29
aylarında torpaq sürüşmənin daha çox artması təkcə təbii sə-
bəblərlə bağlı deyil. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində ya-
ranan antropogen amillər də sürüşmə hallarının artmasında bö-
yük rol oynayır. Belə ki, meyillik dərəcəsi yüksək olan dağ ya-
maclarında yolların çəkilməsi nəticəsində yamacların dayanıq-
lıq dərəcəsinin aşağı düşməsi, meşələrin kütləvi şəkildə qırıl-
ması (meşə döşənəyinin düşən yağıntının torpağın alt qatına
dərhal və tamamilə keçməsinə mane olması, eləcə də ağacların
torpaqdakı rütubəti yarpaqları vasitəsilə transpirasiya etməsi
nəticəsində torpaq rütubətinin azalması), dağ yollarında ağır tu-
tumlu yük maşınlarının hərəkəti, çirkli məişət sularının axması
sürüşməyə səbəb olan antropogen amillərdəndir.
Bundan başqa, torpaq sürüşməsi kimi adlanan təbiət hadi-
səsinə səbəb olan texnogen amillər də var. Yamaclarda əkilmiş
ağacların kəsilməsi, ərazinin çılpaqlaşdırılması, yolların düz-
gün çəkilməməsi, yamaclarda mövcud olan su şəbəkələrində
sızmaların olması, dayanıqsız yamaclarda binaların tikilməsi,
yolların çəkilməsi, ağır tonnajlı maşınların hərəkət istiqaməti-
nin düzgün müəyyənləşdirilməməsi kimi texnogen amillər sü-
rüşməni aktivləşdirir.
Dostları ilə paylaş: