Klassik Alman felsefesi Plan: Georq Vilhelm Hegel L. Feyerbax Imanuel Kant


Sənət növlərində simvol, alleqoriya, sxematizm



Yüklə 69,18 Kb.
səhifə12/14
tarix02.01.2022
ölçüsü69,18 Kb.
#38813
1   ...   6   7   8   9   10   11   12   13   14
referat 5076 (1)

Sənət növlərində simvol, alleqoriya, sxematizm

Şellinqin bitkilərin alleqorikliyi haqqında söylədiklərindən incəsənət üçün çıxardığı nəticə: varlıq planında alleqoriya olan bitkilər mifoloji planda alleqorikliyə can atan Şərqə daha sevimli olur və sonra da Şərq sənətinin alleqorikliyində iştirak edir. Şellinq yazır ki, bitkisayaqlıq bütün hind sənətini xarakterizə edir. Hind memarlığının kökündə bitki quruluşu (strukturu) durur. Sonra filosof artırır: adam az qalır bitki quruluşu və görünüşlərindən istifadə edən qotik memarlığın özünü də hind arxitekturasının təsirində görsün. Başqa yerlərdə isə filosof sənət növü kimi memarlığı xarakterizə edəndə söyləyir: memarlıqda gözəl formalar qeyri-üzvi olanlarla (daş, taxta və s.) üzvü olanın (bitkilər və s.) alleqoriyasını yaradır.

Qotik binaların bitki quruluşuna əsaslanması. Onların gövdəsi nisbətən nazikdir, yuxarıları isə budaq-budaq açılmağa bənzəyir. Bu, özünü həmin binaların yan qüllələrinin sayının artması sayəsində binanın genişlənməsində göstərir.
Şellinqə görə, sənətin əsas növlərində alleqoriyadan, simvolizmdən geniş istifadə olunur. Məsələn, o, Rubensi alleqorik obrazlar yaradan rəssam sayır. Simvola isə rəssamlıqda Maqdalina obrazını örnək göstərir. Dirçəliş rəssamlığında tez-tez çəkilən Maqdalina, Şellinqin fikrincə, bu qadından qıraqda olan «peşmançılıq» ideyasını bildirmək üçün verilmir. Əsl əsərdə Maqdalina özü başdan-ayağa peşmanlıqdır.

Şellinqin «sənətdə simvolizm» haqqında öyrətisinin bizim üçün bir önəmli sonucu var. Görmək çətin deyil ki, o, sənətdə olan simvollarda ayrıca ilə bütüncə, ideya arasındakı hər hansı fərqi ortadan götürür. Alleqorik obraz nərdivana bənzəyir, qalxıb ikinci mərtəbəyə keçəndən sonra lazım olmur. Simvol isə elə zəngindir ki, özündən qırağa heç bir baxışı, hərəkəti yayındırmır, hamısını «udur». Simvolda ayrıca görünüş məna zənginliyi ilə sonsuzluq kimi, hər şey kimi görünür. Hərçənd Şellinq bir şeyi də əlavə edir: simvol, məsələn, simvolik mif elə zəngindir ki, onu alleqoriya prinsipi ilə də yozmaq olar. Ancaq mifin özü simvol olduğu üçün belə yozum şərti olacaq.




Yüklə 69,18 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin