Xolesterin - aşağı sıxlıqlı lipoproteinlər
Qan plazmasında xolesterinin çox hissəsi, adətən, ASLP-nin tərki-
bində mövcuddur. Ümumi xolesterinin, eləcə də XS-ASLP səviyyələri
və ÜDX-nin yaranması riski arasında güclü müsbət əlaqə var
109
.
Qanın plazmasında XS-ASLP səviyyəsinin aşağı salınması ÜDX
riskini azaldır və bu da artıq sübut olunmuş faktdır. Tədqiqatların
nəticələri təsdiq edir ki, XS-ASLP səviyyəsinin azaldılması ÜDX-nin
profilaktikasında başlıca vəzifə olmalıdır.
Çoxsaylı tədqiqatların meta-analizləri XS-ASLP səviyyəsi aşağı
salındıqda ÜDX riskinin dozadan asılı azalmasını təsdiq etdi. Çox
yüksək ÜDX riski olan pasiyentlərdə XS-ASLP-nin hədəf səviyyəsi
<1,8 mmol/l (~70 mq/dl) hesab edilməli və ya XS-ASLP-nin əvvəlki
səviyyəsindən ≥ 50%-dək azaldılmalıdır.
Triqliseridlər
Hipertriqliseridemiya ÜDX-nin inkişafı üçün əsaslı müstəqil
amildir, lakin bu əlaqə hiperxolesterinemiyadakı kimi elə də güclü
deyil
143
. ÜDX riski ağır hipertriqliseridemiyadan (> 10 mmol/l və ya
~900 mq/dl) daha çox orta hipertriqliseridemiya ilə bağlıdır.
Triqliseridlərin hədəf səviyyəsinə çatmağın əsaslandırılmasını sübut
edən heç bir randomizə edilmiş araşdırma yoxdur.
Hazırda acqarına triqliseridlərin səviyyəsinin >1,7 mmol/l (~150
mq/dl) olması yüksək risk markeri kimi hələ də qəbul edilir, lakin
triqliseridlərin konsentrasiyasının ≤1,7 mmol/l olması terapiya üçün
hədəf səviyyəsi kimi sübuta yetirilməmişdir.
Dostları ilə paylaş: |