Kommersiya fəaliyyətinin idarə edilməsi



Yüklə 20,53 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü20,53 Kb.
#41516
  1   2
ASEU TEACHERFILE MATERIALS 2021 04 25 1032290886480371467.docx 1620053704


Kommersiya fəaliyyətinin idarə edilməsi
Kommersiya fəaliyyətinin təşkilati strukturunun iqtisadi ədəbiyyatlarda mütəxəsislərin fərqli fikirləri yer alır. Nəzərə alınmalıdır ki, müxtəlif ölkələrdə hər bir müəssisə özünəməxsus şəratidə fəaliyyət göstərir ki, buda qeyri-mərkəzləşdirmənin dərəcəsini müəyyən edir. Aparılmış araşdırmalar belə bir nəticəni ortaya çıxarır ki, Bazar İqtisadi Şəratində kommersiya xidmətinin təşkilati strukturu formalaşmasında müəssisədə istehsal olunan məhsulun növündən, çeıidindən, həcmindən habelə qarşıya qoyulan strateji məqsədlərdən asılı olaraq əsasən 2 yanaşmaya üstünlük verir:

  1. Funksional prinsip üzrə ixtisaslaşma: bu zaman bölmələrin qruplaşdırılması onlar tərəfindən yerinə yetirilən funksiyalara əsasən yerinə yetirilir. Bu prinsip üzrə ixtisaslaşmanın üstünlüyü ondan ibarətdir ki, burada rəhbərlik bir sıra xüsusi məsələlərin həllindən azad edir, geniş profilli mütəxəsislərə tələbin azalmasından ibarətdirsə çatışmayan cəhdi əməkdaşların konkret olaraq yalnız öz funksiyalarının yerinə yetirilməsinə diqqətin artırılmasıdır.

Bu müəssisənin prespektiv fəaliyyət istiqamətlərinin əhatə dairəsinin kiçilməsinə gətirib çıxarır. Bu halda ayrı-ayrı bölmələrin fəaliyyətin əlaqələndirilməsi daha çox tələb olunur.

  1. Məhsul, yəni əmtəə üzrə ixtisaslaşma: bu zaman bölmənin məsullara və əmtəələrə görə qruplaşdırılması həyata keçirilir. Məsul üzrə qruplaşdırmanın üstünlüyü ondan ibarətdir ki, bölmə daxilində razılaşdırılmış fəaliyyət və işin qiymətləndirilməsinin əhəmiyyətli dərəcədə asanlaşdırmağa imkan verir. Çatışmamazlıqlar isə müəssisə üçün böyük miqdarda maliyyə və əmək ehtiyyatlarının olmasıdır.

Istehsal müəssisəsində kommersiya xidmətinin hansı prinsip üzrə təşkil edilməsi onun fəaliyyətinin gələcək prespektivlərinin və müvəffəqiyət əldə edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Araşdırmalar göstərir ki, xüsusilə MDB ölkələrində istehal müəssisələrinin kommersiya xidmətinin yeni təşkil edilmiş strukturlarının BİŞ tələblərə uyğun gəlməyəntəşkilati sxemlərinə daha çox rast gəlinir. Məsələn: kiçik müəssisələrdə tez-tez həm maliyyə həmdə satış funksiyalarının yerinə yetirilən maliyyə - satış şöbələrinə rast gəlinir. Bundan əlavə tədarük və satış fəaliyyəti daha yaxşı nəzarət etmək üçün bəzi müəssisələrdə kommersiya fəaliyyəti, kommersiya əməliyyatlarına baş mühasib tərəfindən idarə olunması hallarda mövcutdur.

Bir çox hallarda kommersiya fəaliyyəti göstərən xidmət ayrıca bir təşkilati struktur kimi göstərilsədə bu xidmətin tərkibinə daxil olan bölmələrin sayı və funksiyaları müxtəliflikəl yer alır. Məsələn: bəzi kommersiya struktur tərkibinə nəqliyyat bölməsi daxil olmur, bir çox hallarda sənaye müəssisələri üçün tipik quruluşa malik olan kommersiya xidmətinə aparatının kommersiya xidməti üzrə direktor müavini və ona tabe olan şöbələrdən ibarət qurum kimi göstərilir. Bu sxemə aşağıdakılar aid edilir:



  1. Kommersiya müəssisələri üzrə direktor müavini;

  2. Marketinq şöbəsi;

  3. Maddi təhcizat yəni tədarük şöbəsi;

  4. Satış şöbəsi;

  5. Reklam şöbəsi;

  6. Xarici əlaqələr şöbəsi;

  7. Daşınmalar şöbəsi;

  8. Nəqliyyat şöbəsi.

Müasir dövrdə kommersiya fəaliyyətinin idarə edilməsi məsələlərinə diqqətin aparılması bəzi müəssisələrdə ənənəvi təşkilati struktura müəyyən dəyşikliklərin həyata keçirilməsinə gətirib çıxarır. Belə ki, tədarük və satış fəaliyyəti ilə yanaşı müəssisənin əmtəə dövriyyəsi strukturununda kommersiya fəaliyyətinə aid edilməsi müşahidə olunur. Yuxarıda belə bir nəticəyə gəlinir ki, müasir dövrdə nisbətən uğurlu təşkilati satrukturunda kommersiya məsələləri üzrə direktor müavini müəssisənin ölçüsündən və sahəvi xüsusiyyətindən asılı olaraq tədarük məhsul satışı habelə zərurət yarandıqda marketinq, reklam şöbələri və nəqliyyat xidmətlərinə rəhbərlik etməli və şöbələr tərəfindən kommersiya fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsini təmin etməlidir.

Müəssisənin kommersiya xidmətinin ümumi strukturunun təşkili uğurlu fəaliyyət üçün kifayət etmir. Burada qarşıya çıxan mühüm problemlərdən biridə onun tərkibinə daxil olan tədarük və satış şöbələrinin strukturlarının onların yerinə yetirdikləri funksiyalara uyğun şəkildə təşkil edilməlidir.


Tədarük və ya təhcizat şöbəsi Bazar İqtisadiyyatı Şəraitində sənaye müəssisələrində müstəqil fəaliyyət göstərən bir bölmə olmaqla bilavasitə kommersiya üzrə direktor müavininə tabe olur, onun strukuru müəssisənin idarəetmə aparatının tipik quruluşuna uyğun olaraq işin həcmi nəzərə alınmaqla müəssisə rəhbəri tərəfindən təsdiq edilir. Sənaye müəssisələrində tədarük şöbəsinin əsas vəzifələri aşağıdakılardır:

  1. müəssisənin normal və ahəngdar fəaliyyə üşün onun vaxtında kompleks və dəqiq şəkildə maddi ehtiyyatlarla təmin edilməsi;

  2. bütün ehtiyyatların təsdiq edilmiş normaya uyğun istiqamətlərinə daim nəzarətin həyata keçirilməsi;

  3. anbar təsərrüfatının işin səmərəli təşkili maddi dəyər tam şəkildə saxlanılmasının təmin edilməsi;

Bununla yanaşı bu şöbənin fəaliyyəti maddi nemətlərin , ehtiyya normativlərinin hazırlanması maddi ehtiyyatlara olan tələbatın planlaşdırılması vəə onun istehsalla əlaqələndirilməsi, malgöndərənlərin axtarışı, təklif edilən variantların öyrədilməsi, keyfiyyət, qiymət ödəmə şərtləri və digər meyarları özündə cəmləşdirən müqavilələrin bağlanması və maddi ehtiyyatların qəbulu və s. daxildir.

Müəssisələrdə həyta keçirilən satış fəaliyyətinin kommersiya xidmətinin nəzdində zamanın tələbinə cavab verən mükəmməl satış şöbəsinin mövcudluğunu zəruri edir. Satış şöbəsi istehsal müəssisəsinin müstəqil fəaliyyət göstərən sktruktur şöbəsi olmaqla bilavasitə kommersiya üzrə direktor müavininə tabe olur. Bazar İqtisadiyyatı Şəraitində firmaların məsul satışı üzrə aparatının böyük və ya kiçikliyi onun təşkilati quruluşu təmsil etdiyi şöbənin xüsusiyyətindən, onun ölçü və ixtisaslaşma xüsusiyyətlərindən asılı olaraq müəyyənləşir. Bir sıra hallarda satış şöbəsinin tərkibinə tələbatın ödənilməsi və reklam planlaşdırılma , anbarlaşdırma bölmələridə daxil edilir. Stış bölmələrinin funksiyaları aşağıdakılardır:



  1. müəssisənin satış fəaliyyətinin planlaşdırılması;

  2. istehsal olunmuş məhsulun satışının təşkil edilməsi;

  3. istehsalçılrla vaxtında müqavilə bağlanması;

  4. hazır məhsulun razılaşdırılmış formada vaxtında kəmiyyət və keyfiyyətcə istehsalçılara çatdırmaq;

  5. müəssisə anbarlarında hazır məhsulun ehtiyyatlarını müəyyənləşdirmək;

  6. satılmamış hazır məhsul üzrə hesablaşmalar aparmaq;

  7. istehsalı daima yeni sfarişlərlə təmin etmək və s.

Satış şöbəsinin səmərəli və dayanıqlı fəaliyyətinin təşkili üçün aşağıdakı strukturun səmərəli olduğu qəbul edilir:

Satış şöbəsinin müdrü: sfarişlər qrupu, planlaşdırma qrupu, əməliyyat satış qrupu, satış şöbəsi dispeçr qrupu, hazır məhsul anbarı qrupu.

Kommersiya fəaliyyətinin təşkilində, məhsulların istehsalından sonuncu istehlakçıya çatdırılmasınadək, təsərrüfat subyekti aralarında olan münasibətlərın tənzimlənməsində malgöndərənlər özləridə də xüsusi çəkiyə malikolurlar. Malgöndərənlərin fərqliliklərinin qiymətləndirərək, onları fərqli olan əlamətinə görə bu əlamətlər funksional, ərazi, mülkiyyət formalarına uyğun olaraq bir neçə qrupa bölmək olar.

Ümumiləşdirilmiş şəkildə isə bütövlükdə malgöndərənlərı iki qurup kateqoriyaya bölmək olur : malgöndərən -- istehsalçılara və malgöndərən--topdan müəssisələrə bölmək mümkündur.

Malgöndərən- ıstehsalçılar :alıcıların tələbini ödəmək üçün istehlak təyinatlı fərqli çeşidli əmtəələrin ıstehsalını həyata keçirən istehsal müəsisələri, fırmaları, fərdi sahibkarlar hesab olunur.

Malgöndərən - topdan müəssisələrisə məhsulları malgöndərən -istehsalçılardan , topdan vasitəçilərdən alaraq onlarıtopdan alıcılara və ya pərakəndə tıcarət müəsisələrinə, agentlərə, brokerlərəvə s satır.

Kommersiya fəaliyətinin başlıca parametrlərınə isə topdan və pərakəndə satış, birjaları, auksionları, yarmarkalaərı, lizinqləri, faktorinqləri və digər bu kimi.əməliyyatları aid etmək olar.

Pərakendə tiçarət: istehlakcılara satılan şəxsi vəya ailəvi istifadəyə görə nəzərdə tutulan mal və xidmətlərin dəyərliliyini artıracaq bütün sahibkarlıq fəaliyyətinin məcmuyudur.

Pərakendə tıcarət : şəxsi istifadə üçün nəzərdə tutulur, istehlakçılara mal və xidmətləri satan kompanıyalar, obyektlərdən ibarətdir ki, istehsal və alıcıları birləşdirən, bölgü kanallarıinda axırıncı həlqədir. Istehsal fırmaları malları hazırlayırlar və topdan - pərakendə tıcarətlə məsğul olanlar isə öz növbəsində məhsulları firmalara satır.Topdansatış fırmaları isə bu malları pərakəndə ticarətə, pərakendə ticarət isə son istehlakçılarina satışı təmin edir. Firmaların bəziləri bir çox mallar üzrə , başqaları isə daha geniş mal növlərini əhatə edən mağazalar vasitəsilə pərakəndə ticarətlə məşğul olur. Bunlardan əlavə olaraqda firmalar univermaqlar və ya kataloqlar üzrədə pərakəndə ticarətlə məşğul ola bilirlər.

Əmtəələrin pərakəndə satışına uyğun olaraq kommersiya işi aşağıda göstərilən mərhələlərdən ibarət olur:

- Əmtəələrə olan alıcı tələbinin öyrənilməsi və praqnozu;

- mağazalarda əmtəələrin optimal olan çeşidlərinin formalaşması məsələsi;

- pərakendə tıcarət müəsisələrində həayat keçirilən reklam- informasıya fəaliyəti; - Məhsulların pərakəndə səmərəli satış metodlarının seçilməyi;

- Alıcılara yüksək ticarət xidmətlərinin göstərilməsinin təmini. Perakəndə ticarətdə məhsul satışının aşağıdakı göstərilən metodlarıda geniş tətbiq olunur:

- Özunə xidmət : mütərəqqi metodlar ila məhsul satışının başlıca metodlarındandır. Məhsul satışının özünə xidmət metodunda alıcılar ticarət salonunda satışa qoyulan bütün məhsullara azad yanaşırlar. Magazanın isçi heyetinin koməyinə müraciət etmədəndə sərbəst məhsul seçirvə,magazanın cıxışında olan kassada seçdiyi məhsulun qiymətini ödəyir.

- Ənənəvi olan metod vasitəsi ilə mallar satıcıla r tərəfindən alıcılara təqdim olunur və satıcinın iş yeri alıcılardan pıştaxta vasitəsilə fərqləndirilir və hesablasma məhz satıcılar tərəfındən həyat keçirilir.

- Perakəndə məhsul satısının xususi növləri vardir ki,bunlara kreditlə məhsulların satışı, komission qaydasında məhsul satışı, ucuzlaşdırılmış məhsul satışı aid olunur.

- Məhsulların açıq olaraq nümayişi və alıcıların məhsulları müstəqil seçilməsi yoluilə satış zamanı alıcılar nümayiş zalındadakı məhsullara baxaraq və satıcılarının məsləhətilə sərbəst seçimlərini edir.

- Öncədən verilən sifarişlər üzrə satış vaxtı müəyyən olan müqavilələr və yaxud müqaviləsiz olaraq müəyyən həcmdə və müəyyən olunmuş qiymətlərilə baş verən alqı satqı prosesi həyat keçirilir.


Yüklə 20,53 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin