Klassik Alman felsefesi Plan: Georq Vilhelm Hegel L. Feyerbax Imanuel Kant


Şellinqin estetik düşüncələri və çağdaş sənət



Yüklə 69,18 Kb.
səhifə13/14
tarix02.01.2022
ölçüsü69,18 Kb.
#38813
1   ...   6   7   8   9   10   11   12   13   14
referat 5076 (1)

Şellinqin estetik düşüncələri və çağdaş sənət

Şellinq estetikasından sonra çətin deyil görmək ki, bir çox tənqidçilər, sənətşünaslar bədii əsər haqqında yazanda ona alleqoriya kimi yanaşırlar. Belə araşdırıcıların yozumu nə qədər fərqlənsə də «sənətkar bununla onu demək istəmişdir» prinsipinə söykənir. Belə çıxır ki, Hamletlər, Məcnunlar hansı bir ideyaya isə adamları çıxaran pilləkənlərdir, vəssalam! Halbuki Lev Tolstoydan soruşanda ki, «Anna Karenina» romanı ilə nə demək istəmisiniz, - bu isə romanı alleqoriya kimi yozmağı tələb edən sual idi, - yazıçı söyləmişdi, bunu anlatmaq üçün gərək romanı başdan-ayağa danışım.

Bel cavab verməklə Tolstoy öz romanını, Şellinqin dilində desək, simvol kimi gördüyünü göstərmişdi. Yəni romanın bildirmək istədiyi qıraqda durmuş ümumi-ideya deyil, romanın bildirdiyi - özündəki sözlər, cümlələr, intonasiyalar qədər çoxdur və bütün romanın forması ilə iç-içədir.
Şellinqin simvol haqqında söylədikləri bədii görklərin öz-özünə dəyərli olduğunu açır, yəni onların dəyəri əsərdən qıraqda duran nəyəsə gərəkli olmaqla ölçülmür. Belə görklərdə ayrıca ilə bütüncə bir-birinə o qədər qarışır ki, bir-birində o qədər əriyir ki, ayrıcanın özünü bütün dolğunluğu ilə düşünüb-duyanda ümumini, ideyanı düşünüb-duyursan. Uyğun olaraq bədii obrazı, görkü də belə bir vəhdətdə araşdırmaq gərəkdir.

Çağdaş incəsənətdə Şellinqin anlatdığı simvol prinsipi ilə yaradılmış bədii əsərlərə Q. Markesin «Tənhalığın yüz ili», «Patriarxın payızı» romanları, A. Tarkovskinin «Stalker», «Nostalji» filmləri örnəkdir. Markesin romanları elə qurulub ki, obrazlar bir çox hallarda sanki alleqoriya kimi açılmağa gedirlər və birdən elə dönürlər, elə nöqtələr peyda olur ki, ağlımıza gələn alleqoriyada yanıldığımız bəlli olur. Nəticədə romanların hər görkü bir məna deyil, min məna bildirir. Dolaşıq görünən dolğun olana çevrilir.

Aydın məsələdir ki, simvol dolğunluğunda olan bədii əsərdən maraqlı söhbət açmaq üçün mütəxəssisdən alleqorik açım yolu deyil, başqa düşüncə yöntəmi, tərzi tələb olunur, məsələn, araşdırıcı «filan mövzuda fantaziya» prinsipi ilə əsər haqqında düşüncələr səpələyə bilər.

Beləliklə, biz Şellinqin spekulyativ fəlsəfə dilində qoyduğu «mifologiya və incəsənət» problemini gözdən keçirdik və gördük ki, filosof üçün mifi də, sənət əsərini də yetkinlikdə bir-birinə yaxınlaşdıran odur ki, ikisi də alleqoriklikdən, sxematizmdən qurtulub simvola çevrilir.




Yüklə 69,18 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin