Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)


Paylanmış verilənlər bazası (PVB)



Yüklə 172,44 Kb.
səhifə5/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   31
2-KSQ və ƏS

3.2. Paylanmış verilənlər bazası (PVB)
Son zamanlar verilənlər bazası sistemindən və kompüter şəbəkələrindən intensiv istifadə olunması informasiyanın PVB-də birgə istifadəsinin təmin edən vasitələrin geniş inkişafı zərurətini doğurdu. Hesablama gücünün artırılmasının asanlığı, nasazlığa davamlılığın artması, verilənlərin onların istifadəçilərinə yaxınlaşdırmaq imkanları - PVB- nin əsas üstünlüklərindəndir. Eyni zamanda PVB-dən istifadə olunması fəaliyyət üçün PVB-lərin tamlığının və ziddiyyətsizliyinin qorunması, müxtəlif qovşaqlarda yerləşdirilmiş faylların aktuallaşdırılmasının sinxronlaşdırılması və s. kimi xüsusi şərtlərin təmin olunmasını tələb edir.
Kompüter şəbəkələrində PVB-lərin qurulmasına ümumiyyətlə çoxsaylı işlər həsr olunmuşdur və həm nəzəri, həm də praktik planda real nəticələr bir çox işlərdə verilmişdir. PVB-lərin layihələndirilməsi sahəsindəki bip çox işlərin müfəssəl xülasəsi verilmişdir.

3.4

İşlərin təhlili PVB-lərin qurulmasının aşağıdakı fundamental məsələlərini ayırmağa imkan verir:

  • PVB-lərin konseptual, məntiqi və fiziki layihələndirilməsi;

  • PVB-lərin idarə edilməsi sistemin (PVBİS) layihələndirilməsi paralelliyin idarə edilməsi və PVB-lərin tamlığı və zidiyyətsizliyinin təmini;

  • PVB-lərin keyfiyyətinin təhlili və xarakteristikalarının tədqiqi.

VB-nin qurulmasının birinci məsələsi konseptual və məntiqi layihələndirmədir, buna çox saylı işlər, monoqrafiyalar həsr olunub. PVB-lərin layihələndirilməsi praktikası göstərir ki, konseptual və məntiqi modellər lokal VB-lər kimi eyni xassələri özündə saxlayır və ədəbiyyatda kifayət səviyyədə əksini tapmışlar.
PVB-də paralelizmin idarə olunması, tamlığın təmini və ziddiyyətsizlik problemləri nasazlığa davamlılıq məsələləri ilə birlikdə PVB-lərin layihələndirilməsində xüsusi bölmə təşkil edir. PVB-lərin tamlığının pozulması aşağıdakı hallarda ola bilər: texniki və başqa vasitələr nasaz olduqda, tranzaksiyaları səhv və kobud üsullarla idarə etdikdə, PVB-nin topologiyasını uğursuz layihələndirildikdə. Ənənəvi olaraq mütəxəssislərin diqqətini PVB-lərin tamlığı və ziddiyyətsizliyini təmin edən birinci iki halla əlaqəli məsələlər cəlb etmişdir. PVB-lərin tamlığının pozula bilməsi riskini doğuran və artıran axırıncı iki hal daha az öyrənilmişdir.
PVB- də informasiyanın emalının məzmunundan kənara çıxaraq bu emalın idarə olunmasının bəzi məsələlərinə diqqət yetirək. Bu məsələlər aşağıda verilmişdir. Burada ümumi halda idarəetmə məsələsinin mahiyyətini başa düşməyə imkan verən PS-lərin sadə təsnifatını gətirək.

3.5

PS-lərin idarə olunmasının iki əsas yolu vardır: mərkəzləşdirilmişmərkəzləşdirilməmiş.
Mərkəzləşdirilmiş PS elə sistemlərdir ki, burada bir qovşaq (mərkəzi) başqalarına nisbətən daha geniş idarəedici funksiyalara malik olur, hətta bəzən PVB-dəki informasiyanın əsas hissəsini özündə saxlayır. Bu idarəetmə məsələsinin həllini asanlaşdırır. Lakin belə sistem mərkəzi qovşaq və onunla birləşən rabitə kanalları sıradan çıxdıqda tamamilə tənəzzülə məhkumdur.
Mərkəzləşdirilməmiş PS-də şəbəkənin bütün qovşaqları eynihüquqludur. Mərkəzləşdirilməmiş sistemdə tətbiqi proseslər əhəmiyyətli dərəcədə bir-birlərindən asılı olmur, yəni koordinasiya üçün tələb olunan qısa vaxt intervallarını çıxmaqla onların tamamilə paralel icra olunma imkanları təmin olunmuşdur.
Mərkəzləşdirilməmiş PS-də hər hansı qovşağın sıradan çıxması, bir qayda olaraq sistemin hiss olunmayacaq pisləşməsinə gətirir. Lakin belə sistemdə tətbiqi proseslərin idarəsi xeyli çətin olur.
Mərkəzləşdirilməmiş PS-lərin üstünlükləri (tətbiqi proseslərin paralel icrası, nasazlıqlara dayanıqlıq və s.) ümumi PS-lər çoxluğunda onların xüsusi çəkisini artırır, bu da uyğun olaraq onların idarəsi üzrə nəzəri və praktik işləri stimullaşdırır.
Qısa olaraq tətbiqi PS-lərə, onların potensial üstünlüklərinə və onların reallaşdırılması yolundakı çətinliklərə misallar gətirək. PS-nin əsas üstünlüyü ondan ibarətdir ki, informasiya-hesablama vasitələrinə çıxış nöqtəsini bilavasitə son istifadəçiyə, onun iş yerinə, onun yaşayış yerinə və nəhayət həmin anda onun harda yerləşməsindən asılı olamayaraq istənilən yerə yaxınlaşdırır. Bu istifadəçinin psixoloji rahatlığını və ixtiyari praktiki faydalı formada verilmiş istənilən məzmunlu informasiya ilə qarşılıqlı təsirinin operativliyini əhəmiyyətli dərəcədə artırır. Artıq indi bu cür yaxınlaşmanın əhəmiyyətli sosial nəticəsini proqnozlaşdırmaq olar: evdə işləyənlərin faizi artır, poçt, dövri və sorğu nəşri, ticarət, transportda biletlərin satılması kimi servis xidmətləri yüngülləşir. Hər bir növ ödəmələr prosesinin avtomatlaşdırılması imkanları, birinci növbədə bank sahəsində xüsusi əhəmiyyət kəsb edir. PS-lər bazasında bütün ölkəni əhatə edən qeyri-nəğd hesablaşmalar sistemi qurmaq olar. Belə sistem ancaq o vaxt səmərəli işləyəcək ki, ərazinin istənilən nöqtəsində və günün istənilən vaxtı pul əməliyyatlarını keçirmək olsun. Bunun üçün informasiyanın auteidentifikasiyasının pul əməliyyatı aparan şəxsiyyətin səhvsiz tanınmasına təminat verən etibarlı sistem yaradılmalıdır.
Daha sonra PS informasiya resurslarının müəssisə, region, ölkə və qismən beynəlxalq miqyasda inteqrasiya olunmasına imkan verir. Belə inteqrasiya iqtisadiyyatın idarə olunması məsələlərinin həllində xüsusilə vacibdir: idarəedici orqan istənilən detallaşdırma ilə statistikada və dinamikada informasiya ala bilər və beləliklə də ölkədə baş verən sosial iqtisadi proseslərə operativ nəzarət edə bilər.
Beləliklə PS ölkənin sosial və təsərrüfat mexanizmlərinə üzvü surətdə yazılmağa qabildir. Üzvü dedikdə son istifadəçi tərəfindən heç bir əlavə güc tələb etməyən, yəni adi iş nizamını pozmadan əl ilə götürülən və ya yarımavtomat komponentlərin avtomatik komponentlərlə təbii əlavəsi (və ya təbii əvəz olunması) başa düşülür. Bu xüsusiyyətlər son istifadəçi üçün təzə komponentlərin obrazlı olaraq “şəffaflığı” kimi xarakterizə olunur. “Şəffaflıq” hesablama texnikasının bir çox komponentlərinə əsas tələblərdən biridir və bunu etmək heç də həmişə sadə olmur və bu mümkün olduqda o sistemin erqonomik xassələrini yaxşılaşdırmaqla ona çəkilən xərci tez çıxarır.
Bir qayda olaraq, böyük texniki (o cümlədən müdafiə) obyektlərin idarə edilməsi sistemləri paylanmış olurlar. Bu, uçan kosmik aparatlar, hərbi dəniz flotunun birləşmələri, nəqliyyat sistemləri, atom reaktorları və s.-dir.
PS-lər seçkilərin gedişində, referendiumlarda, həmçinin adi şəraitdə istənilən vətəndaşdan direktiv orqanlara informasiya göndərmək üçün geniş istifadə oluna bilər. PS protokolları elə hazırlana bilər ki, zəhmətkeşlərin məktubu dəftərxanada “oturmayacaq”, lazımi ünvana tam məxfilik rejimində çatacaq. Bu cür PS-lərin cəmiyyətimizin tam demokratlaşdırılmasının xidmətini qiymətləndirmək çətindir.

Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin