Klassik Alman felsefesi Plan: Georq Vilhelm Hegel L. Feyerbax Imanuel Kant


Absolyut və dünyadakı çoxluq, cürbəcürlük



Yüklə 69,18 Kb.
səhifə5/14
tarix02.01.2022
ölçüsü69,18 Kb.
#38813
1   2   3   4   5   6   7   8   9   ...   14
referat 5076 (1)

Absolyut və dünyadakı çoxluq, cürbəcürlük

Şellinqin Absolyut olan kateqoriyasında bütün yuxarıda söylənilən mənalar var. Ancaq bir də var başqa mənalar. Onlara baxaq.Gerçəklik ölçüsünə, çeşidinə görə, bir-birinə az oxşar şeylər, hadisələrlə doludur. Ancaq onlar tam başqa, tam ayrı olsaydılar, uçub yox olan ətir kimi səpələnib heçə çevrilərdilər, çünki dünyada biryerdəlik qalmazdı, onda dünya da qalmazdı. Dünya çoxlu şeylərin biryerdəliyidir, axı. Dünya bir bütöv kimi birləşib. Birləşmək nədir? Müxtəlifliklərin eynilik kökündə birləşməsi. Mənfi tərəflə müsbət tərəf biri-birinə tərsdirlər, ancaq bir-birini cəzb edirlər. Niyə? Çünki onların ikisi də üçüncü bir şeyin içində biri-birinə qarşı durduqlarından biri-birinin tərsi olurlar (yəni mənfi ya müsbət olurlar) və məhz bu üçüncü bir şeyin içində olmaqdan ötrü də bir-birinə can atırlar ki, toqquşsunlar. Bax, həmənki üçüncü şey onların eyniyyət köküdür. Onlar bu kökdən çıxmış haçalardır. Deməli, dünyadakı bütün nəsnələr hətta ən uzaq nəsnələr belə, eyniyyətdə birləşdikləri üçün bütöv olan aləmin (universuumun) içində birləşirlər.


Materialistlər deyir: bu eyniyyət odur ki, nəsnələrin hamısı maddidir, yəni dünyanın substansiyası (özülü) materiyadır. Ancaq idealist Şellinq üçün bütün nəsnələrin eyniliyi onların maddiliyində deyil, onların bir Absolyut başlanğıcdan törəmə olmalarındadır. Dini dünya açımına çox oxşayır, düzdürmü? Yəni Allah hər şeyi yaradıb.

Ancaq yox, yenə də fərqlər var. Həmin fərqlərə baxaq.


Absolyut düşünən olanla düşünməz olanının haçasından qıraqdır. Dinlərə görə, Allah ən yetkin düşünən varlıqdır. Şellinq isə söyləyir: Absolyut nə düşünəndir, nə də düşünməzdir. Görək, Şellinq dediyini necə doğruldur. O yazır: düşünmək o zaman olur ki, düşünüşlə düşünülən (obyekt, dünya) arasında nisbi, yarımçıq birgəlik var. Filosofun bu fikrini açaq.

Düşünüşlə düşünülənin, şüurla dünyanın birgəliyi, vəhdəti nədir? Odur ki, dünyada olanlar şüurda, bilincdə də öz görkünü, şəklini tapır. Məsələn, adam dağı düşünür, bu zaman dağın ora-burası onun şüurunda obrazlar, düşüncələr biçimində peyda olur. Deməli, dağın «ora-burası» dağın özündə də olur, şəkil şəklində düşünüşdə də olur. Bax, bu, düşünüşlə düşünülənin vəhdətidir, ancaq tam yox, yarımçıq vəhdətidir. Çünki dünyada olan hər şey şüurda görk donunda tam təkrarlansa, şüurla dünya arasında tam vəhdət yaranar. Onda şüur hər şeyi bilər, yəni dünyada nə varsa, məlumat şəklində onda da olar. Ancaq axı, bir şey də var. Düşünmək bilməməkdən bilməyə keçiddir. Şüur bilmədikləri olduğu üçün düşünməyə həvəs göstərir. Deməli, bizlərin şüuru ilə dünya arasında tam yox, nisbi, yarımçıq birgəlik var, ona görə də bilmədiklərimiz var, ona görə də düşünməyə gərəyimiz var.

Şellinqin nəticəsi: Absolyutda düşünüşlə düşünülənin tam vəhdəti (tam vəhdət isə tam eynilikdir) var, çünki nə varsa, ondan törəmədir, deməli, hər şey onunkudur, deməli, hər şeyi bilir, deməli, hər şeyi bildiyi üçün də düşünüb-bilməyə ehtiyacı qalmır.

Ancaq Absolyut düşüncəsiz, düşünməz də deyil. Axı, biləndirsə, bilməyə düşüncəsizlik də demək olmaz.


Beləliklə, bir də təkrar edək: Şellinqə görə, Absolyut nə düşünəndir, nə düşünməzdir. Yəni düşünən - düşünməz haçasından, dixatomiyasından o taydadır.


Yüklə 69,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin