30
sablanmış sürəti isə 110 m/san-dən artıqdır (400 km/s). Burul-
ğan zamanı isə küləyin ölçülmüş sürəti 115 m/san (420 km/s),
dağıntılarına görə hesablanmış sürəti isə 300 m/san-dən (1000
km/s-dan) artıqdır. Küləyin belə yüksək sürətə çatması üçün
xüsusi yerli şərait olmalıdır, məsələn, qasırğa düzənliklər üzə-
rində yaranır.
Qasırğanın dağıdıcı təsiri küləyin sürəti ilə, eləcə də tufan
və leysan yağışları sayəsində törəyən daşqınlarla müəyyən edi-
lir. Birdən-birə şiddətlənən qasırğa nəticəsində on minlərlə
hektar sahələrdə əkinlər məhv olar, onlarla ev və təsərrüfat tiki-
liləri dağılar, bir dəfəlik ziyan bir neçə yüz min manata çata bi-
lər.
Göy gurultusu. Qış aylarında qar yağarkən şimşək, ildırım
və göy gurultusu olur. İldırım və göy gurultusu ən çox yaz ay-
larında, hava ilıq və nəmli ikən yüksələn havanın təsiriylə olur.
Qış aylarında havanın alçaq və yüksək qismləri arasında istilik
fərqi az, alçaq səviyyələrdə isə nəm də çox olduğundan şimşək,
ildırım və nəticədə göy gurultusu hadisəsi daha az görülür.
Şimşək və ya ildırım ətrafdakı havanı saniyənin milyonda
biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər istilədir. İstilə-
nən bu hava birdən genişləyir. Normal atmosfer təzyiqinin 100
misli qədərində bir təzyiqlə, səs sürətindən çox sürətli səs dal-
ğaları yayır. Bu, eynilə səs sürətini keçən təyyarələrdə olduğu
kimi qulağımıza partlama səsi olaraq çatır. Buna göy gurulda-
ması deyirik. Şimşək də, ildırım da tək bir hadisə deyil, bir ar-
dıcıl hadisənin birləşməsidir. İldırımın ilk çaxmasından sonrakı
yuxarı doğru olan daiərvi çaxışında, elektrik cərəyanı daha
güclü olduğundan qulağımıza gələn ikinci səs birincisindən
güclüdür. İldırım və ya şimşəyin görülməsi ilə göy guruldama-
sının eşidilməsi arasında keçən müddət
saniyə olaraq ölçülür və
üçə bölünsə uzaqlıq kilometr olaraq tapıla bilər. Çünki göy
gurultusunun səsi bizə səs sürəti ilə çatarkən, şimşək və ildırı-
mın görünüşü gözümüzə işıq sürətiylə çatır. Göy guruldaması
normal şərtlərdə 24 kilometrdən daha çox məsafələrdən eşidilmir.