Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)


Fayl və kataloqların köçürülməsi, daşınması, silinməsi, adının dəyişdirilməsi



Yüklə 172,44 Kb.
səhifə12/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
2-KSQ və ƏS

8.2. Fayl və kataloqların köçürülməsi, daşınması, silinməsi, adının dəyişdirilməsi

8.31

Fayl və kataloqların köçrülməsi
Kataloqları bir diskdən digər diskə və ya faylları bir kataloqdan digər kataloqa köçürmək olar. Bu əmrin ümumi yazılış forması belədir.
COPY [D:]/[ kataloqun adı ]/[ faylın adı ] [D:]/[ kataloqun adı ]
Əvvəlcə fayl yerləşən kataloqun diski,kataloqun adı və faylın öz adı qeyd olunur. Sonra boşluq işarəsi daxil edib faylı qəbul edən kataloqun diskini və adını daxil etmək lazımdır.
Tutaq ki, C diskində yerləşən BASİC katoluqundakı bütün faylları C diskindəki BAS kataloquna köçürmək lazımdır.
Onda COPY C:/ BASİC/*.* C:/ BAS əmrini daxil etmək lazımdır.
Tutaq ki, C diskində yerləşən LEX katoluqundakı tipi .txt olan faylları A diskindəki TEXT kataloquna köçürmək lazımdır.
Onda COPY C:/ LEX /*.TXT A:/ TEXT əmrini daxil etmək lazımdır. COPY əmri faylları yalnız kataloqlara deyil , həm də müxtəlif elektron və çap qurğularına da köçürə bilər.
COPY əmri bir neçə qurğunun standart adını qəbul edir:
PRN və ya LPT1-birinci çap qurğusu-sistemlə birləşən əsas çap qurğusu;
LPT2-ikinci çap qurğusu;
LPT3- üçüncü çap qurğusu;
AUX və ya COM1-birinci komunikasiya qurğusu;
COM2- ikinci komunikasiya qurğusu;
NUL- boş qurğu.
Ə
8.4

gər, COPY C:/LEX/SAİD.TXT PRN daxil edilərsə, onda SAİD.TXT mətn faylı çap qurğusuna göndəriləcək.
Fayl və kataloqların daşınması
Kataloqları bir diskdən digər diskə və ya faylları bir kataloqdan digər kataloqa daşımaq üçün əmrin ümumi yazılış forması belədir:
MOVE [D:]/[ kataloqun adı ]/[ faylın adı ] [D:]/[ kataloqun adı ]
Əvvəlcə fayl yerləşən kataloqun diski,kataloqun adı və faylın öz adı qeyd olunur.Sonra boşluq işarəsi daxil edib faylı qəbul edən kataloqun diskini və adını daxil etmək lazımdır.
Tutaq ki, C diskində yerləşən BASİC katoluqundakı bütün faylları C diskindəki BAS kataloquna daşımaq lazımdır.
Onda MOVE C:/ BASİC/*.* C:/ BAS əmrini daxil etmək lazımdır.
Tutaq ki, C diskində yerləşən LEX katoluqundakı tipi .txt olan faylları A diskindəki TEXT kataloquna daşımaq lazımdır.
Onda MOVE C:/ LEX /*.TXT A:/ TEXT əmrini daxil etmək lazımdır.

8.5

Fayl və kataloqların silinməsi
Diskdə yerləşən fayl və kataloqları silmək üçün DEL əmrindən istifadə edilir. Bu əmrin ümumi yazılış forması belədir:
DEL [D:]/[ kataloqun adı ]/[ faylın adı ].
Burada [D:]-disk qurğusunun ünvanını göstərir
Tutaq ki, C diskində yerləşən LEX kataloqunda olan bütün faylları silmək lazımdır. Onda,
DEL C:/ LEX və ya DEL C:/ LEX*.* daxil etmək lazımdır.Bundan sonra ekrana silinməni təsdiq edən sorğu çıxacaq.
ARE YOU SURE (Y/N)
(Siz əminsinizmi?) Silinməni təsdiq etmək üçün Y, əks halda N düyməsini sıxmaq lazımdır.
Əgər C diskində yerləşən BASİC kataloqunda tipi .BAS olan faylları silmək lazımdırsa,onda
DEL C:/LEX/*.BAS
daxil etmək lazımdır.
Kataloqu silmək üçün RD əmrindən istifadə olunur. Bu əmrin ümumi yazılış forması belədir:
RD [kataloqun adı] Enter
Əgər TEXT adlı kataloqu silmək lazım gələrsə, onda
RD TEXT Enter
daxil etmək lazımdır.
Tutaq ki,SUM adlı kataloq A diskində, yəni disketdədir və onu silmək lazımdır. Bunun üçün əmri aşağıdakı kimi daxil etmək lazımdır.

8.6

RD A:/SUM Enter
Faylın adının dəyişdirilməsi
REN əmri faylın adının dəyişdirilməsi üçün nəzərdə tutulub. Faylın adını dəyişdirən zaman onun daxilində yerləşən informasiyanın məzmunu dəyişmir. Bu əmrin ümumi yazılış forması belədir:
REN [D:]/[faylın köhnə adı] [faylın təzə adı]
Əgər aktiv diskdə olan TEN.TXT faylının adını LİZA.TXT faylına dəyişdirmək lazımdırsa onda,
REN TEN.TXT LİZA.TXT daxil edilməlidir.
Tutaq ki, C diskində yerləşən LEXİCON kataloqundakı ANKET.TXT faylının adını PROG.TXT faylına dəyişmək lazımdır. Onda,
REN S:/ LEXİCON/ANKET.TXT PROG.TXT daxil edilməlidir.

Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin