Klassik Alman felsefesi Plan: Georq Vilhelm Hegel L. Feyerbax Imanuel Kant


Fəlsəfədə həqiqət, sənətdə gözəllik və gerçəklikdə Absolyut



Yüklə 69,18 Kb.
səhifə8/14
tarix02.01.2022
ölçüsü69,18 Kb.
#38813
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
referat 5076 (1)

Fəlsəfədə həqiqət, sənətdə gözəllik və gerçəklikdə Absolyut

Şellinq yazır: bizim tarixdən, incəsənətdən, təbiətdən öyrəndiklərimiz öz kökündə eynidir. Çünki hər üçü ayrıca olsalar da Absolyutun (yəni bir özülün) dürlü, ayrı-ayrı açımıdır. Fəlsəfə Mütləq olanı axtarıb anlamaq üçün çalışır. Təbiətdə və incəsənətdə də Mütləq olanı axtarmaq mümkündür, ona görə də təbiətin, həm də incəsənətin fəlsəfəsi var.

Fəlsəfə özü gerçəklə məşğul olur. Absolyuta isə bu gerçəyin kökü kimi baxır. İncəsənət haqqında fəlsəfəyə gələndə, o gözəlliyi anlamaqla məşğul olur və Absolyuta bu gözəlliyin əsası kimi baxır.
Fəlsəfə bunu öyrənir: necə olur ki, Absolyut Tək və sadə olduğu halda (hissələri olan mürəkkəbdir, onun isə hissələri yoxdur), çoxluğa, mürəkkəbliyə (məsələn, təbiətə) keçir? Sənət haqqında fəlsəfə isə çalışır aydın etsin, Mütləq gözəllikdən ayrıca nəsnələrin gözəlliyi necə törəyir?

Həqiqət və gözəllik Absolyuta tamaşa etməyin iki yönümüdür. Həqiqət və gözəllik hərəsi Absolyuta bir pəncərədir. Fəlsəfə ayrıca olana (konkretə) baxıb, məsələn, çevrəvi bir nəsnəyə baxıb başlayır çevrəvilik ideyasına tamaşa etməyə. Bax, ayrıcanın içindən fəlsəfə Absolyutu görəndə bu ayrıca ideya verir. Şellinq örnək göstərir: çevrəvi nəsnədən çevrə ideyasını görürsən. Çevrəviliyə tamaşa edəndə isə əbədiliyi, həmişəliyi seyr edirsən. Bu yerdə Şellinq dairəvi nəsnə ilə dairə ideyasının bir fərqinə çıxır. Çevrəvilik dairəvi nəsnənin mahiyyətidir, həmin mahiyyəti dəyişdirmək, böyüdüb-kiçiltmək mümkün deyil, dairəvi nəsnəni isə ölçücə dəyişdirmək olar.

Fəlsəfə ayrıca nəsnələrə baxıb, onların əsasında duran mahiyyətə-ideyaya təmiz, təsadüfi görünüşlərə bulanmamış varlıq kimi tamaşa edir. İncəsənət isə ayrıca nəsnələrə baxıb, gözəllik ideyasını seyr etdirir, həm də bunu (gözəllik ideyasını) filan nəsnənin öz görünüşü ilə eyniləşmiş şəkildə göstərir.

Şellinqin başqa yozumlarına baxaq. Gözəllik yalnız ümumi (mahiyyət, ideya) deyil və yalnız ayrıca da, real olan da deyil. Gözəllik hər iki tərəfin bir-birinə keçməsi, bir-birində ayrılmaz dərəcədə əriməsidir. Yəni onda məzmunla forma, mahiyyətlə zahir, özlə üz bir-birindən fərqlənmir. Bax, bu, gözəllikdir.


Şellinqə görə, ayrıca öz anlayışına (məsələn, filan insan «insan» anlayışına) tam uyğun olanda həmin anlayışa ayrıcanın görünüşündə konkret donda tamaşa edilir və bu zaman ayrıca olur gözəl.
Başqa bir əlavə. Həqiqətə zərurət, yəni «olmalılıq» xasdır. Yəni «bəlkə» ilə həqiqət qurulmaz. Əxlaqda Yaxşılıq isə zərurət yox, azadlıq təməlində mümkündür. Yəni məcbur olub, zərurətə boyun əyib yaxşılıq etmək əxlaqilik deyil. İnsanda həm pis davranmaq, həm yaxşı davranmaq azadlığı olanda və o, şüurlu şəkildə yaxşılığı seçəndə əxlaqlı adam olur. Sonra Şellinq deyir: zərurətlə özgürlüyün bir-birinə qarışıb fərqlənməməsi yalnız gözəllikdə baş verir. Məsələn, o nəsnə gözəldir ki, törənişində elə bil təbiət böyük azadlıqla və eyni zamanda qayda-qanuna uyğun olaraq böyük usdufla, götür-qoyla iş görmüşdür. O şeir gözəldir ki, yaranışında ən yüksək azadlıq özünü zərurətin (qayda-qanunun, məsələn, qafiyə, vəzn qaydalarının) çərçivəsinə salmışdır. İncəsənətdə də Şellinq üçün azadlıqla zərurətin ilişgisi bilərəkdən, düşünərək etməklə, bilməzə, düşünməzə etməyin əlaqəsi kimidir. Əsl bədii əsərdə yaratma həm bilərəkdən, həm də bilmədən baş verir. «Bilərək» və «bilməzə» bir-birində əriyib eyniləşir. Əsərin yetkinliyi bu eyniliyi göstərmə dərəcəsinə uyğun olaraq artır. Örnək kimi rəqsi götürmək olar. Əsl rəqqas rəqs fiqurlarını yüz dəfə təkrar edə bilər. Ancaq oynayanda bədəni, qolları, artıq, düşüncə əsasında yox, öz-özünə fiqurları cızır. Doğrudan da, dəli bir templə oynayan ayaqları necə düşünə-düşünə sıralamaq olar?

Yadınızda qalıbsa, incəsənət haqqında Şellinqin söylədikləri Kantda da var idi. Bu estetik prinsipin oxşarına Çindəki Fen-lyu məktəbində də rast gəlmək olar. Şellinq üçünsə həmin prinsip romantizm cərəyanını əsaslandırmaqla bağlı önəmli idi.




Yüklə 69,18 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin