Genişlənmiş yaddaş I Mbaytdan yuxarı yaddaş sahəsidir. 286 mikroporosessorları üçün bu 16 Mbayt, digərləri üçün isə 4 Qbayta kimi ola bilər. Genişlənmiş yaddaşdan yalnız xüsusi şəkildə yazılan proqramlar istifadə edə bilər. Amma, yaddaşın idarəedilməsi drayverlərini tətbiq etməklə, MS DOS proqramlarını və rezident proqramları yadda saxlamaq üçün genişlənmiş yaddaşdan istifadə etmək olar. Bundan başqa bu yaddaşdan virtual disklərin yaradılmasında da istifadə olunur.
Ə 9.8
ks olunan yaddaş konsepsiyası əlavə və ya genişlənmiş yaddaşdan istifadəyə əsaslanıb. Əlavə yaddaş FK-da əlavə platada quraşdırılır və bilavasitə FK-nın ünvan sahəsinə aid olmur. Ondan yalnız yuxarı yaddaş sahəsində 16 Kbayt olmaqla 4 blokda əks etdirməklə istifadə etmək olar. Yuxarı yaddaşın əks olunmasından istifadə onda olan boş ünvan sahəsinin (bloklar)(Upper Memory Block, UMB) olmasına əsaslanır. Əks olunma EMM (Expanded Memory Manager-əlavə yaddaşın dispetçeri) proqram drayveri vasitəsilə həyata keçirilir.
Əks olunmanın mahiyyəti ondan ibarətdir ki, əlavə yaddaş sahəsi (səhifələri) müvəqqəti olaraq, yuxarı yaddaşın boş olan bloklarının ünvanlarından istifadə edir. Əlavə yaddaş səhifələrinin ardıcıl qoşulması və onların yuxarı yaddaş bloklarında əks olunması ilə əlavə yaddaşın bütün sahəsinə müraciət etmək mümkün olur. Genişlənmiş yaddaşın blokları da analoji olaraq, yuxarı yaddaşın bloklarında əks olunur.
MS DOS-da həmçinin yüksək (high) yaddaş anlayışından istifadə olunur. Yüksək yaddaş-genişlənmiş yaddaşın (HMA-High Memory Area) birinci 64 Kbayt sahəsidir. MS DOS proqramlarını yuxarı və ya yüksək yaddaşa yükləmək üçün CONFIG.SYS faylında “DOS=HIGH” əmri tətbiq olunur. Drayverləri yüksək yaddaşda yükləmək üçün CONFIG.SYS faylında yerləşən DEVICEHIGH, rezident proqramları yüksək yaddaşa yükləmək üçün AUTOEXEC.BAT faylında yerləşən LOADHIGH əmrindən istifadə olunur. Aşağıda CONFIG.SYS faylının köməyi ilə yüklənən drayverlərin qısa xarakteriskası verilir:
H 9.9
IMEM.SYS drayveri iki əsas funksiyanı yerinə yetirir:
Yüksək yaddaşı təşkil edir və onu idarə edir;
Yerinə yetirilən proqramların genişlənmiş yaddaşa mürəciətini təmin edir.
EMM 386.EXE drayveri aşağıdakıları yerinə yetirir:
Yuxarı yaddaşı təşkil edir və onu idarə edir;
Genişlənmiş yaddaşı əks olunana çevirir.
SMARTDRV.EXE drayveri keşi (cache) yerləşdirmək üçün genişlənmiş yaddaşın bir hissəsindən istifadə edir. Keş-disk verilənlərinin ən çox istifadə olunan hissəsini saxlamaq üçün xüsusi sahədir. Qeyd etmək lazımdır ki, əgər HIMEM.SYS təyin olunmayıbsa, SMARTDRV.EXE ni yükləmək olmaz.
RAMDRIVE.SYS drayveri isə adi, genişlənmiş və ya əlavə yaddaşda virtual diskin təşkili üçündür. Bu cür disklərə müraciət adi maqnit disklərindəki kimi həyata keçirilir. Amma burada sürət olduqca yüksək olur. Maqnit diskdən fərqli olaraq, virtual diskdəki informasiya kompüteri söndürdükdə silinir.
İ 9.10
ndi isə COUNTRY əmrinə baxaq. Bu əmr müxtəlif ölkələr üçün vaxt, tarix, pul vahidini, böyük hərflərdən kiçiyinə və əksinə keçmək üçün standartlardan istifadə etməyə imkan verir. Burada bir çox parametrlərdən istifadə olunur. Ölkənin kodu üç rəqəmli olmaqla, telefon kodu ilə üst-üstə düşür. Susmaya görə 001 (ABŞ) kodu qəbul olunur. Rusiyanın kodu 007, kod səhifəsi isə 866-dır ki, Azərbaycanda hələlik bu kodlardan istifadə olunur.
Məsələn:
COUNTRY=007,866,COUNTRY.SYS
A 9.11
UTOEXEC.BAT faylı. AUTOEXEC.BAT əmrlər faylının əmrləri əməliyyat mühitinin lazım olan quraşdırılmasını həyata keçirmək üçündür. ƏS bu faylı sistem diskinin baş kataloqunda axtarır və onun əmrlərini CONFIG.SYS faylının emalından sonra yerinə yetirir. AUTOEXEC.BAT faylına MS DOS-un hər dəfə işə salınmasında yerinə yetirməli olan əmrləri daxildir. Qeyd etmək lazımdır ki, AUTOEXEC.BAT faylı CONFIG.SYS kimi mətn (ASCII) faylıdır. Əməliyyat mühitinin başlanğıc quraşdırılması üçün AUTOEXEC.BAT faylına adətən aşağıdakı əmrlər daxil edilir: