.2. Windows ailəsinin əməliyyat sistemləri Windows ailəsinin ƏS Microsoft firması tərəfindən hazırlanmışdır. Windows rahat qrafiki interfeysli, çoxməsələli əməliyyat sistemidir. Bu ailənin əsas üzvləri Windows 95/98/2000 (yəni Windows 95, Windows 98 və Windows 2000) və Windows NT əməliyyat sistemləridir.
Windows 95/98 qismən 16 və 32-mərtəbəli əməliyyat sistemidir.
Windows NT əməliyyat sistemi çox geniş yayılmış 32- mərtəbəli şəbəkə ƏS-dir. Windows NT- nin iki modifikasiyası mövcuddur: Windows NT Server və Windows NT Work Station. Windows NT Server ilk növbədə şəbəkə resurslarının idarə olunması üçündür. Windows NT Server informasiyasının sürətli axtarışının təşkili və istənilən əlaqə vasitələrindən istifadə etməklə qlobal şəbəkə resurslarına baxış üçün vasitələrə malikdir. Qeyd etmək lazımdır ki, bu sistem bir serverə eyni vaxtda 256 terminalın qoşulmasının və bir neçə serverin şəbəkə xidmətinə ümumi müraciətin təşkili üçün istifadə edilməsinə imkan verir.
Windows NT Work Station – Windows NT ƏS-nin versiyasıdır və lokal kompüterlərdə və işlək stansiyalarda işləmək üçün nəzərdə tutulub. Bu sistem tamamilə 32-mərtəbəli əməliyyat sistemidir və olduqca mühafizəli və etibarlıdır. Windows NT – dəki tətbiqi proqramlar çoxməsələli rejimdə işləyir. Amma MS DOS və 16-mərtəbəli Windows proqramların heç də hamısı Windows NT – də işləmir.
Windows NT Work Station-dan mühəndis, elmi, statistik məsələləri yerinə yetirilməsində böyük həcmli verilənlərin təhlilinin məhsuldarlığını yüksəltmək məqsədilə istifadə olunur.
Real vaxt miqyaslı əməliyyat sistemlərinin ailəsi. Real vaxt terminini geniş mənada, informasiya emalı sistemlərində cavabın verilmə vaxtının təyin olunmuş vaxtı aşmadıqda tətbiq etmək olar.
Real vaxt əməliyyat sistemlərində (RVƏS) müəyyən olunmuş vaxt ərzində sistemin reaksiyasına zəmanət verilir.
Real vaxt əməliyyat sistemlərində neft və qazın çıxarılması və nəqlinin avtomatlaşdırılmasında, metallurgiyada, maşınqayırmada, neft emalında, neft-kimya sənayesində və bank işində də tətbiq olunur. İBM PC-də ən çox RTMX, AMX, OS-S000, FLEX OS, QNX və s. Real vaxt əməliyyat sistemlərindən istifadə olunur. Bu sistemlərdən özünün instrumental vasitələrinə görə sərfəlisi QNX Real vaxt əməliyyat sistemləridir.QNX əməliyyat sistemi 32 mərtəbəlidir. Odur ki, tətbiqi proqramlar çox səmərəli yerinə yetirilir
Əməliyyat sistemlərinin inkişaf istiqamətləri. Kompüter bazarı olduqca dinamik olduğundan əməliyyat sistemlərinin inkişafı haqqında uzunmüddətli proqnoz vermək çətindir. Odur ki, yalnız əməliyyat sistemlərinin inkişafının mümkün istiqamətlərini təyin etmək olar.
Birinci istiqamət - əməliyyat sistemlərinin mürəkkəbləşməsidir. Müasir ƏS (məsələn, Windows 95/98/200 və ya OS/2 Warp) olduqca çox proqram, utilit və s. toplusuna çevrilərək diskdə böyük həcmdə yer tutur.
İkinci istiqamət – kompüterə müxtəlif obyektlərin ekranda təsvir üsulundan asılı olmayaraq, manipulyasiyasına imkan verən obyektyönlü texnologiyanın əməliyyat sistemlərində tətbiqi.
Üçüncü istiqamət - əməliyyat sistemləri və proqram təminatı həmişə kompüterin
aparat hissəsinin arxitektur həllini əks etdirir. Burada əsas ideya 32-mərtəbəli mikroprosessorun imkanlarından tam mənada istifadə etmək və sonradan 64-mərtəbəli ƏS-nə keçməkdir.
1996-cı ildə SunSoft kompaniyası İnternet-dən paylaşdırılan tətbiqi proqramlarla iş üçün 64-mərtəbəli Solaris-əməliyyat mühiti yaratdı. Santa Crus Operation kompaniyası isə SCO UNIX Ware 2.1 versiyası haqqında elan verdi. Bu yüksək sürətli şəbəkələrlə və müxtəlif protokollarla işləmək imkanı olan UNIX ailəsindən 64-mərtəbəli ƏS-ə keçiddir.
İnternet texnologiyasının sürətli inkişafı əməliyyat sistemlərinin inkişafı tendensiyasını sürətlə dəyişdirdi. ƏS-nin inkişaf istiqamətlərindən biri fərdi kompüterlərdən tutmuş super kompüterlərə kimi bütün hesablama sistemlərində işləyə bilən ƏS-nin yaradılmasıdır.
Bura UNIX ailəsindən olan IRIX ƏS-ni misal göstərmək olar. Bu ƏS-nin imkanı 64-mərtəbəli olmasıdır. Burada əməli yaddaş 16 Qbayt olmaqla, 1 Tbayt virtual yaddaşdan istifadə etmək olar. Bu əməliyyat sisteminə XFS fayl sistemi daxildir ki, bu da 9 milyon Tbayt ölçülü faylla işləyə bilir və bir kataloqda 64 milyon fayl saxlamağa imkan verir.