Klinik protokol Az ərbaycan Respublikas


II TİP ŞƏKƏRLİ DİABET ZAMANI



Yüklə 0,77 Mb.
səhifə47/65
tarix28.12.2021
ölçüsü0,77 Mb.
#10383
1   ...   43   44   45   46   47   48   49   50   ...   65
II TİP ŞƏKƏRLİ DİABET ZAMANI                                                  

ÜDX-NİN MÜALİCƏSİNİN XÜSUSİYYƏTLƏRİ

ÜDX  şəkərli  diabeti  olan  insanların  xəstələnməsi  və ölümünün 



aparıcı  səbəbidir.  ŞD  zamanı  hiperqlikemiyaya  intensiv  nəzarət 

mikrodamar 

fəsadları 

(retinopatiyalar, 

nefropatiyalar 

nevropatiyalar) və daha az dərəcədə ÜDX riskini azaltmış olur.



Şəkərin  səviyyəsinə nəzarət  istisna  olmaqla,  diabet  xəstələrində

ÜDX-yə nəzarət ŞD olmayan insanlarda olan profilaktika ilə eynidir. 

Müalicəyə çoxfaktorlu  yanaşma  və AT-nin,  XS-ASLP  və ümumi   

XS-nin aşağı səviyyəyə salınması olduqca əhəmiyyətlidir, müalicənin 

bir  çox  məqsədləri  isə şəkərli  diabet  xəstələri  üçün  daha  sərt  olur. 

Adətən, II tip ŞD xəstəsinin bir neçə ürək-damar risk faktoru olur və

onların  hər  birisi  mövcud  prinsiplərə uyğun  olaraq  korreksiya 

edilməlidir.  Statinlər  və fibratlar  vasitəsilə lipid  spektrin  (ÜXS, 

ASLP, YSLP, TQ) səviyyəsinə ciddi nəzarət belə xəstələrdə ÜDX-nin 

əmələ gəlməsi  riskini  azaltmış  olur.  ŞD  olan  hallarda  AT-nin  fəal 

müalicəsi makro və mikrodamar  fəsadlarının riskini azaldır. Adətən, 

məqsədə nail olmaq üçün bir neçə antihipertenziv dərman vasitəsinin 

istifadəsi tələb olunur.

II  tip  ŞD  xəstələrində lipidlərin  səviyyəsini  azaldan  dərman 

vasitələri  ilə ürək-damar  fəsadlaşmalarının  erkən  və aktiv 

profilaktikası  ilkin  XS-ASLP  səviyyəsindən  asılı  deyil  və lipidlərin 

hədəf  səviyyəsinə qədər  aşağı  salınmasına  istiqamətləndirilməlidir. 

Təsdiqlənmiş ÜİX və ya XBX və bir və ya daha çox ürək-damar riski 

olan  II  tip  ŞD  xəstələr  üçün  XS-ASLP-nin  optimal  səviyyəsi  <1,8 

mmol/l (~70 mq/dl) olmalıdır. 

ŞD və təsdiqlənmiş ÜİX, beyin-damar xəstəliyi və ya aterotrombozun 

digər  formaları  olan  xəstələr  üçün  antitrombotik  terapiyanın 

üstünlükləri sübut olunmuşdur. Antitrombositar preparatlarla (əsasən 

aspirinlə) müalicə belə xəstələrdə ürək-damar risklərinin əhəmiyyətli 

dərəcədə azalmasına  gətirir  (25%).  Eyni  zamanda  ŞD  xəstələrində

                                                

bax: “Şəkərli  diabet  (tip  2)  xəstəliyinin  diaqnostika  və müalicəsi  üzrə klinik  protokol”. Azərbaycan



Respublikasının Səhiyyə Nazirliyi, Bakı, 2009. - 36 səh.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




50

ÜDX-nin profilaktikası üçün aspirinin rolu sübut edilməmişdir.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin