 
sızmaların  olması,  dayanıqsız  yamaclarda  binaların  tikilməsi, 
yolların  çəkilməsi,  ağır  tonnajlı  maşınların  hərəkət  istiqaməti-
nin  düzgün müəyyənləşdirilməməsi  kimi texnogen amillər sü-
rüşməni aktivləşdirir. 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin