Klassik Alman felsefesi Plan: Georq Vilhelm Hegel L. Feyerbax Imanuel Kant


Absolyut azadlıq və azadsızlıq haçasından da o taydadır



Yüklə 69,18 Kb.
səhifə6/14
tarix02.01.2022
ölçüsü69,18 Kb.
#38813
1   2   3   4   5   6   7   8   9   ...   14
referat 5076 (1)

Absolyut azadlıq və azadsızlıq haçasından da o taydadır

Sonra Şellinq Absolyut haqqında başqa bir düşüncə söyləyir: o nə özgürdür, nə özgürlüksüzdür. Bu fikrin də açımına baxaq: Şellinqə görə, azadlıq imkanla gerçəkliyin, yəni ola biləcəklə olanların nisbi ziddiyyətinə və nisbi vəhdətinə söykənir. Şellinqin söylədiklərini anlamaq üçün XVIII yüzildə yaşamış alman filosofu Leybnitsin bir fikrini yada salaq. O göstərirdi ki, bütün olasılar (imkanlar) hamısı birdən ellikcə olsaydı, onda dünya donub qalardı. Doğrudan da, hərəkət hələ olmayanın olmasıdır. Deməli, hərəkət, devikmək üçün olası ilə olanın nisbi, yarımçıq birgəliyi gərəkdir ki, bu da olasının pay-pay olana çevrilməsidir. İkinci yandan, onlar arasında ziddiyyət də var. Bu, hələ olmamışla, artıq, olmuşun bir-birinə tərs durmasıdır. Məhz belənçi ziddiyyətlər hərəkətə gətirir, hərəkət isə azadlığın şərtidir. Doğrudan da, hərəkətsizlik kölə kimi əl-qolu bağlanmağa bənzəyir.


Hərəkət üçün, azadlıq üçün gərəklilər. Nələrsə imkan donunda qalmalıdır ki, azadlığı olan sərbəstcə onu seçsin, gerçəkləşdirsin. Absolyut isə, Şellinqə görə, onun üçün azad deyil ki, onda imkan və gerçəklik tam şəkildə eyniləşir, yəni ola bilən nə varsa, hamısı olandır. Yada salaq, axı, Absolyut heç nədən asılı deyil. Deməli, əgər onda imkan gerçəklikdən, olası olmuşlardan fərqlənsəydi o, yarımıçıq olardı, yəni ola biləcək nələrsə onda olubdur, nələrsə hələ olmayıb. Bəs yarımçıqlıq bu deyil, nədir? Yarımçıq olan isə tam asılısız ola bilməz, çünki nöqsanlıdır, əskiyi var, deməli, Absolyut deyil.
Bundan sonra Şellinq tərs fikri deyir: Absolyut özgürsüz də deyil. Çünki onun qatında, onun mərtəbəsində ondan güclü, üstün ikinci bir güc yoxdur ki, onu nəyəsə məcbur etsin.


Yüklə 69,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin