Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
kollegiyasının 3 fevral 2009-cu il tarixli
3 saylı qərarı ilə təsdiq edilmişdir
AĞ CİYƏRLƏRİN
XRONİK OBSTRUKTİV XƏSTƏLİYİ
ÜZRƏ KLİNİK PROTOKOL
1
Bakı - 2009
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
54.1
D 83
D 83 Ağ ciyərlərin xronik obstruktiv xəstəliyi üzrə klinik
protokol – 40 səh.
2
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin səhiyyə islahatları çərçivəsində ictimai
səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı
əsasında tərtib edilmişdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
3
Klinik protokolun redaktoru:
C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin direktoru
Klinik protokolun tərtibçilər heyəti:
İ.Mustafayev – ET Ağ Ciyər Xəstəlikləri İnstitutu,
pulmonologiya elmi bölməsinin rəhbəri, t.e.n.
Ə.Sadıqov – ATU-nun Ağ ciyər xəstəlikləri kafedrası, t.e.d.
A.Hüseynova – ET Ağ Ciyər Xəstəlikləri İnstitutu,
I pulmonologiya şöbəsi, həkim-pulmonoloq
G.Əliyeva – ET Ağ Ciyər Xəstəlikləri İnstitutu, allerqoloq-
pulmonoloq
A.Əhmədov – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb
işçilərinin peşəkar hazırlığı şöbəsinin müdiri
G.Hüseynova – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb
işçilərinin peşəkar hazırlığı şöbəsinin həkimi
Ə.Abdullayev – “Antibiotiklərin səmərəli istifadəsi” İctimai
Birliyi, t.e.n.
K.Süleymanova – Abt Associates, İlkin Səhiyyənin
Gücləndirilməsi Layihəsi, həkim
Rəyçilər:
F.Ağayev – ET Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru,
t.e.d., professor
C.Məmmədov – ATU-nun II Daxili xəstəliklər propedevtikası
kafedrasının müdiri, t.e.d., professor
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
4
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri
(elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya randomizasiya
olunmuş klinik tədqiqatlardan (RKT) alınmışdır
Ib
Sübutlar ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən,
randomizasiya olunmamış tədqiqatdan alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-eksperimental
tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, korrelyasion
tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyənin
etibarlılıq
səviyyəsi
Tövsiyənin əsaslandığı sübutların
etibarlılıq dərəcəsi
A
•
RKT-lərin yüksək keyfiyyətli meta-analizi,
sistematik icmalı və ya nəticələri uyğun
populyasiyaya şamil edilə bilən, sistematik səhv
ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT.
•
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
•
Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
•
Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli
tədqiqat, yaxud
•
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
•
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
•
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və
ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
•
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil
edilə bilməyən, sistematik səhv riski çox aşağı olan
və ya yüksək olmayan (++ və ya +) RKT.
•
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
•
Klinik hallar seriyasının təsviri, yaxud
•
Nəzarət edilməyən tədqiqat, yaxud
•
Ekspertlərin rəyi.
•
Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
•
Sübutların etibarlılıq dərəcəsi III və IV.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
6
İxtisarların siyahısı:
AB
– antibakterial preparatlar
ACXOX – ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi
AÇF
– angiotenzin çevirən ferment
BA
– bronxial astma
DÜÇ
– durğunluq ürək çatışmazlığı
FEV1
– sürətləndirilmiş nəfəsvermənin birinci saniyədə həcmi
FVC
– ağ ciyərlərin sürətləndirilmiş həyat tutumu
XBT-10 – Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış)
İQKS
– inhalyasion qlükokortikosteroidlər
KT
– kompüter tomoqrafiyası
NVZS
– nəfəs vermənin zirvə sürəti
QKS
– qlükokortikosteroidlər
TÇ
– tənəffüs çatışmazlığı
TS
– tənəffüsün sayı
SQKS
– sistem qlükokortikosteroidləri
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan terapevtlər,
pulmonoloqlar, ailə həkimləri üçün nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi olan
böyük yaşlı şəxslər.
Protokolun məqsədləri:
►
Müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə
ACXOX-un diaqnostika və müalicəsinin təkmilləşdirilməsi
►
ACXOX-la xəstələnmə və ölüm hallarının azaldılması
►
ACXOX-lu xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması
ÜMUMİ MÜDDƏALAR
Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX):
►
qarşısı alınan və müalicə olunan xroniki iltihabi xəstəlikdir;
►
35 yaşdan yuxarı şəxslərdə yaranır;
►
müxtəlif risk faktorlarının, xüsusilə siqaret çəkmənin, təsiri
nəticəsində əmələ gəlir;
►
əsasən tənəffüs yollarının distal hissələri və ağ ciyər
parenximasının zədələnməsi, emfizemanın yaranması ilə
müşayiət olunur;
►
ağ ciyərdən kənar orqanların zədələnməsi ilə səciyyələnir;
►
hava axını sürətinin tam bərpa edilməyən məhdudlaşması
xarakterikdir;
►
obstruksiyanı törədən iltihabi reaksiya bronxial astmanı törədən
iltihabi reaksiyadan fərqlənir və ağırlıq dərəcəsindən asılı olmur.
Xəstəlik, meylliyi olan şəxslərdə inkişaf edir və öskürək,
bəlğəmin ifrazı və təngnəfəsliyin artması ilə müşayiət olunur,
proqressivləşən xarakter daşıyır, xroniki tənəffüs çatışmazlığı və
xroniki ağ ciyərin formalaşması ilə nəticələnir.
Epidemiologiya:
►
ACXOX simptomlarının yayılması siqaret çəkmə, yaş, peşə, ölkə
və ya regionun ətraf mühitinin vəziyyətindən əhəmiyyətli
dərəcədə, cins və irqdən isə daha az dərəcədə asılıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
►
ACXOX ölüm hallarının aparıcı səbəbləri arasında dünya üzrə 6-
cı, inkişaf etmiş Avropa ölkələri üzrə – 5-ci, ABŞ-da 4-cü yer
tutur. Son 20 il ərzində ölüm halları kişilər arasında hər 100 000
əhaliyə 73-dən 82,6-ya, qadınlar arasında hər 100 000 əhaliyə
20,1-dən 56,7-yə qədər artmışdır. Ehtimal olunur ki, dünya üzrə
siqaret çəkmə hallarının artması davam edəcək və nəticədə 2030-
cu ilə ACXOX-dan ölüm hallarının sayı iki dəfə artacaqdır.
Risk faktorları
►
İnhalyasion təsirlər
Tütün tüstüsü
Peşə tozları (üzvi və qeyri-üzvi)
Pis ventilyasiya olunan yerlərdə isitmə və yemək bişirilməsi
məqsədilə bioorqanik yanacağın istifadəsi nəticəsində
havanın çirklənməsi
Atmosfer havasının çirklənməsi
►
Genetik meyllik
►
Ağ ciyərlərin böyüməsi və inkişaf etməsi ilə bağlı amillər
►
Oksidləşdirici stress (oksidantların təsiri)
►
Cins (kişi)
►
Yaş (35 yaşdan yuxarı)
►
Respirator infeksiyalar
►
Sosial-iqtisadi status
►
Qidalanma
►
Yanaşı gedən xəstəliklər
XBT-10 ÜZRƏ TƏSNİFAT
J 44.0 Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs
yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə
olunması
J 44.1 Ağciyərin xroniki obstruktiv xəstəliyinə dəqiqləşdirilməmiş
kəskinləşmə ilə rast gəlinmə
J 44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv
xəstəliyi
J 44.9 Ağciyərin dəqiqləşdirilməmiş xroniki obstruktiv xəstəliyi
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
9
AĞIRLIQ DƏRƏCƏSİNƏ GÖRƏ ACXOX-un TƏSNİFATI
ACXOX-un təklif olunan təsnifatında xəstəlik ağırlığına görə 4
mərhələyə bölünür. Mərhələlər spirometriya nəticəsində əldə olunan
FEV1 göstəriciləri ilə müəyyən olunurlar.
Xarici tənəffüs funksiyasının yoxlanması mümkün olmadığı
halda xəstəliyin mərhələsi klinik simptomların təhlili vasitəsilə
müəyyən oluna bilər.
Ağırlıq dərəcəsi Xüsusiyyətləri
I (yüngül)
FEV1\FVC
< 70%
FEV1
≥ 80% (normal göstəricidən)
Bu mərhələdə pasiyent ağ ciyərlərinin funksiyasının
pozulmasını hiss etməyə bilər.
Adətən xroniki öskürək və bəlğəm olur, lakin bu şərt
mütləq deyil.
II (orta ağır)
FEV1\FVC
< 70%
50%
≤ FEV1< 80% (normal göstəricidən)
Bu mərhələdə pasiyentlər onları narahat edən
təngnəfəslik və xəstəliyin kəskinləşməsi səbəbindən
tibbi yardım üçün müraciət edirlər.
Fiziki aktivlik zamanı əmələ gələn təngnəfəsliklə
müşayiət olunan simptomlar güclənir.
III (ağır)
FEV1\FVC
< 70%
30%
≤ FEV1< 50% (normal göstəricidən)
Təngnəfəslik ağırlaşır və kəskinləşmələr tezləşir.
IV (çox ağır)
FEV1\FVC
< 70%
FEV1
< 30% (normal göstəricidən) və ya FEV1
< 50% (normal göstəricidən) xroniki tənəffüs
çatışmazlığı ilə
Bu mərhələdə həyatın keyfiyyəti əhəmiyyətli
dərəcədə pisləşir, kəskinləşmələr isə həyat üçün
təhlükə daşıyır. Xəstəlik əlilliyə gətirib çıxarır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
10
Xəstəliyin gedişində iki dövr ayırd edilir: stabil və kəskinləşmə.
Stabil dövr zamanı xəstəliyin inkişaf etməsi yalnız xəstənin
uzunmüddətli dinamik müşahidəsindən sonra aşkar olunur,
simptomların intensivliyi isə bir neçə həftə və hətta bir neçə ay
ərzində dəyişilmir.
Kəskinləşmə dövrü 24 saatdan az davam etməyən, simptomların
və funksional pozulmaların güclənməsi ilə müşayiət olunan
vəziyyətin pisləşməsi ilə səciyyələnir. Kəskinləşmələr tədricən
inkişaf edə bilər və ya xəstənin vəziyyəti sürətlə dəyişib, tənəffüs və
sağ mədəcik çatışmazlığı ilə nəticələnə bilər.
DİAQNOZUN FORMALAŞDIRILMASI
Nozologiya: ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi
Ağırlıq dərəcəsi (xəstəliyin mərhələsi):
Yüngül dərəcəli (I mərhələ)
Orta ağır dərəcəli (II mərhələ)
Ağır dərəcəli
(III mərhələ)
Çox ağır dərəcəli (IV mərhələ)
Klinik forma (xəstəliyin ağır dərəcəli formasında): bronxitik,
emfizematoz
Faza: kəskinləşmə, stabil
İki tip gedişi qeyd etmək lazımdır: tez-tez baş verən
kəskinləşmələrlə (ildə 3 və daha çox) və az baş verən
kəskinləşmələrlə
Fəsadlar: xroniki tənəffüs çatışmazlığı, xroniki tənəffüs
çatışmazlığı fonunda kəskin tənəffüs çatışmazlığı, pnevmotoraks,
pnevmoniya, tromboemboliya, bronxoektazların mövcudluğu zamanı
onların lokalizasiyasını göstərmək, ağ ciyər arteriyasının
hipertenziyası, ağ ciyər ürəyi, qan-damar çatışmazlığının dərəcəsi.
Bronxial astma ilə birgə gedişi zamanı onun diaqnozunu
açıqlamaq.
Siqaret çəkən pasiyentin siqaret çəkmə indeksini göstərmək
(siqaret/il).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
Diaqnoz nümunələri:
ACXOX, orta ağır gedişli, remissiya fazası, TÇ ΙΙ, xroniki ağ
ciyər ürəyi, qan-damar çatışmazlığının dərəcəsi
ACXOX, orta ağır gedişli, kəskinləşmə fazası, TÇ ΙΙ, ağ ciyərin
aşağı payının ocaqlı pnevmosklerozu.
ACXOX, orta ağır gedişli, kəskinləşmə fazası. Bronxial astma,
orta ağır dərəcə, ağır dərəcəli kəskinləşmə (BA protokolu ilə
uyğunluq), TÇ ΙΙ, diffuz pnevmoskleroz, xroniki ağ ciyər ürəyi.
DİAQNOSTİKA
Əlamətlər
Anamnezində risk faktorlarının və/və ya aşağıda göstərilən
əlamətlərdən hər hansı birinin olmasından şikayətlənən 40 yaşından
yuxarı şəxslərdə ACXOX diaqnozu nəzərdən keçirilməli və
spirometriya aparılmalıdır. Bu əlamətlər diaqnostik əhəmiyyət
daşımır, lakin onlardan bir neçəsinin olması ACXOX diaqnozunun
ehtimalını artırır.
►
Təngnəfəslik
►
Xroniki öskürək
►
Bəlğəmin xroniki ifraz olunması
►
Anamnezdə risk faktorlarının olması
Təngnəfəslik – ACXOX-un ən əsas əlaməti olub, əksər
pasiyentlərin yardım almaq məqsədilə tibb müəssisinə müraciət
etmələrinin və əlilliyin əsas səbəbidir.
►
Təngnəfəslik proqressivləşən xarakter daşıyır
►
Adətən fiziki gərginlik zamanı artır
►
Persistəedici xarakter daşıyır (hər gün müşahidə olunur)
►
Pasiyent tərəfindən “hava çatışmazlığı”, “boğulma”, “tənəffüs
hərəkətlərinin çətinləşməsi” kimi təsvir olunur
Təngnəfəsliyin xəstəliyin vəziyyətinə təsirini Britaniyanın Tibbi
Tədqiqatlar
Şurasının (MRC) sorğu vəsaiti vasitəsilə
qiymətləndirmək olar (Əlavə 1).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
12
Xroniki öskürək – əksər hallarda ACXOX-un ilk simptomu
olub, siqaret çəkmə və ətraf mühit faktorlarının nəticəsi kimi
qiymətləndirildiyindən, pasiyentlər tərəfindən kifayət qədər ciddi
qəbul olunmur.
►
Epizodik yarana bilər və produktiv olmaya bilər
►
Əvvəllər növbələşən xarakter daşıyır, sonralar hər gün müşahidə
olunur
►
Bəzi hallarda hava axınının əhəmiyyətli dərəcədə məhdudlaşması
öskürək müşahidə olunmadan baş verir
Bəlğəm ifrazı
►
ACXOX-lu xəstələr adətən az miqdarda qatı bəlğəm ifraz edirlər
►
İki ardıcıl il ərzində 3 ay müddətində bəlğəmin müntəzəm ifraz
olunması (digər səbəblər yoxdursa) xroniki bronxitin
epidemioloji təyini hesab olunur.
►
Çox miqdarda bəlğəmin ifrazı bronxoektazların olmasından
xəbər verir. Bəlğəmin irinli olması iltihab mediatorlarının əmələ
gəlməsini əks etdirir və xəstəliyin kəskinləşməsinin əlaməti ola
bilər.
Nəfəsin fışıltılı olması və sinədə sıxılma hissinin olması –
ACXOX üçün simptomatik deyil, gündən-günə və gün ərzində
dəyişilə bilər.
Bu əlamətlər BA və ACXOX-un 3-cü (ağır) və 4-cü (çox ağır )
mərhələsi üçün səciyyəvidir.
►
Sinədə sıxılma hissi əksər hallarda fiziki gərginlik zamanı baş
verir, onun lokalizasiyasını müəyyən etmək çətin olur, daha çox
əzələ hissinə oxşayır.
►
Xırıltıların və sinədə sıxılma hissinin olmaması ACXOX
diaqnozunu istisna etmir, eyni zamanda onların mövcudluğu BA
diaqnozunu təsdiqləmir.
Ağır gedişli ACXOX zamanı rast gələn simptomlar:
►
Çəkinin azalması və anoreksiya proqnostik xarakter daşıyır və
həmçinin digər xəstəliyin əlaməti ola bilər (vərəm, ağ ciyərlərin
şişləri)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
13
►
Öskürək bayılmaları (sinkope) öskürək tutmaları zamanı döş
qəfəsində təzyiqin sürətlə artması nəticəsində əmələ gələ bilər
►
Öskürək o qədər şiddətli olur ki, qabırğaların sınığı ilə nəticələnə
bilər. Sınıqlar bəzən asimptomatik olur.
►
Aşıq-baldır oynağının ödemi ağ ciyər ürəyinin inkişaf etməsinin
yeganə əlaməti ola bilər.
FİZİKAL MÜAYİNƏ
Xəstələrin müayinəsinin vacib hissəsi olmasına baxmayaraq,
onun nəticələri nadir hallarda diaqnostik əhəmiyyət daşıyır.
Baxış
►
Bəzən xəstələrdə mərkəzi sianoz və selikli qişaların sianotik rəng
alması müşahidə olunur
►
Ağ ciyərlərin hiperinflyasiyası (ağ ciyərlərin havalılığının
artması) əlamətləri: qabırğaların nisbətən üfüqi istiqamət alması,
çəlləkvarı döş qəfəsi, qarnın irəli yönəlməsi
►
TS sakit vəziyyətdə dəqiqədə 20-dən artıq olur, tənəffüs isə
nisbətən səthi olur
►
Xəstə nəfəsini dodaqlarını bir qədər sıxaraq verir, bu zaman
verilən nəfəs axınının sürətinin azalmasına və ağ ciyərlərin daha
effektiv boşalmasına şərait yaranır
►
Uzanmış vəziyyətdə tənəffüs əzələlərinin hərəkətləri müşahidə
olunur
►
Aşıq-baldır oynağının və baldırların aşağı hissəsinin ödemi sağ
mədəcik çatışmazlığının yeganə əlaməti ola bilər
Palpasiya və perkussiya
ACXOX zamanı palpasiya və perkussiya informativ
olmadığından çox vaxt faydasız olur
►
Ürəyin zirvə vurğusunun təyin edilməsi ağ ciyərlərin
hiperinflyasiyası ilə əlaqədar çətinləşə bilər.
►
Hiperinflyasiya qaraciyərin aşağı enməsinə səbəb olur və
qaraciyər ölçülərinin böyüməməsinə baxmayaraq, onun
palpasiyasını asanlaşdırır
►
Qutuvari perkutor səs və ağ ciyər sərhədlərinin aşağıya doğru
enməsi (emfizema əlamətləri)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |