Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)



Yüklə 172,44 Kb.
səhifə17/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   31
2-KSQ və ƏS

    Bu səhifədəki naviqasiya:
  • . doc
Obyekt-fayl. Əvvəlcə fayl və fayl sistemi anlayışları ilə tanış olaq. Fayl dedikdə məntiqi əlaqəli verilənlər və proqramlar toplusu başa düşülür. Bunlar üçün xarici yaddaşda müəyyən ada malik sahə ayrılır. Fayl sistemi konkret fayla daxil olma imkanını yaradır və yeni fayl yazıldığı halda boş yer tutmağa icazə verir. Bu system fayllarda saxlanılan informasiyanın fiziki diskə yazmaq sxemini təyin edir. Fayllar disklərdə boş olan klasterlərə yazıldığı üçün eyni bir faylın fraqmentləri diskin müxtəlif hissələrində ola bilər. Sistemin daha məhsuldar olması üçün informasiyanın yazıldığı klasterlər mümkün qədər bir-birinin ardınca gəlməlidir. Bildiyimiz kimi, Windows 98-də bu məqsədlə FAT16 və FAT32 fayl sistemlərindən istifadə edilir. Məlumat üçün deyə bilərik ki, FAT (File Allocation Table)-disk sahəsində klasterlərin vəziyyətini təsvir edən cədvəldir.

11.5

Windows mühitində istənilən fayl unikal ada malik olan obyekt kimi qəbul edilir. Fayla elə ad vermək lazımdır ki, bu ad faylda saxlanılan informasiyanın məzmununu təsvir etsin. Windows mühiti MS DOS mühitindən onunla fərqlənir ki, burada faylın adı mümkün qədər çox simvoldan ibarət ola bilər. Bu simvol rəqəmlərdən, rus və latın əlifbasının hərflərindən, nöqtə daxil olmaqla müxtəlif işarələrdən ibarət ola bilər. MS DOS mühitində keçdikcə faylın adı xüsusi alqoritm vasitəsilə bu mühitə xas olan məhdudiyyət daxilində 8 simvolla əvəz olunur.
Faylın xüsusiyyətləri ilə tanış olmaq üçün uyğun menyunu çağırmaq və “Свойства” əmrini seçmək lazımdır. Microsoft Word mətn prosessoru mühitində yaradılmış faylın ümumi xüsusiyyətlərini təsvir edən parametrlərlə tanış olaq:

  • Faylın tipi. Bunun vasitəsilə saxlanılan verilənlərin xarakteri təyin edilir. Tip haqqında informasiyaya 2 dəfə rast gəlmək olar: birinci dəfə faylın təşkil olunduğu mühiti dolayı yolla göstərməklə, məsələn, Microsoft Word sənədi; ikinci dəfə isə MS DOS əməliyyat sistemində verilən genişlənmə adında göstərilir (Məsələn, .doc genişlənməsi – mətn faylını göstərir).

  • Faylın disk sahəsindəki həcmini göstərən ölçüsü;

  • Faylın yarandığı tarix və vaxt;

  • Faylda aparılan axırıncı dəyişikliyin tarixi və vaxtı;

  • Faylın atributları: arxiv faylı, ancaq oxumaq üçün olan fayl, gizlədilmiş fayl, sistem faylı.


11.6

Bunlardan başqa, “Свойства” pəncərəsində faylın yazıldığı mühiti göstərən işarə təsvir olunacaq. Belə ki, . doc formatında Word mətn prosessoru mühitində yaradılmış sənəd, Paint qrafik redaktor mühitində yaradılmış .bmp və ya .jpg formatında işarə.
Fayl üzərində onu bir vəziyyətdən digər vəziyyətə çevirən müəyyən əməliyyatları yerinə yetirmək olar. Bu hərəkətlərlə tanış fayl ilə aşağıdakı standart əməliyyatları yerinə yetirmək mümkündür:

  • Fayl açmaq. Bu əməliyyatın nəticəsi faylın tipindən asılıdır. Belə ki, əgər faylda sənəd yerləşdirilibsə, bu fayl açan zaman həmin sənədlə bərabər, onun yarandığı proqram mühiti də yüklənmiş olacaqdır. Məsələn, qrafiki redaktorda yaradılmış şəkilli faylı açdıqca, ekanda bu redaktorun interfeysini və onun işçi sahəsində yerləşən şəkli görmək mümkündür. Əgər fayl hər hansı bir proqram sisteminin baş faylı (yüklənmə faylı) olarsa, o zaman eyni adlı əmr həmin proqramın yüklənməsi üçün bir siqnal olacaq və ekranda boş işçi sahəsinə malik olan həmin proqram mühitinin interfeysi əmələ gələcək. İstənilən digər fayl üçün sistem bir sıra proqramlar təklif ediləcək ki, bunun köməyilə həmin faylı açmaq mümkün olacaq. Bəzi hallarda, faylı menyudan yox, başqa yolla da açmaq olar. Bunun üçün maus göstəricisini həmin faylın nişanı üzərində qoymaq və düyməni 2 dəfə basmaq lazımdır.

  • Faylı arxivləşdirmək və ya arxivdən çıxarmaq. Lazımi əməliyyatları yerinə yetirən arxivlər təklif olunur.

  • Faylı digər bir yerə köçürmək. Bu əməliyyatın nəticəsində fayl faks və elektron poçtu vastəsilə digər yerə, ya da “Мои документы” qovluğuna və ya çevik diskə göndərilir.

  • Faylı kəsmək. Faylı digər yerə göndərmək üçün 2 əməliyyat

lazımdır: əvvəlcə “Вырезать” əmri vasitəsilə faylın müəyyən hissəsi kəsilir, yəni fayl buferə göndərilir, sonra isə maus göstəricisi ilə həmin faylın yerləşəcəyi yer ayrılır və sonra menyuda “Вставить” əmri seçilir.

  • Faylı köçürmə, yəni faylın surətini çıxarmaq. Bu əmr vasitəsilə seçilmiş faylın surəti buferdə yerləşdirilir, sonra isə “Вставить” əmri vasitəsilə fayl istənilən yerə yerləşdirilir.

  • Faylı diskdən silmək. Faylı diskdən silmək əməliyyatı həm

məntiqi, həm də fiziki səviyyədə yerinə yetirilə bilər. Fayl “Корзина” (səbət) adlanan xüsusi ayrılmış qovluğa göndərilir. Bu qovluq həmişə monitorun ekranında olur. Səbətə göndərilən faylı, səbətdən çıxararaq əvvəlki yerinə bərpa etmək olar. “Корзина” dialoq pəncərəsində faylı seçib, “Удалить” əmri vasitəsilə həmin faylı diskdən fiziki silmək mümkündür. Bu əmr “Корзина” qovluğunda olan fayllar üçün yerinə yetirilir.

  • Faylın adını dəyişdirmək. Bu halda fayla yeni bir ad verilir.

  • Xüsusi nişan yaratmaq. Bu haqda bir qədər sonra söhbət aparacayıq.


18




Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin