Yoxlama sualları: 1. Windowsun ilk versiyası nə vaxt yaradılmışdır?
2. Windowsun qrafik örtük olan versiyası Windows 3.0 nə vaxt yaradılmışdır?
3. İBM PC kompüterləri üçün ilk qrafik əməliyyat sistemi Windowsun hansı versiyasıdır?
4. İBM PC kompüterləri üçün ilk 32 mərtəbəli sistem hansı versiyadır?
5. Çoxməsələlik və çoxaxınlılıq xarakteristikası nədir?
6. İstifadəçinin qrafik interfeysi nə üçündür?
7. Plug and Play texnologiyası nə üçündür?
8. Virtual yaddaşdan necə istifadə olunur?
9. Əvvəllər istehsal edilmiş proqram təminatları ilə uygunlaşma necə yerinə yetirilir?
roqram məhsullarının, o cümlədən Windows əməliyyat sisteminin müasir işlənmə texnologiyası obyektyönlü proqramlaşdırma konsepsiyasina əsaslanmışdır ki, burada proqram və verilənlərə vahid yanaşmaq prinsipi əsas götürülür. Bu yanaşma özündə alqoritmləri və bu alqoritmlər tərəfindən emal edilən verilənləri birləşdirən obyekt anlayışına əsaslanmışdır. Nəticədə nəinki proqramın işlənib-hazırlanması, həmçinin istifadəçinin işi də asanlaşır, çünki bu interaktiv (dialoq) rejimində işləyən istifadəçiyə əyani qrafiki alətlər və müxtəlif köməkçi menyular təklif edilir.
Obyektyönlü proqramlaşdırma yalnız son vaxtlar çox məşhur olmuşdur. Bunun əsasında hesablama prosesi yeni mənada başa düşülür, həmçinin kompüterin daxilində informasiyanın necə strukturlaşdırılması imkanları göstərilir.
Bu istiqamət yaradanlardan biri Alan Key Windows əməliyyat sisteminin bütün proqram kompleksinin əsaslandırıcı obyektyönlü proqramlaşdırmanın fundamental xarakteriskalarını aşağıdakı kimi xarakterizə etmişdir:
kompüterdə hesabatın aparılması obyektlər arasında verilənlər mübadiləsi vasitəsilə həyata keçirilir; belə ki, burada bir obyekt tələb edir ki, o biri obyekt müəyyən bir hərəkəti yerinə yetirsin. Obyektlər bir-birilə məlumatları göndərmək və qəbul etməklə qarşılıqlı əlaqədə olurlar. Məlumat – hərəkətin yerinə yetirilməsi üçün bir sorğudur;
hər bir obyekt digər obyektlərdən təşkil edilmiş müstəqil yaddaşa malik olur;
hər bir obyekt həmin obyektə məxsus olan bütün obyektlərin xüsusiyyətini əks etdirən sinif nümayəndəsidir; sinifdə obyektin özünü aparma qaydası göstərilir. Buna görə də, həmin sinfə məxsus olan bütün obyektlər eyni hərəkətləri icra edə bilirlər;
bütün siniflər iyerarxik (ağacabənzər) struktura malik olurlar ki, bu da nəsillər iyerarxiyasını əks etdirir. Müəyyən sinif nüsxəsi ilə əlaqəli olan yaddaş və özünün davranış qaydası iyerarxik strukturun aşağı səviyyədəki istənilən sinfi tərəfindən istifadə edilə bilər.
11.2
Windows əməliyyat sisteminin proqramlaşdırmanın obyektyönlü metodologiyası əsasında qurulması sayəsində istifadəçi üçün kifayət qədər rahat bir mühit yaranmış oldu. Bu mühitin əsas anlayışı – obyekt, onun xassələri və hərəkətləridir ki, obyekt bunları alınmış sorğu əsasında yerinə yetirir. Obyekt-yönlü mühitdə istənilən obyektlə müəyyən hərəkətlər toplusu yerinə yetirilə bilər. Bu hərəkətlər toplusundan lazımi hərəkətin seçilməsi qoyulmuş məqsəddən asılıdır.
Windows sistemi mühitində hər hansı bir hərəkəti yerinə yetirmək üçün aşağıdakı hərəkətlər ardıcıllığına riayət etmək lazımdır:
- obyekti seçmək (ayırmaq). Bunun üçün ekranda təsvir olunmuş obyekt üzərində mausun düyməsini basmaq;
- obyektin yerinə yetirə biləcəyi hərəkətlər toplusundan menyu vasitəsilə istənilən hərəkəti seçmək lazımdır.
Qeyd etmək lazımdır ki, Windows mühitində obyektlərlə işləyən zaman əvvəlcə obyekt ayrılır (seçilir), sonra isə onun üzərində lazımi hərəkətlər yerinə yetirilir.
Windows mühitində çoxlu sayda obyektlər mövcuddur. Məsələn, fayl sistemli obyektlər, qrafik interfeysli obyektlər və s.
Windows sisteminin obyekt-yönlülüyü, istifadəçi bu mühit texnologiyası ilə tanışlığa başlayan andan özünü göstərir. İstənilən obyekt üzərində mausun sağ düyməsini basmaqla, uyğun menyu əmrinə daxil olmaq mümkündür.
Obyektin bu menyusu istifadəçiyə aşağıdakı imkanları verir:
b 11.3
u obyektin xüsusiyyətləri ilə tanış olmaq. Məsələn, əgər bu obyekt hər hansı bir sənəddirsə, o zaman bu sənədin hansı mühitdə yaradılması, onun diskdə nə qədər yer tutması, onun harada yerləşməsi, onun nə vaxt və kim tərəfindən təşkil olunması haqqında tam informasiyanı almaq olar.
Menyudan uyğun əməlləri seçməklə, bu obyekt üçün mümkünolan hərəkətləri yerinə yetirmək olar. Məsələn, əgər obyektdən sənəd kimi istifadə edilirsə, o zaman onun yarandığı program mühitindən asılı olmayaraq, onun bir hissəsini kəsmək, həmin sənədin surətini çıxarmaq, ləğv etmək, adını dəyişdirmək və digər hərəkətləri yerinə yetirmək olar.
Menyuda göstərilən bəzi hərəkətləri digər bir texnologiya ilə də yerinə yetirmək olar: mausun köməyi ilə obyektin işarəsini lazımi hərəkətləri yerinə yetirə bilən proqram və ya qurğunu təsvir edən digər bir işarəyə köçürmək olar. Məsələn, mətn sənədli fayl işrəsini printer işarəsinin üzərinə qoymaqla, mətni avtomatik olaraq, çap etmək olar.
Windows-un obyektyönlü texnologiyası istifadəçiyə fraqmentləri müxtəlif mühitlərdə hazırlanmış sənədlər təşkil etməyə imkan verir. Məsələn, qrafiki redaktorda təşkil edilmiş şəkilləri cədvəl prossessorunda təşkil edilmiş cədvəlləri özündə birləşdirən mətn redaktorunda formalaşdırmaq mümkündür.
11.4
Windows obyektləri ilə tanışlığı, onun baza obyektləri olan fayl, qovluq, tətbiqi proqram və sənəd obyektləri ilə tanışlıqdan başlamaq lazımdır.