Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)



Yüklə 172,44 Kb.
səhifə10/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   31
2-KSQ və ƏS

Yoxlama sualları:
1. Ən çox yayılan əməliyyat sistemi ailələri hansılardır?
2. Dos alləsinin əməliyyat sistemlərinin hansı xarakterik xüsusiyyətləri vardir?
3. OS/2 alləsinin əməliyyat sistemlərinin hansı xarakterik xüsusiyyətləri vardir?
4. UNIX alləsinin əməliyyat sistemlərinin hansı xarakterik xüsusiyyətləri vardir?
5. Windows alləsinin əməliyyat sistemlərinin hansı xarakterik xüsusiyyətləri vardir?

7
10
. MS DOS ƏMƏLİYYAT SİSTEMİ HAQQINDA ANLAYIŞ




7.1

7.1. MS DOS əməliyyat sistemi və disk əməliyyat sisteminin əsas anlayışları
MS DOS əməliyyat sistemi haqqında anlayış
MS DOS əməliyyat sistemi aşağıdakı funksiyaları yerinə yetirən kompleks proqramlara malikdir:

  • Proqramların icrasının idarə edilməsi;

  • Fərdi kompüter resurslarının idarə edilməsi;

  • Prosessorun və fərdi kompüterin xarici qurğularının iştirakı ilə informasiya emalının təşkili;

Xarici yaddaşda informasiyanın saxlanması və disklərə xidmət işinin yerinə yetirilməsi.
Bu əməliyyat sistemi diskdə saxlandığından, disk əməliyyat sistemi (DOS-Disc operation System) adını alıb. DOS proqramları lazım olduqda əməli yaddaşa yüklənir.

7.2

Hal-hazırda fərdi kompüterlər üçün MS DOS, Windows 95/98/2000, PC DOS, DR DOS, UNIX və OS/2 əməliyyat sistemləri çox geniş yayılıb. İBM PC-ilə uyuşan maşınlarda ən çox MS DOS Microsoft firması, DR DOS və PC DOS əməliyyat sistemləri istifadə olunur. MS DOS Microsoft firması, DR DOS-Digital Research firması və PC DOS – İBM firması tərəfindən yaradılmışdır. İstifadəçi üçün bu əməliyyat sistemlərindən çox geniş yayılanı MS DOS6.22 versiyasıdır.
MS DOS əməliyyat sistemi aşağıdakı əsas hissələrdən ibarətdir:

  • Fayl sistemi;

  • Xarici qurğuların drayverləri;

- Əmrlər prosessoru.
Disk əməliyyat sisteminin əsas anlayışları
İnformasiya disklərdə fayl şəklində yadda saxlanılır. Fayl disk və ya başqa informasiya daşıyıcısında adlandırılmış bir sahədir. Faylda proqram mətni, sənəd, şəkil, qrafik, səs, video film və s. ola bilər.
Fayllar çox vaxt iki kateqoriyaya bölünür: mətn və ikilik. Mətn faylları istifadəçi tərəfindən oxunur. Bu fayllarda proqram mətni, Dos-un əmrlər faylı və s. ola bilər. İkilik faylları ASCII simvollarından ibarət olduğundan, çox vaxt bu fayllara ASCII faylları da deyilir.
Əməliyyat sistemlərinin və başqa proqramların fayla müraciət üçün fayllar işarələnməlidirlər. Belə işarələmə faylın adını təyin edir. DOS əməliyyat sistemlərində faylın adı iki hissədən ibarətdir: adın özü və genişlənməsi. Ad və genişlənmə bir-birindən nöqtə ilə ayrılır. Faylın adı 1-dən 8-ə kimi simvollardan, genişlənməsi isə 0-dan 3-ə kmi simvollardan ibarət ola bilər. Faylın adında və genişlənməsində böyük və kiçik latın hərflərindən istifadə oluna bilər, amma diskdə faylın adı yalnız kiçik latın hərfləri ilə yazılır.

7.3

Faylın ad və genişlənməsində aşağıdakılardan istifadə etmək olar:
latın əlifbasının böyük və kiçik hərfləri;
rəqəmlər: 0-dan 9-a kimi;
simvollar:  _ , $, #, &, @, !, %, (,), ~, ^.
Məsələn;
Command.com,
Autoexec.bat,
Prog_1.doc və s.
Amma bəzi əməliyyat sistemlərində (Windows 95/98, OS/2 və Windows NT) uzun adlı fayllardan istifadə olunur. DOS əməliyyat sistemindən fərqli olaraq, müasir Windows 95/98,OS/2 və Windows NT əməliyyat sistemlərində fayl və kataloqların adlandırılmasında uzunluğu 254 simvoldan ibarət sətirdən istifadə etmək olar. Bu adlara uzun adlar deyilir.(Buna baxmayaraq 60-70 simvola kimi istifadə etmək məqsədə uyğundur)

7.4

Hər bir proqramın (əməliyyat sistemlərindən başqa) tərkibində bu proqramı yükləyən fayl mövcuddur ki, bu fayl icra olunan fayl adlanır. İcra olunan faylın genişlənməsi COM və ya EXE olur. Bir çox proqramlar faylın genişlənməsini özü təyin edir ki, bununla faylın hansı proqram tərəfindən yaradıldığı bilinir və bu faylların bir çoxu uyğun proqramı yükləyir. Genişlənmə faylın tipini göstərir və onlardan bir çoxu standartdır. Məsələn,

  • .
    7.5

    COM, EXE-yerinə yetrilməyə hazır olan, yəni icra olunan fayllar

  • .BAT-əmrlər faylı

  • .TXT-mətn faylı

  • .MDB-Access VBİS-nin faylı

  • .XLS-Excel elektron cədvəl faylı

  • .DOS-Microsoft Word mətn redaktoru faylı

  • .PAS-Paskal dilinin proqram faylı

  • .C-C dilinin proqram faylı

  • .ASM-Assembler dilinin proqram faylı

  • .BAK-faylın dəyişiklikdən əvvəlki surəti

  • .ARJ və ZİP sıxlaşdırılmış fayllar

M
7.6

S DOS əməliyyat sistemində qrup fayllarını işarə etmək üçün şablonlardan istifadə etmək olar. Şablonda qlobal simvollardan istifadə etməklə faylın adı və ya genişlənməsi işarə olunur. Bu *(ulduz) və ?(sual işarəsi) simvollarıdır.
Faylın adında (genişlənməsində) ulduz işarəsi onu göstərir ki, bu mövqedən başlayaraq adın sonuna kimi ixtiyari mümkün işarə ola bilər. Məsələn
*.DOC –genişlənməsi .DOC olan bütün fayllar ,
METOD.* –adı METOD olan (METOD.DOC, METOD.EXE, METOD.TXT və.s) istənilən fayl,
AZ*.DOC-genişlənməsi DOC olan , adı AZ-la başlayan fayllar,
*.*-bütün fayllar.
Faylın adında sual işarəsi onu göstərir ki,bu mövqedə ixtiyari mümkün işarə ola bilər. Faylın adında bir neçə sual işarəsi ola bilər. Məsələn,PROQ?.EXE-PROQ ilə başlayan adın beşinci mövqesi istənilən simvol ola bilər.(PROQ1.EXE, PROQA.EXE, PROQD.EXE və s.)
Qlobal simvollardan faylların axtarışında ,yerdəyişməsində, köçrülməsində və silinməsində çox geniş istifadə olunur. Faylların ad və genişlənməsində böyük və kiçik hərflər eyni qəbul olunur.Yəni adna.txt və ADNA.TXT eyni faylı təyin edir.
DOS əməliyyat sistemində DOS qurğularını işarə etmək üçün adlardan istifadə olunur ki, faylları adlandırarkən bunlardan istifadə etmək olmaz. Bu adlardan DOS-un əmrlərində informasiyanın kompüterin qurğuları ilə giriş və çıxışını təşkil etmək üçün istifadə olunur. Məsələn, PRN adı printeri göstərir, buna görədə DOS-un əmrlərində faylın adı yerinə PRN göstərdikdə uyğun verilənlər çapa çıxır.
D
7.7

OS qurğularının adları aşağıdakılardır:

  • PRN-printer;

  • LPT1-LPT4-1-4 paralel portlar;

  • COM1-COM4-1-4 ardıcıl portlar;

  • AUX-1 ardıcıl portuna birləşdirilən qurğu;

  • CON-giriş üçün klaviatura,çıxış üçün ekran;

  • NUL-boş qurğu.

Burada paralel və ardıcıl terminləri informasiyanın ötrülmə üsuludur.
Bu adlara hər hansı bir genişlənməni əlavə etdikdə DOS bunu qurğulara müraciət kimi başa düşür. Məsələn,CON.TXT faylına müraciət CON qurğusuna müraciətlə eynidir. Ona görə də CON.TXT-dən disk faylının adı kimi istifadə etmək olmaz.Amma faylların adlarının genişlənməsində .PRN, .AUX, .CON və .NUL-dan istifadə etmək olar. Məsələn, ALFA.PRN faylından istifadə etmək olar.
F
7.8

aylın aşağıdakı atributları mövcuddur.

  • R – yalnız oxunan fayl. Bu faylları sistem vasitələri ilə yeniləşdirmək və ya silmək mümkün deyil;

  • H – gizli fayl;

  • S – sistem faylı. Bu fayllar əməliyyat sistemlərində istifadə olunur;

  • A – arxivləşdirilmiş fayl. Bu atribut hər bir faylın yaradılmasında təyin olunur.

Kataloq – digər fayllar haqqında informasiyanı özündə saxlayan xüsusi fayldır. Kataloq həmçinin direktoriya da (arayış,göstərici) adlanır. Faylların adı diskdə kataloqlarda (və ya direktoriya) qeyd olunur. Windows 95/98-də kataloqlar qovluq adlanır. Kataloq faylların tam adı ,ölçüsü,yaradılma və ya sonuncu düzəliş vaxtı və tarixi, atributu və s. məlumatlardan ibarət olur. Kataloqun daxilində başqa bir kataloq qeyd olunarsa, buna altkataloq deyilir.
Hər bir diskdə bir baş kataloq olur. Bu kataloqda fayl və altkataloqlar qeyd olunur. Diskdə kataloqlar ağacvari –ierarxik struktura malikdirlər. İstifadəçi işləyən kataloq cari kataloq adlanır. Yeni formatlaşmış diskdə sadəcə bir kataloq var-baş kataloq. Bu kataloq proqram vasitələri ilə silinə bilməz.
Kompüterdə adətən bir neçə -sərt disk, disket, kompakt disk və disk aparıcısı mövcuddur. Bu disklərdə yerləşən fayl və kataloqlara müraciət etmək üçün disk aparıcısının adından istifadə olunur. Disk aparıcıları A:, B:, C:, D: və.s kimi adlandırırlar. Əslində A:, B:, C:, D: məntiqi disklərin adıdır. Sərt diski iki və daha çox hissəyə bölməklə bir neçə məntiqi disk yaratmaq olar.
U
7.9

tilitlər və ya MS DOS-un xarici əmrləri ayrıca fayllar şəklində əməliyyat sistemi ilə birlikdə verilmiş proqramlardır. Bu proqramlar müxtəlif xidmət əməliyyatlarını (disketi formatlaşdırmaq, disketi yoxlamaq və s.) yerinə yetirirlər.
Drayver və rezident proqramlar DOS-un imkanlarını genişləndirir. Bu proqramlar istifadə edilən yeni qurğulara müraciəti, 1Mbaytdan yuxarı yaddaşa müraciəti, genişlənməsi hesabına disklərlə daxiletmə-xaricetmə əməliyyatlarının surətini artırmağa, klaviaturadan azərbaycan, rus və s. hərflərin daxil edilməsini təmin edir.
Drayver və rezident proqramların sazlanması aşağıdakı şəkildə həyata keçrilir.
Drayverlər DOS-un başlanğıc yüklənməsində CONFİG.SYS faylının DEVİCE və DEVİCEHİGH əmrlərinin köməyi ilə qoşulur.
Rezident proqramlar isə DOS-un başlanğıc yüklənməsi sona çatdıqdan sonra və ekranda DOS-un dəvəti göründükdən sonra adi proqramlar kimi sazlanır. Amma rezident proqramlar əməli yaddaşın bir hissəsini tutur.
Drayverlər DOS-un yenidən yüklənməsinə kimi əməli yaddaşda qaldığı halda rezident proqramlarını əməli yaddaşdan silmək olar.Amma bu bütün rezident proqramlarda mümkün olmur.



Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin