Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)


Obyekt-qovluq. Qovluqların ierarxik strukturu



Yüklə 172,44 Kb.
səhifə18/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
2-KSQ və ƏS

11.2. Obyekt-qovluq. Qovluqların ierarxik strukturu

11.7

Obyekt – qovluq. Windows fayl sisteminin digər vacib obyekti qovluqdur . Windows qovluğu kargüzarlıq işində sənədlərin saxlanıldığı adi qovluq rolunu oynayır. Bunun vasitəsilə sənədlərin nizamlanması yerinə yetirilir. Windows-un qovluq anlayışı ilə eynidir. Lakin Windows mühitində “qovluq” termini daha geniş mənada istifadə edilir. Buna bəzən obyektlər ambarı deyilir. Buna görə də “qovluq, faylın yerləşməsi haqqında informasiyaya malikdir” demək əvəzinə, “qovluq fayllardan təşkil olunmuşdur” demək lazımdır. Fayllardan başqa qovluqda digər obyektlər (məsələn, nişanlar) ola bilər. Belə ki, qovluqda kur işinə və ya kitabların xülasəsinə aid fayllar ola bilər. Qovluğa da, faylda olduğu kimi, eyni qaydada adlar verilə bilər. MS DOS mühiti üçün yalnız qısa addan istifadə etmək lazımdır.

11.8

Fayl kimi, qovluğun da xassələrini öyrənmək üçün uyğun menyunu açmaq və “Свойства” əmrini seçmək lazımdır. Nəticədə ekranda “Свойства” pəncərəsi görünür ki, bu da aşağıdakı sahələrdən ibarətdir:

  • Windows və MS DOS üçün uyğun qovluğun adı, həmçinin qovluğun standart nişanı;

  • Baxılan obyektin qovluq əlaməti olan obyektin tipi;

  • Baxdığımız qovluğun yerləşdiyi və ona müraciət yolunu göstərən digər qovluğun adı;

  • Orada saxlanılan faylların və qovluqların həcmlərinin cəmini göstərən digər qovluğun adı;

  • Qovluqda saxlanılan altqovluqlar və faylların miqdarı;

  • Faylın yaranma tarixi və vaxtı;

  • Atributlar: ancaq oxumaq üçün, arxiv üçün, gizli, sistem faylı.

Obyektlərdə olduğu kimi, qovluqlar üzərində də fayllar üzərində yaratmaq, silmək, ad dəyişdirmək, digər yerdə surət çıxarmaq, digər yerə köçürmək əməliyyatlarını yerinə yetirmək olar. Bundan əlavə qovluğu açmaq və bağlamaq əmrlərini də yerinə yetirmək mümkündür. Qovluğu açan zaman ekranda qovluğun içində yerləşən faylları göstərən nişanlar təsvir olunur. Qovluğun bağlanması isə həmin pəncərənin bağlanması deməkdir.

11.9

Xüsusi təsvir (yarlıq) vasitəsi. Windows mühitində xüsusi təsvir edilir. Xüsusi təsvir-hər hansı bir obyektə istinad olub, onun olduğu yeri göstərən ikinci (əlavə) təsviridir. Bu cür xüsusi təsvir vasitəsilə proqram və ya sənədlərin yüklənməsi sürətləndirilir. Adətən obyekt və onun təsviri müxtəlif yerlərdə yerləşir. Xüsusi təsvirdən istifadə etmək və o vaxt səmərəli olur ki, obyektlər qovluqların iyerarxik strukturunda aşağı səviyyələrdə, xüsusi təsvir isə-yuxarı səviyyədə olsun.
Xüsusi nişan tutumu 1 Kbayt olan faylda saxlanılır. Onu çox asanlıqla, əlaqələndiyi obyektə heç bir təsir etmədən yaratmaq və ya silmək olar.

11.10

Xüsusi təsvir üzərindəki əməliyyatlar fayl üzərində olan əməliyyatlar kimidir. Xüsusi təsvirin açılması-bu xüsusi təsvir ilə əlaqəli olan obyektin açılması deməkdir. “Свойства” pəncərəsindən həmişə bilmək olar ki, xüsusi təsvir hansı obyektlə əlaqədardır. Bu obyekt harada yerləşir. Bu obyektə keçidi yerinə yetirmək və həmin obyektin xüsusi təsvirinin adını dəyişdirmək olar.

Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin