13.2. Windows Explorer ilə kompüterdə gəzmək. Qovluqları görməyin müxtəlif yolları 2 13.5
. WindowsExplorerilə kompüterdə gəzişmək WindowsExplorer (Windows bələdçisi, Проводник) xidməti proqram olub, fayl dispetçerləri kateqoriyasına aiddir. WINDOWS EXPLORER kompüterin fayl strukturu üzrə naviqasiyası (naviqasiyanın məqsədi lazımi qovluğa və onun içindəkilərə müraciəti təmin etməkdir. Fayl strukturu ilə naviqasiya bələdcinin sol panelində aparılır.) və xidməti üçün, yəni fayl və qovluqlarla işləmək üçün nəzərdə tutulmuş xüsusi xidmət ediсi proqramdır.
Fayl və qovluqlarla işlərin təşkili dedikdə onların yaradılması, faylların və qovluqların disketə, işçi masaya və başqa kataloqlara göndərilməsi, surətinin köçürülməsi, yerinin və adının dəyişdirilməsi, silinməsi, fayl və qovluq haqqında məlumatların ekrana çıxarılması və s. başa düşülür. Bu işlərin səmərəli təşkili birinci növbədə bu məqsədlə yaradılmış texnologiyadan asılıdır. Belə texnologiyalara nümunə kimiWindows Explorer proqramını göstərmək olar.
WindowsExplorer proqramını yükləmək üçün:
1.Пуск (Start) → Программы (Programs) → Стандартные → Проводник (Windows Explorer).
2.Пуск (Start) → Kontekst menyu → Проводник (Windows Explorer).
3.Мой компьютер → Kontekst menyu → Проводник (Windows Explorer).
4.İstənilən qovluq açılır → Alətlər panelində «Папки» düyməsi basılır.
Windows Explorer proqramı yükləndikdə ekrana onun eyni adlı pəncərəsi çıxır. Bu pəncərə iki paneldən: sol (qovluqlar paneli) və sağ (qovluğun tərkibini göstərən panel) panellərdən ibarətdir. Sol paneldə qovluqların adları yerləşir. Həmin adların qarşısında bəzən “+”, bəzən isə “-“ işarəsi olur. “+” işarəsi bu qovluğun içərisində digər alt qovluqların olmasını, “-“ işarəsi isə bu qovluğun açıq olmasını göstərir.
Windows Explorer pəncərəsinin sol panelindəki qovluqlarından yalnız biri açıq ola bilər. Qovluğu açmaq üçün mausun sol düyməsini onun adının üzərində sıxmaq lazımdır. Pəncərənin sağ hissəsindəki panelində açıq olan qovluqdakı elementlərin - fayl və qovluqların siyahısı verilir.
3.Qovluqları görməyin müxtəlif yolları Əksər Windows pəncərələrində olduğu kimi pəncərənin ümumi görünüşü menyu sətrinin Вид menyusu ilə tənzimlənir. Вид menyusu aşağıdakı əmrlərdən ibarətdir.
Панель инструментов –Bu əmr alətlər panelini pəncərədən götürür və ya əks etdirir.
Строка состояния – Bu əmr cari vəziyyət sətrini pəncərədən götürür və ya əks etdirir.
В виде Wеб-страница – Bu əmr qovluğun tərkibini Wеб-səhifə şəklində əks etdirir.
Крупные значки – Bu əmr qovluqların böyük ölçüdə görünüşünü təmin edir.
Мелкие значки – Bu əmr qovluqların və faylların nişanlarının kiçik ölçüdə görünüşünü təmin edir.
Список – Fayl və qovluqların adları adi əlifba siyahısı ilə göstərilir.Belə ki əvvəlcə qovluqlar,sonra isə fayllar əks olunur.
Таблица – Qovluq və faylların adı ilə yanaşı tipi,ölçüsü ,yaranma və dəyişiklik tarixi sağ hissədə əks olunur.
Упорядочить значки – Bu əmr nişanların adına, tipinə, ölçüsünə, yaranma tarixinə görə nizamlı görünüşünü təmin edir.
Свойства папки – İşçi stolun klassik, Wеб-səhifə şəklində görünüşünü tənzimləməyə ,sistem fayllarını görünməz etməyə, faylların tipini və nişanını dəyişməyə imkan verir.
В 23
ыстроить значки – əmri nizamsız şəkildə yerləşən nişanları ardıcıl sıra şəklində düzür.Proqram disklə,qovluqlarla və fayllarla işi təmin edir. Belə ki ,qovluğu işçi stolun üzərində,bərk diskdə və şəbəkə diskində yaratmaq mümkündür.