65
maddələrin buxarlanma müddətində zədələnmə verir.
Bütün bunları kimyəvi şəraitin qiymətləndirilməsində nə-
zərə almaq lazımdır. Qiymətləndirmə qaydaları kimyəvi silahın
tətbiqi şəraitindən asılı olaraq müxtəlif ola bilər. Lakin bunu
çox vaxt aşağıdakı ardıcıllıqla aparırlar:
• maddənin növü, təxmini vasitələri, onun tətbiqi üsulları
və miqyası
təyin edilir;
• ərazi, külək əsən tərəfdən kimyəvi silahın tətbiq olunması
rayonundan proqnoz metodu ilə zəhərli hava buludunun təhlü-
kəli yayılma sahəsi və vaxtı, həmçinin onun qalma rayonu öy-
rənilir.
Bu proqnoz məlumatlarından hərbiləşməmiş
dəstələrin şəx-
si heyətini və əhalini xəbərdar etmək üçün istifadə edirlər.
Düşmən basqınından sonra kəşfiyyatçılar xüsusi cihazların
köməyi ilə zəhərləyici maddələrin növünü öyrənir və zəhərlən-
mə rayonunun sərhədlərini nişanlayırlar. Bundan sonra dəstələ-
ri hərbi hazır vəziyyətə gətirmək, onlara tibbi yardım göstər-
mək və xüsusi təmizlik aparmaq üçün bütün tədbirlər görülür.
1992-ci ildə BMT-nin 47-ci Baş Assambleyasında kimyəvi
silahların qadağan edilməsinə dair Konvensiyanın imzalanması
təklif edilmişdir. İmzalanma mərasimi Fransa Prezidentinin tə-
şəbbüsü ilə Parisdə 13 yanvar 1993-cü ildə həyata keçirilmiş-
dir. Ötən dövr ərzində, Azərbaycan (13 yanvar 1993-cü il) da
daxil olmaqla, 160 dövlət konvensiyanı imzalamışdır. 65-ci öl-
kə olan Macarıstan tərəfindən ratifikasiya olunduqdan sonra,
29 aprel 1997-ci ildə konvensiya qüvvəyə minmişdir. Konven-
siya müddətsizdir.
Bir çox Avropa dövlətləri, o cümlədən ABŞ, Rusiya, Er-
mənistan (27.01.1995) və Gürcüstan da (27.11.1995) daxil ol-
maqla bəzi MDB dövlətləri konvensiyanı ratifikasiya edən öl-
kələr arasındadırlar. Azərbaycan konvensiyaya 9 noyabr 1999-
cu ildə qoşulmuş və 30 mart 2000-ci ildə konvensiya Azərbay-
canda qüvvəyə minmişdir.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT)
66
Haaqada fəaliyyət göstərir. Haaqa yaxınlığında Reisvikdə
KSQT laboratoriyası açılmışdır. 1997-ci ilin aprel ayında İşti-
rakçı Dövlətlərin ilk Konfransı keçirildi.
Konvensiyaya üzv dövlətlərin hər
biri heç zaman və heç bir
şəraitdə kimyəvi silahları əldə etməmək və ehtiyatda saxlama-
maq, istehsal etməmək, artırmamaq barədə öhdəlik götürmüş-
lər. Konvensiyada həmçinin, 2-10 il dövr ərzində konvensiya
çərçivəsində qadağan olunmayan hallar – sülh məqsədləri üçün
vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər
vasitələr istisna olmaqla, hərbi sursatlar ilə birlikdə zəhərli
kimyəvi maddələrin və onların məhsullarının məhv edilməsi
nəzərdə tutulmuşdur. Konvensiyada qeyd edilmiş bütün kimyə-
vi maddələr mənşəyindən və ya istehsalından asılı olmayaraq,
(hansı ki, insanlara və ya heyvanlara zərər yetirə bilər) zəhərli
kimyəvi maddələrə aiddir. Buna görə də bu növ kimyəvi mad-
dələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nə-
zarəti altındadır.
Bu ləvazimatların fəallığının konvensiyanın öhdəliklərinə
uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər
bir dövlət öz ərazisində olan bu ləvazimatları, eləcə də ölkə
ərazisində saxlanılan və istehsal edilən kimyəvi maddələr və
onların məhsullarını yoxlama üçün təqdim edir. Bu məqsədlə,
nəzərdə tutulmuş yoxlamalar və “gözlənilməz” yoxlamalar hə-
yata keçirilir.
Dostları ilə paylaş: