Yoxlama sualları: 1. MS DOS hansı funksiyaları yerinə yetirən proqramlara malikdir?
2. MS DOS hansı hissələrdən ibarətdir?
3. Faylın adında və genişlənməsində nədən istifadə etmək olar?
4. İcra olunan fayl nə üçündür və onun genişlənməsi necədir?
5. MS DOSda faylın hansı genişlənmələri vardır?
6. Faylın adında və tipində “ulduz” və “Sual” işarələri nə uçun işlənir?
7. DOS qurğularının hansı adları vardır?
8. Faylın hansı atributları mövcuddur?
9. Drayver və ya rezident praoqramlar nə üçündür?
8 11
. MS DOS ƏMƏLİYYAT SISTEMİNİN ƏMRLƏRİ
8.1
8.1. Fayl və kataloqun ekranda təsviri və yaradılması 1.Fayl və kataloqların ekranda təsviri MS DOS əməliyyat sistemi əmrlər vasitəsilə yerinə yetirilən bir sıra xüsusi xidmət proqramlarına malikdir. Bu əmrlərin bir hissəsi diskdə adi proqram faylı kimi yerləşir ki, bunlar da xarici əmrlər adlanır.
Qeyd etmək lazımdır ki, istifadəçilərin əksəriyyəti praktiki olaraq MS DOS-un bir çox əmrlərindən istifadə etmir. İstifadəçi hiss etmədən bu əmrlər qeyri-aşkar şəkildə yerinə yetirilir. Amma bəzi əmrlərin öyrənilməsi vacibdir. Əmrləri yerinə yetirərkən faylın yolu, daha doğrusu yerləşdiyi ünvan göstərilməlidir, yəni fayl hansı məntiqi disk və alt kataloqda yerləşir. Əsas əmrlər aşağıdakılardır:
DİR əmri hər hansı bir diskdə yerləşən faylların adlarının ekrana çıxarılmasını təmin edir.Əmrin ümumi yazılışı aşağıdakı kimidir.
DİR[D][/W][/P] Burada:
[D] – disk qurğusunun ünvanını göstərir. Elastik disklər üçün “A” və ya “B”, bərk disklər üçün “C” və ya “D”daxil edilməlidir.
[/W] – bu parametr daxil edilərsə faylların adları bütün ekran boyu sütunlarla təsvir ediləcək.
[/P] – bu parametr faylların adlarını fasilələrlə ekranda təsvir edir. Yəni ekran dolduqda fasilə baş verir, ixtiyari düyməni sıxdıqda növbəti fayllar təvir edilir
DİR C:/ daxil edib Enter düyməsini sıxdıqda ekrana C diskində olan bütün kataloqların siyahısı çıxacaq.
Əgər C diskində yerləşən konkret kataloqun daxilində olan faylları təsvir etmək lazımdırsa, onda əmri aşağıdakı kimi daxil etmək lazımdır.
DİR C:/ [kataloqun adı].
Əgər kataloqda yerləşən alt kataloqun fayllarını təsvir etmək lazım gələrsə onda:
DİR C:/ [kataloqun adı]/[alt kataloqun adı] daxil edilməlidir.
Tutaq ki, C diskində yerləşən Foxbase kataloqunun fayllar siyahısına baxmaq lazımdır.Onda əmr aşağıdakı kimi daxil edilməlidir.
DİR C:/ Foxbase Enter
DİR əmrindən istifadə etməklə kataloq daxilində olan bütün faylları deyil, yalnız bir qismini də ekranda təsvir etmək olar. Məsələn,
DİR C:/Word/.*doc Enter
d 8.2
axil edilərsə, onda ekrana yalnız tipi .doc olan bütün fayllar çıxacaq.
2.Kataloqların yaradılması Yeni kataloq yaratmaq üçün MD əmrindən istifadə olunur. Əmrin ümumi yazılış forması aşağıdakı kimidir.
MD [alt kataloqun adı] Enter
Alt kataloq yaratmaq üçün əmrin ümumi forması belədir.
MD[kataloqun adı]/[alt kataloqun adı] Enter
Tutaq ki, ANKET adlı bir kataloq yaratmaq lazımdır. Onda,
MD ANKET Enter
daxil etmək lazımdır.Əgər ANKET kataloqunun daxilində TEXT adlı kataloq yaratmaq lazımdırsa,onda
MD ANKET/ TEXT Enter
daxil etmək lazımdır.
Hər hansı bir kataloqa daxil olmaq üçün disk qurğusunun ünvanından sonra daxil olmaq istədiyimiz kataloqun adını daxil etmək lazımdır. Məsələn: C:/ Foxbase
Bir kataloqdan digər kataloqa keçmək üçün CD əmrindən istifadə edilir.
CD/-əsas kataloqa keçid CD/ Foxbase- Foxbase kataloquna keçid
CD/Norton/Norton5- Norton kataloqunun daxilində yerləşən Norton5 kataloquna keçid.
Bir disk qurğusundan digər disk qurğusuna keçmək üçün
C: , D: , A: , B: əmrlərindən istifadə olunur. Məsələn,
12
A:/ Enter daxil edilərsə ,bu zaman A disk qurğusu aktiv olacaq