Kitabın adı: Aqrar sahədə mülki müdafiə


İldırım- buludla yer arasında və ya iki müxtəlif yüklü bu- lud arasındakı elektrik boşalmasıdır



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə31/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   132
İldırım- buludla yer arasında və ya iki müxtəlif yüklü bu-
lud arasındakı elektrik boşalmasıdır. İldırım- insanları, heyvan-
ları məhv edir, yanğınlar törədir, elektrik şəbəkələrini zədələyir 
və s. 
 
  
ġək. 5. Torpaq sürüşmələri (a; b; c) 
 
İldə orta hesabla 3 milyard şimşək ya da ildırım meydana 
gəlir, yəni, ilin hər hansı bir günündə səmada 2 minə yaxın ildı-


 
32 
rım  buludu  var  və  dünyada  hər  saniyədə  təqribən  100  ildırım 
düşür. Ümumiyyətlə, dünyada tufan və ildırımların nəticələrin-
dən ildə 10000-ə qədər  adam  məhv olur (və bu  göstərici  üzrə 
tufan və ildırım ilk beş təbii təhlükələr sırasına daxildir). Afri-
kanın bəzi ölkələrində (Zimbabve və Keniya), Fransada, ABŞ-
da  və  bir  sıra  digər  ölkələrdə  ildırım  qurbanlarının  sayı  digər 
təhlükəli  kortəbii  hadisələrinkinə  nisbətən  daha  çoxdur.  Hər 
10000 nəfər əhali üzrə ildə Zimbabvedə və ona qonşu ölkələrdə 
200  nəfərə  qədər,  Fransada  55  nəfər,  ABŞ-da  10  nəfər  məhv 
olur; 1888-ci ildə Nyu-Dehlidə (Hindistan) güclü tufan zamanı 
yağan doludan 250 nəfər məhv olmuşdur. Tufanlar nəticəsində 
(əsasən dolu vurmasından) dəyən iqtisadi ziyan hər il ABŞ-da 
təxminən 700 mln dollar (bütün təhlükəli təbii proseslər arasın-
da  beşinci  yer),  İsveçrə,  Fransa,  Kanada,  Cənubi  Afrika  Res-
publikası  və  bəzi  digər  ölkələrdə  -  yüz  milyonlarla  dollar,  bü-
tün dünyada isə ən azı 2 milyard dollar təşkil edir.  
İldırım hadisəsi insanlıq tarixinin ilk zamanlarında bir tari-
xi işarə olaraq qəbulu olunmaqda idi. İldırım düşməsi insanlar 
üçün təhlükəli olduğu qədər də  yaşamaqlarına da köməyi var-
dır.  İldırımlar  nitrat  və  oksigenin  yer  üzünə  enməsini  təmin 
edər.  
İldırım günəş işıqlarıyla birlikdə yer üzündəki isti havanın 
yüksəlməsiylə başlayır.  Bu şəkildə buxarlanan su  yuxarı daşı-
nır.  Yüksələn  hava  orta  hesabla  2-3  kilometr  olunca  havanın 
soyuq laylarına bərabər gəlir. Soyuq havalarda bulud meydana 
gəlir. Bu buludlar bundan sonra hava axınlarının köməyi ilə 20 
min metrə qədər çıxa bilir. Buludların bu çıxışlarında içərisində 
olan buz kristalları bir-birinə sürtərək statik enerji meydana gə-
lir. Bu enerji buludun üst laylarında + , alt laylarında – (mənfi) 
yüklü olaraq yığılır. Buludun içərisində iştirak edən yük havanı 
iyonize edir və şimşək meydana gəlir. 
Bu prosesi digər və buna oxşar variantla ifadə etsək, qeyd 
etmək  olar  ki,  havada  olan  su  buxarı  kondensasiya  etdikdə  və 
yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların 


 
33 
içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi 
ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıq-
da  qüvvətli  elektrik  sahələri  əmələ  gəlir.  Bir  buludun  müsbət 
(və  ya  mənfi)  qütbü  ilə  digər  buludun  mənfi  (və  ya  müsbət) 
qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda ha-
vada deşilmə baş verir. Bu zaman buludda olan müsbət yüklər 
yerə, yerdə olan mənfi yüklər isə buluda tərəf axmağa başlayır. 
Sürətli  axın  zamanı  güclü  parıltı  (şimşək)  görünür  və  gurultu 
səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı 
nəticəsində  baş  verir.  Boşalmada  cərəyanın  şiddəti  10-20  min 
amperə qədər, gərginlik isə 150 milyon voltdan artıq ola bilir. 
İldırım  çaxan  zaman  binaların  başına  çıxmaq,  tək  ağacın, 
elektrik  naqillərinin,  dirəklərinin  yanında  dayanmaq,  dənizdə 
çimmək, qayıqda oturmaq olmaz. 
 
 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin